Filologiya məsələləri, №4, 2017
68
isə - vicdanlı oyun mənasında işlənir. Aborigenlərin dilindən alınan ilk söz
kangaroo - dur (kenquru). Bu söz ilk dəfə C.Kukun ekspediyasının üzvləri
tərəfindən işlədilmişdir. Aborigenlərin dilindən alınan sözlərin çoxu qitənin
flora və faunası ilə bağlıdır. Bunlar əsasən bunya-bunya, mulga, madduu,
potaroo, barramundi, luderick, toopong, gang-gang, bardi, carbora,
waratah, wallaby, morwong, tarwhine kimi sözlərdir. Alınma sözlərin çoxu
ədəbi dilə daxil olub.Yuxarıda qeyd etdiyimiz kimi Avstraliya ingiliscəsinin
200 illik tarixi vardır. İngilis dilinin bu variantının formalaşmasında ən
intensiv mərhələ XIX əsr olmuşdur. Ölkənin kütləvi şəkildə koloniyalaşması,
iqtisadiyyatın inkişafı, qızıl mədənlərinin meydana çıxması buraya
Britaniyadan insan axınını xeyli gücləndirmişdir və bu proseslər dilin
inkişafına və zənginləşməsinə geniş imkan yaradırdı. Belə ki, Britaniyadan
buraya gətirilmiş müxtəlif dialektlər birləşərək yeni dil formalaşırdı. Eyni
zamanda yeni yaranmaqda olan bu dilə yerli Avstraliyaların - aborigenlərin
döğma sözləri daxil olurdu. Bundan başqa Avropadan gələn almanlar,
italyanlar, skndinavlar və başqaları öz sözlərini gətirirdi və onların bir hissəsi
ingilis dilinin bu yeni variantına daxil olurdu. Dilçilərin fikrincə bu mərhələ
ingilis dilinin Avstraliya variantının inkişafında ilkin mərhələ hesab edilir.
XIX əsrin sonunda Avstraliya ingiliscəsi Britaniya variantından fərqlənən bir
dil kimi meydana çıxmışdır. XIX əsrin sonlarında Avstraliyada danışılan
ingilis dili leksik baxımdan standart ingilis dilindən fərqlənən bir səviyyə
əldə etmişdi.
Ədəbiyyat
1. Aboriginal Words of Australian. Sydney, 1965
2. E. Morris Dictionary of Australian Words, London, 1972
3. Good Australian English and Good New Zealand English, Sydney, 1972
4. R. Eagleson Australian Engish under Investigation, Sydney, 1966
5. Т.М.Беляева Английский язык за пределами Англии, Ленинград,
1961
6. А.И.Смирницкий Лексикология английского языка, Москва, 1956
7. В.Н.Ярцева История английского языка IX-XVвв, Москва, 1985
8. https://en.wikipedia.org/wiki/Australian_English
9. http://www.thepolyglotdream.com/development-australian-english/
10. http://www.australia.gov.au/about-australia/australian-story/austn-slang
Filologiya məsələləri, №4, 2017
69
Gunel Ramazanova
The Formation of Australian English
Summary
The article deals with the history of the formation of Australian
English. Australian English is a major variety of the English language, used
throughout Australia. Australian English differs from other varieties of
English in vocabulary, pronunciation, grammar and spelling. It is mentioned
that the XIX century is the main period in the formation of Australian variant
of the English language. The author gives a lot of information about the
researches of different scientists concerning to the formation of Australian
variant of the English language and speaks about the sources of the specific
features of Australian English. The article also deals with the impact of the
linguistic and extra-linguistic factors in the formation of Australian English.
Гюнель Рамазанова
Формирование Австралийского английского языка
Резюме
Статья посвящена истории формирования австралийского
английского языка. Австралийский английский - это вариант английс-
кого языка, который употребляется во всей Австралии. Австралийский
английский отличается от других вариантов английского языка
лексикой, произношением, грамматикой и орфографией. Отмечается,
что XIX век является главным периодом в формировании авст-
ралийского варианта английского языка. Автор дает много информации
об исследованиях разных ученых по поводу формирования австра-
лийского варианта английского языка и говорит об источниках специ-
фических особенностей австралийского английского языка. В статье
также рассматривается влияние лингвистического и экстралингвисти-
ческого факторов в формировании австралийского английского языка.
Rəyçi: Gülmar İsrafilova
filologiya üzrə fəlsəfə doktoru
Filologiya məsələləri, №4, 2017
70
LAMİƏ MUĞALOVA
ADU
lamia_gojayeva@hotmail.com
AVSTRALİYA İNGİLİSCƏSİNİN LEKSİK XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: leksik xüsusiyyətlər, Avstraliya ingiliscəsi, terminalogiya,
aborigen, sözdüzəldici, dialekt, leksemlər.
Key words: lexical features, Australian English, terminology, aborigine,
word building, dialect.
Ключевые слова: лексические особенности, Австралийский английс-
кий, терминология, абориген, диалект, лексемы.
1963-cü ildə çapdan çıxmış Avstraliya ensiklopediyasındakı göstəri-
cilərə görə avstralizmlərin ümumi sayı on minə çatır. Ancaq onu da qeyd et-
mək lazımdır ki, bu terminin ensiklopediya müəllifləri tərəfindən anlaşılma-
sına uyğun olaraq ancaq öz etimologiyasına görə avstralizm sayılan bo-
omerang və kangaroo sözləri də bu saya aid edilir. Bununla bərabər bir çox
flora və fauna adlarını, toponimik terminləri ifadə edən avstralizmlər
ensiklopediyaya daxil edilməyib. Təkcə onu qeyd etmək kifayətdir ki, topo-
nimika lüğətlərindən birində üç mindən çox termin var. Qərbi Avstraliyada
botaniklər altı min növdən artıq bitki növü qeydə almışlar. Ensiklopediyaya
həmçinin avstraliyalıların son onilliklərdə ədəbi dildə işlətdikləri lay-by,
home unit, pastoralist tipli leksik vahidlər də daxil edilməyib.
Bütün gecə göstəriciləri nəzərə alıb verilən avstralizmlərin sayını
müxtəlif cür izah etmək olar. Bir tərəfdən on min o qədər də kiçik rəqəm
deyil və Amerika ingilis dili ilə müqayisə oluna bilər. Bundan başqa, hətta
ümumingilis lüğət fonduna nisbətdə (böyük Oksford lüğətinə yüz mindən
artıq leksik vahid daxil edilib) avstralizmlər AuE-nin nəzərə çarpan hissəsi
olmaya bilməz. Göstərilən on min avstralizmlərin tərkibində professio-
nalizmlər slenq, arqo və başqa leksik vahidlər də var ki, onlar faktiki olaraq
ədəbi dilin tərkibinə daxil deyildir. Ancaq bəzi ədəbiyyatçılar (O.Greydi,
E.Morrison) bu vahidləri əsl avstralizm kimi qələmə verirlər.
Avstraliyaşünasların müşahidələrinə görə leksikada avstralizmlərin
rolu fəaliyyət dairəsindən asılı olaraq müxtəlifdir: yazılı nitqdə avstralizmlər
çox cuzi, şifahi ünsiyyətdə isə nəzərə çarpacaq dərəcədə çox işlədilir. Şifahi
nitqdə avstralizmlərin işlədilməsinin xüsusi çəkisi artır və onların çoxunun
(bloke - yeniyetmə oğlan mənasında; paddock - istənilən ölçüdə hasarlanmış
sahə; wowser - ətrafındakıların əhval-ruhiyyəsini korlayan mənasında)
işlənilmə tezliyi fool və ya hotel kimi ümumingilis sözlərinin işlədilməsinə
çatır.
Dostları ilə paylaş: |