Filologiya məsələləri, №4, 2017
46
RUMELLA ƏSƏDOVA
Azərbaycan Milli Aviasiya Akademiyası
rumella.asadova.1965@mail.ru
İNGILIS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ ZAMAN BUDAQ
CÜMLƏSİ İLƏ FEİL TƏRKİBLƏRİNİN SİNONİMLİYİ
Açar sözlər: tabeli mürəkkəb cümlə, zaman budaq cümləsi, sinonim, feli
sifət.
Keywords: Composite complex sentence, the adverbial clause of time,
synonym, the participle.
Ключевые слова: Сложноподчиненный предложение, обстоятельст-
венное придаточное предложение времени, синонима, причастия.
İngilis və Azərbaycan dillərində zaman budaq cümlələri ilə feli
tərkiblər arasında olan sinonimliyin formalaşması və inkişafını izləmək, bu
inkişafın qanunauyğunluqlarını və tədqiq edilən konstruksiyaların sinonimik
xarakterini aydınlaşdırmaqdır. Sintaktik sinonimliyin öyrənilməsinin
qrammatika, üslubiyyat və tərcümə prosesi üçün nəzəri əhəmiyyət daşıdığı
dilçilik mənbələrində qeyd olunur [1, 94].
İngilis dilinin zaman budaq cümləsində üç əsas struktur elementlər var:
bağlayıcı, isim- mübtəda və fel- xəbər və ya onun hissələri. Zaman budaq
cümləsinin xəbəri sadə və mürəkkəb ola bilər. Xəbəri mürəkkəb olanlara ben
feli ilə müxtəlif birləşmələr, həmçinin modal fellərlə birləşmələr daxildir.
Zaman budaq cümləsinin mübtədası o zaman struktur mənasına malik
ola bilər ki. baş cümlədə isim mübtədanı ifadə etdiyi kimi, şəxs və ya əşyanı
da ifadə etsin. Ingilis dilində bir çox bağlayıcılar (when, while, after, since,
as, before, ere, till) [2] öz leksik mənası ilə bir çox hallarda əlaqənin növünü
müəyyənləşdirir. Lakin zaman əlaqəsi təkcə bağlayıcının mənasında deyil,
həmçinin baş və budaq cümlələrin leksik məna komponentlərinin leksik
mənaların cəminin əlaqəsində öz ifadəsini tapır. Ona görə də sinonimlik
yaradan konstruksiyaların arasındakı fərq təkcə bağlayıcıların leksik
mənasında deyil, həmçinin budaq cümlənin komponentlərinin leksik məna-
sındadır, ilk öncə isə xəbər və onun hissələrindədir.
İngilis dilində Azərbaycan dilindən fərqli olaraq mürəkkəb zaman
budaq cümləsidə baş və tabeli fellərin hərəkətləri arasında zaman şərtlənməsi
mövcuddur. Budaq cümlənin feli xəbəri hərəkəti nitq zamanı ilə deyil, baş
cümlənin feli xəbərindəki hərəkəti ilə əlaqələndirilir. Öz növbəsində baş
cümlənin feli xəbər hərəkəti budaq cümləsi ilə müəyyənləşdirilir və nitqdən
ayrılır.
Filologiya məsələləri, №4, 2017
47
Ingilis dilində zaman budaq cümləsi feli sifət tərkibi ilə sinonimlik
yaradır. Bu dildə feli sifət tərkibinə iki müxtəlif strukturda rast gəlmək olur:
feli sifət tərkib qrupu (feli sifət tərkibi və ondan asılı sözlərdən ibarət söz
birləşmələri) və feli sifət tərkib kompleksi (predikativ əlaqələrlə
birləşdirilmiş isim və feli sifət tərkibindən ibarət söz birləşmələri).
İngilis dilində tədqiq edilən zaman budaq cümləsi ilə feli sifət
tərkibəri funksiya cəhətdən ümumidir, yəni bunlar cümlədə situativ
zərfliklərdir. Bu dildə zaman əlaqələrini ifadə edərkən aşağıdakı növ feli
sifət tərkibləri və zaman budaq cümləsi sinonim vasitə ilə birləşdirilir:
1. Feli sifət tərkibləri (kompleks və qrup) feli sifət 1 və as, when və
ya while bağlayıcılarla daxil edilən eynizaman mənalı, zaman budaq cümləsi
məkan, varlıq, hərəkət, nitq prosesi bildirən sonsuz fellər və konkret hərəkəti
bildirən son hüdudlu fellərin tərkibində olan xəbər. Bu müxtəlifliyi aşağıdakı
nümunələr göstərir:
…sitting at the sofa he said these words. (R. B.) - … Şam yeməyində
o, bu sözləri (bunları) dedi…
And as I sat in this sorrow I saw how kind passed. (P. C.) - Və mən
belə qəmgin oturanda yaxşılığın necə keçdiyini gördüm.
In this year… the King being at Newcastle upon Tyne a wright hew
on a tree… (Cgr. Cgr., 187) - Bu ildə… kral Nyukaslda Taynedə olanda
fəhlənin biri ağac kəsməyə başladı.
And when the said Duke of Clarence and the Earl of Warvyke were in
France, there appeared a blasing star in the Weste (V.) - Hersoq Klarsis və
qraf Uorik Fransada olanda qərbdə odlu ulduz göründü.
And while the said Earl of Warvyke was in France, the King was
wedded to Elesabethe Grey, widow. (V.) - Və yad edilmiş qraf Uorik
Fransada olarkən kral dul Yelizaveta Qreylə nişanlanmışdı.
2. Feli sifət qrupunun (ikili növ xarakterli feli sifət (1) ) bilavasitə
əvvəlki mənası ilə sinonim olan (when bağlayıcısı ilə) zaman budaq cümləsi.
Zaman budaq cümləsinin xəbəri hisslərin leksik mənalı ikili növ fellə ifadə
olunur. Məsələn:
And then the queen hearing this she voyaged unto Valys. (Creg. Chr.,
208) - Və kraliça bunu eşidərək Yencə getdi.
The people when they heard this, they thanked God highly (Cgr.
Aug., 43) - Camaat bunu eşidəndə (onlar) Allaha şükür edirdilər.
Hərəkət felli feli sifət tərkibləri zaman budaq cümləsi ilə bilavasitə
əvvəl gələn mənasına görə sinonimlik təşkil edir, belə sinonimliyə az rast
gəlirik.
3. Feli sifət kompleksinin (feli sifət 2-nin hüdudlu təsirli fellər və
when, after bağlayıcılarla) əvvəlki mənası ilə sinonim olan zaman budaq
Filologiya məsələləri, №4, 2017
48
cümləsi. Zaman budaq cümləsinin xəbəri b e n feli birləşmə və feli sifət 2-
nin hüdudunda təsirli fellərlə ifadə olunur. Məsələn:
The service done, they soupen all by day. (Ch. F.) -Nə vaxt hərbi
xidmət qurtarsa, onda onlar günorta nahar eləyirlər// Hərbi xidmət
qurtaranda onlar günorta nahar eləyirlər.
So, upon New Years Day when the service was done, the barons rode
unto the field… (M.) - Beləliklə, yeni ildə hərbi xidmət qurtaranda baronlar
sahələrə getdilər.
… after the feste and the solemnity was done of that mariage…- o toy
münasibətilə ziyafət və şənlikdən sonra…
Qeyd edək ki, feli sifət tərkibləri arasında sonra gələn hadisələr və
zaman hüdudu (before, ere, till, since bağlayıcılı zaman budaq cümləsi)
vasitəsi ilə zamanı ifadə edən budaq cümlələrin sinonimi yoxdur.
Azərbaycan dilində zaman budaq cümləsi ilə feli tərkiblər arasında
olan sintaktik sinonimliyin mahiyyətindən bəhs edən N. Abdullayeva bu
sintaktik kateqoriyaların arasında müəyyən quruluş və məna fərqlərinin də
olduğunu vurğulayır [3, 28].
1. O gün ki- d ı ğ ı şəkilçisi: O gün ki sən al bayraqlı bir səhərdən
ilham aldın, yarandım mən (S. Vurğun) - Sən al bayraqlı bir səhərdən ilham
a l d ı ğ ı n gün mən yarandım.
Ingilis dilində: On the day when you came, I became happy.
2. - m ı sual ədatı- a n feli sifət şəkilçisi- k i m i qoşması: Mənzər
gəldimi, bacısı evdən çıxıb gedərdi- Mənzər gələn kimi bacısı evdən çıxıb
gedərdi.
Bu quruluşda olan sintaktik sinonimlik ingilis dilində aşağıdakı kimi
verilir: As soon as Manzar came, her sister left home.
3. Elə ki- a n- kimi qoşması: Elə ki məktubu yazıb qurtardım, poçta
aparacığam- Məktubu yazıb qurtaran kimi poçta aparacağam.
Bu quruluşda olan sintaktik sinonimlik ingilis dilində aşağıdakı kimi
verilir:
As soon as I finish writing the letter, I’ll take it to the post- office.
1. N ə qədər sözü- onda temporal sözü- d ı q c a feli bağlama
şəkilçisi: Nə qədər dərsinə fikir vermirdi, o qədər də zəif oxuyurdu- Dərsinə
fikir vermədikcə zəif oxuyurdu.
Həmin quruluşda olan sintaktik sinonimlik ingilis dilində aşağıdakı
kimi verilir.
As long as he didin’t pay attention to his lessons, he studied badly.
2. E l ə ki- a r k ə n: Elə ki gördülər Həsrət həddən artıq ağ eləyir, hər
biri otaqdan çıxdı- Həsrətin həddən artıq ağ elədiyini görərkən hər biri
otaqdan çıxdı.
Dostları ilə paylaş: |