Filologiya
məsələləri, №4, 2017
59
variantda demək mümkündür. Birincisi, neytral variantdır ki, həmin cümlə
reallaşdığı mətnə uyğun olaraq neytral deyilir. Yuxarıda verdiyimiz deyiliş
buna bariz nümunədir.
(2) /Ana```r baout in the bookshop one book//(Ana```r mağazadan kitab
aldı//
(3) /Anar baout a book in the boo```kshoping, not at the market// (Anar
mağa```zadan (bazardan yox) kitab aldı//
(4) /Anar baout in the bookshoping a boo```k, not a noticebook//(Anar
mağazadan kita``b (dəftər yox) aldı//
(5) /Anar baou```t (not receved) in the bookshoping a book//(Anar
mağazadan kitab aldı`` (götürmədi))).
Göründüyü kimi, informasiyanın verilməsində intonasiyanın, xüsusilə
də onun ayrılmaz komponenti olan vurğunun rolu inkar ediilməzdir. Dilçilik
ədəbiyyatında bunu bir qayda olaraq məntiqi vurğu ilə bağlayırlar. Ancaq
bunun məntiqi vurğuya dəxli yoxdur. Sadəcə olaraq ənənəvi dilçilik tema-
rema qarşılaşmasından uzaq olduğu üçün dildəki bu funksiyanı doğru
olmayaraq dilxarici faktorla bağlamağa çalışmışdır T.Nikolayeva). Son
zamanlar cümlədən böyük hesab edilən diskurs və mətn təhlilində tema-
rema qarşılaşmasına böyük önəm verilir və danışanın niyyəti, habelə
konsituasiyanın tələbinə görə hər bir sintaqmın intonasiya konturu müəyyən
edilir, danışıqda sintaqmlararası əlaqənin intonasiyada inikası xüsusilə
eksperimental tədqiat üsulu ilə geniş araşdırılır və cümləfövqü bütövün
konkret əlamətləri açılıb göstərilir. Burada xüsusi qeyd etməliyik ki, D.
Breyzil demişkən, guya diskurs intonasiyasında danışan intonasiya kon-
turunda zirvəni, tonun hərəkətini, açarı və bitkinliyi seçir (Brazil). Əvvəla
onu deməliyik , ton və zirvə bir- birindən ayrı mövcud ola bilməz. Bunlar
tonun hərəkətində müşahidə olunan variasiyalardır. İnformasiya cəhətindən
mühüm olan sintaqmda ton hərəkəti yüksəlir, ən yüksək səviyyədə olduğu
üçün onu zirvə adlandırırlar. Digər tərəfdən Brazilin piki, yəni zirvəni tonik
və qeyri- tonik hissələrə bölməsi uydurma bir şeydir. İntonasiya konturunun
reallaşmasında zirvə cümlə və ya sintaqm vurğus daçıyan sözün üzərində ola
bilər. Bu baxımdan vurğulu və vurğusuz komponentlərdən danışmaq düzgün
olardı. Hər halda ingilis aliminin terminini uğurlu hesab etmək olmaz. İngilis
dilçiləri L.Blumfilddən başlayaraq intonasiyanı tonla eyniləşdirirlər (8;
10;14; 15). Onlar bir qayda olaraq tonun 5 növünü fərqləndirirlər: qalxan
ton; qalxıb- enən ton; enən ton; enib-qalxan ton; düz ton (16).
Maraqlıdır ki, birinci iki tonu ingilis alimləri deklarativ ton
adlandırırlar. Qalxan və enib –qalxan tonu dayaq tonları, axırıncı ton isə
yuxarıdakı iki tondan kənarda qalır, yəni, onlıarın fikrincə, bu axırıncı ton
istənilən sözün üzərində ola bilər. Hesab edirik ki, bunu kontrastiv ton
adlandırmaq daha düzgün olardı, çünki kontrast təşkil edən söz bütün
Filologiya məsələləri, №4, 2017
60
parametrlərə görə yüksək akustik göstəricilərlə səciyyələnir. Amerikan
deskriptivizminin görkəmli nümayəndəsi H.Qlisson hesab edir ki, müxtəlif
cümlə növləri intonasiya sayəsində müxtəlif mənalar bildirdiyinə görə cümlə
intonasiyasını morfemlə eyniləşdirmək olar. O yazır: „Hər bir cümlə
müəyyən intonasiya şəklilə səciyyələnir və iki, üç və dörd fonem-tondan və
bir tamamlayıcıdan ibarət konkret intonasiya konturu ilə formalaşır. İnto-
nasiya şəkilləri fonemlər deyil, morfemlərdir „ (12, s.85) . Bu alim həmin
səhifədə yazır ki, morfem qrammatikanın ən kliçik vahididir. Məsələnin bu
şəkildə qoyuluşuna etiraz edən F. Veysəlli bununla bağlı belə yazır: “
H.Qlissonun intonasiya konturunun ton fonemlərindən ibarət olması fikri
etiraz doğurur, çünki belə olduqda seqment və superseqment vahidlər
arasındakı fərq aradan qalxmış olur. Əslində bunlar müxtəlif şeylərdir və
fərq ondan ibarətdir ki, fonemlərin danışıq aktında konkret mövqeyi vardır,
halbuki superseqment vahidlər belə mövqeyə malik deyillər, onlar seqment
vahidlərin üzərinə sərilir.“ (6, s. 23). Fransız dilçisi A. Martine də təxminən
eyni mövqedən çıxış edir. O yazır ki, fonemlər prosodik vahidlərdən
fərqlənirlər, axırıncılar (prosodik hadisələr- L.Q.) ikili üzvlənməyə məruz
qalmırlar (6, s. 23).
Fikrimizcə, bu məsələdə barışdırıcı mövqe elmin bugünkü səviyyəsinə
cavab verir. Çünki bu gün morfemlərin bölgüsündə seqment vahidlərlə
yanaşı superseqment morfemlərdən də danışırlar.
Dünya dilçiliyində son diskursun və koqnitiv dilçiliyin geniş vüsət
aldığı indiki dövrdə alimlər, xüsusilə xarici dilçilər diskursun və mətnin
üzvlənməsində intonasiyanın rolundan danışanda bəlli olur ki, bunlar
intonasiyanın nə olduğunu axıra qədər dərk etmirlər. Məhz bunun nəticəsidir
ki, amerikan dilçiləri, o cümlədən Q.Braun və J.Yul mətnin tonla
üzvlənməsini diskursun vahidlərinə bərabər tuturlar. Özü də minimal
üzvlənmə vahidi kimi paratonu göstərirlər. Onlar güman edirlər ki, yazılı
mətndə paraqraf nədirsə, şifahi mətndə də paraton o deməkdir. Paraqraf kimi
paraton ən kiçik intonasiya vahid kimi çıxış edir (G. Braun, J. Youl). Əvvəla,
bəri başdan onu deyək ki, yazılı mətnlə şifahi mətnin üzvlənməsi üst-üstə
düşmür. Yazıda nöqtə-vergül qoyulan yerdə heç də fasilə etmək məcburi
deyil. İkincisi, yazılı mətndə vergül və nöqtəli vergül olub- olomamasından
asılı olmayaraq intonasiya parametrləri özlərini müstəqil aparır və mətnin
mənasına uyğun olaraq fəaliyyət göstərirlər. Üçüncüsü, şifahi danışıqda
bəzən intonasiya komponentləri arasındakı interval mühüm rol oynayır.
Dördüncüsü, istənilən şifahi danışıq vahidində vurğu həlledici rol oynayır.
Nəhayət, mətnin və cümlənin üzvlənməsi vahidi kimi yalnız sintaqmı
götürmək doğru olardı. Şerba məktəbinin işləyib hazırladığı fonoloji
konsepsiyada üzvlənmənin ən mühüm vahidi kimi sintaqm çıxıç edir
(Щерба). Beləliklə, paraton paraqrafın diskursda və ya mətndə intonasiya