Filologiya
məsələləri, №4, 2017
49
Həmin quruluşda olan sintaktik sinonimlik ingilis dilində aşağıdakı
kimi verilir:
As they saw Hasrat couldn’t behave himself, they left the room.
3. K i bağlayıcısı- d ı q d a feli bağlama şəkilçisi: Qulu nə isə demək
istəyirdi ki, Sirac onu qabaqladı- Qulu nə isə demək istədikdə Sirac onu
qabaqladı.
Bu quruluda olan sintaktik sinonimlik ingilis dilində aşağıdakı kimi
verilir: As Gulu wanted something, Siraj gor ahead of him.
4. K i –ma+mış- Qədir stansiyaya çatmamışdı ki, arxasınca çapar
gəldi- Qədir stansiyaya çatmamış arxasınca çapar gəldi.
Həmin quruluşda olan sintaktik sinonimlik ingilis dilində aşağıdakı
kimi verilir: Gadir hardly reached the station when he was called.
5. Nə zaman, nə vaxt- temporal sözləri- - a n d a feli bağlama
şəkilçisi: Nə vaxt namazını qılıb qurtarsaydı, başının üstə qızını görərdi-
Namazını qılıb qurtaranda qızını başının üstə görərdi.
Bu quruluşda olan sintaktik sinonimlik ingilis dilində aşağıdakı kimi
verilir: Whenever he finished praying, he saw his daughter beside him.
M. Radionova ingilis dilinin materialları əsasında yazdığı tədqiqatını
zaman budaq cümləli tabeli mürəkkəb cümlələrdə “before”və “after”
sözönlərinin iştirak etdiyi cerund tərkibli cümlələrin sintaktik sinonimliyinə
həsr edilmişdir. Qeyd olunan sintaktik sinonimlik sintaktik vahidlərdə
qrammatik mənanın ümumiliyi və funksional oxşarlıq tələbləri baxımından
müqayisə edilmişdir [4, 20].
Sintaktik sinonimlikdə ən yüksək səviyyə mürəkkəb və sadə cümlələr
arasında olan səviyyədir. L. Radionova zaman məzmunlu feli tərkiblər və
zaman budaq cümləsi arasında sintaktik sinonimliyin semantik ümumiliyi və
onların bir - birini əvəzetmə imkanlarını araşdıraraq belə qənaətə gəlmişdir
ki, eyni linqvistik səviyyə - eyni sintaksisə aid olan həmin konstruksiyalar
tam şəkildə identik olmur [4, 20]. Əsas meyarlardan biri də konstruksiyaların
birini qarşıllıqlı şəkildə əvəzetməsidir. Qarşılaşdırılan konstruksiyalar
müəyyən dərəcədə quruluş cəhətdən ekvivalent olsa da, bir sıra hallarda
aralarındakı struktur müxtəlifliyi ucbatından bir - birini əvəzetməsi mümkün
olmur. Bundan başqa, onların arasında müəyyən üslubi lokallaşma özünü
göstərir. Məhz bu səbəbdən də qarşılıqlı əvəzetmə sintaktik sinonimliyin
yalnız mümkün olan nəticəsidir, onun zəruri şərti deyildir.
Sinitaktik sinonimliyin öyrənilməsi bir sıra kateqoriyaların ifadə
imkanlarının üzə çıxmasına da şərait yaradır. Məsələn, zaman anlayışı
parametrlərinin əhatəliliyi və dildə ifadə olunma imkanlarının genişliyi ilə
digər linqvistik anlayışlardan fərqlənir. ”Hərəkət və ya əlamətin zamanı”
zaman anlayışının kiçik bir kəsiyi olub ənənəvi və aktual sintaksisdə həm
zaman budaq cümləsi ilə, həm də feli tərkiblərlə öz ifadəsini tapmış olur.
Filologiya məsələləri, №4, 2017
50
Sinonimliyin bu səviyyəsi ən yüksək səviyyədir, zamanı ifadə edən digər
nitq vahidlərindən (zaman zərfi, zaman bildirən frazalar və s.) fərqlənir. Sadə
və mürəkkəb formalar arasında sintaktik sinonimliyin yaranmasında zaman
formaları da aparıcı yerlərdən birini tutur. Bu vaxt bir formada olan
qrammatik zaman digər formada olan zamanla uyğunlaşır; yəni hərəkətin
icrası hər iki formada eyni zamanda icra olunur. Məs.: keçmiş zamanda:
Uşaq o z a m a n yuxudan durdu ki, həyətdə çığır - bağır eşidilirdi
(mürəkkəb forma) - Həyətdə çığır - bağır eşidiləndə uşaq yuxudan durdu
(sadə forma). Qeyd etmək lazımdır ki, funksional ekvivalentlik təşkil edən
bu formaların xəbəri felin keçmiş zamanı ilə ifadə olunmuşdur. Göründüyü
kimi, həmin konstruksiyalar arasında heç bir semantik fərq nəzərə çarpmır,
mənanın tam uyğunluğuna baxmayaraq, həmin ekvivalentlər arasında
quruluş fərqi özünü komponentləri bir - birinə bağlayan bağlayıcılarda
büruzə verir.
Sinonimlik cəhətdən zaman budaq cümləsinin ekvivalenti feli tərkiblər,
konkret olaraq feli bağlama tərkibi ola bilər. Ikinci birincinin fuksiyasını yerinə
yetirir; ona görə də zaman budaq cümləsinin funksional ekvivalenti (yəni onun
funksiyasını, vəzifəsini yerinə yetirən) adlandırılır [5].
Sintaktik sinonimlikdə sinonim cərgə bir - birinin paradiqmasından
və ya tranformalarından ibarətdir. Bu o demək deyildir ki, bütün paradiqma
və transformalar sintaktik sinonim hesab olunur. Belə başa düşülməlidir ki,
sintaktik sinonimliyin əsası qrammatik mənanın müxtəlif strukturluğu və
invariantlılığıdır, həmçinin fikrin mahiyyətidir; əsas paradiqma və
transforma müxtəlif strukturdadır, beləliklə, konstruksiyaların struktur
oxşarlığı artıq sintaktik sinonimliyi təmin edir.
Ədəbiyyat:
1. Əsədova M. N. İngilis və Azərbaycan dillərində tamamlıq budaq
cümlələri. Bakı- “Nurlan”- 2007.
2. https://audio-class.ru/grammar/clauses-of-condition-and-time.php
3. Абдуллаева Н. Синтаксическое синонимия в современном
Азербайджанском языке АДД, Баку- 1978.
4. Радионова Л. З. К проблеме синтаксической синонимии (На
материале сложноподчининных предложений и предложений с
герундиальными оборотами), АКД, М., 1977.
5. Мелкадзе Э. Г. Придаточные предложения обстоятельства времени
и их функциональные эквиваленты в современном французском языке.
АКД, Тбилиси, 1975.