Filologiya
məsələləri, №4, 2017
66
hesab etmək olardı. XIX əsrin 30-cu illərindən başlayaraq Avstraliya ədəbi
dilin, xüsusilə də onun yazılı formasını təsir dairəsi genişlənməyə başlayır.
Ölkədə dövri mətbuat nəşr olunmağa başlayır. Waddy (a club), croppy (
convict) kimi sözlər artıq koloniyaların dilində tədricən aradan çıxaraq ədəbi
dilə məxsus sözlərlə əvəz olunmağa başlayır. Avstraliya tarixçisi F.Folkard,
Avstraliya ingiliscəsinin həmin dövrdə inkişafından bəhs edərək yazırdı ki,
kolonistlərin ilk nəslinin arasında sosial imtiyazılı və ziyalı təbəqənin
nümayəndəli xeyli az olmuşdur. Avstraliya ingiliscəsinin inkişafına başqa
xarici amillərin də təsiri olmuşdur. Kolonizasiya dövründə, xüsusilə onun ilk
mərhələsində, sosial şərait ədəbi dilin formalaşması üçün qənaətbəxş
olmamışdır. Ölkədə orta əsr türmə rejimi hökm sürürdü, ölkədə maddi və
mənəvi mədəniyyət formalaşmışdı, Milli ədəbiyyat meydana çıxmamışdı.
Əhali təbii fəlakətlərin, vəhşi heyvanların, ilanların hücumu qarşısında aciz
idi. XIX əsrin 30-cu illərinədək ölkədə heç bir yazılı mənbənin qalmaması
yuxarıda söylənən şəraiti əks etdirir. Bir sözlə XIX əsr ərzində Britaniya
ingiliscəsinin Avstraliya ərazisində “vulqurlaşması” dövrü hesab olunur.
E.C.Uekfild bunu belə ifadə etmişdir. Onun fikrincə, aşağı sinfə məxsus
əhali özləri ilə Avstraliyaya “özünəməxsus bir dil” gətirmişlər ki, o da yerli
koloniyaların ifadələri ilə dolaraq daha da vulqar bir şəkil alır.
“Avstraliya ləhcəsi” haqqında ilk şərhlər XIX əsrin 30-cu illərinə aid-
dir. Bu zaman artıq avstraliyalıların ilk nəsli böyümüşdü. Onlar avstraliya-
lıların burunlarında danışdıqlarını, məktəbdə düzgün ingilis tələffüzünə fikir
vermədiklərini, Avstraliya dialektinin meydana çıxmasına şərait yaratdıq-
larını və bunun nəticəsində Amerikada baş vermiş “xoşagəlməzliyin” burada
da baş verə biləcəyini yazırdılar. Bu ingilis dilinin Amerikada formalaşmış
özünəməxsus variantına işarə idi.
İngilis dilinin Avstraliya variantının formalaşmasında aborigenlərin də
dilinin müəyyən təsiri olmuşdur. Yerlilərin bir sıra sözləri missionerlərin
hesabat və jurnalları, o cümlədən də Y.Qanterin jurnalı (Y.Ganther’s
Journal) hesabına dildə normalaşmağa başlamışdır. Bu proses 1836-1840-cı
illərdə xeyli qüvvətli olmuşdur. Qızılın tapılması, bununla əlaqədar
iqtisadiyyatın inkişafı ölkənin içərilərinə miqrasiyanı gücləndirmiş, ictimai-
iqtisadi əlaqələri möhkəmləndirmiş və bütün bu proseslər ingilis dilinin
Avstraliya variantında öz əksini tapmışdır. Ölkədə inkişaf etməkdə olan
təhsil, əhalinin savadlı təbəqəsinin yüksəlməsi ədəbi dili mühkəmlənməsində
böyük rol oynamışdır.
Lakin bu artıq kolonistlər tərəfindən Avstraliyaya gətirilən ədəbi dil
olmayıb, ölkənin özünəməxsus mühitində inkişaf etmiş ədəbi dil idi. Bu,
xüsusi leksik-semantik yol keçmiş bir dil idi. Leksikada dəyişiklik iki
istiqamətdə baş verirdi. Bir tərəfdən, yeni şəraitdən sözlərin mənaları, bəzən
isə sözün özü tamamilə aradan çıxırdı. Avstraliya şəraitində aşağıdakı ingilis
Filologiya məsələləri, №4, 2017
67
sözlərinin ifadə etdiyi mənalar bu sözlərin ilkin mənalarından xeyli dərəcədə
fərqlənirdi: woods, fields, brook, stream, inn, village və s. Digər tərəfdən
Böyük Britaniya ingiliscəsində seyrək işlənən və yaxud da qeyri-məlum olan
sözlər məhsuldar şəkildə istifadəyə daxil olurdu: scrub, gully, creek,
paddock, billabong, township və s. Bundan başqa, yerli fauna və floraya aid
yüzlərlə yeni sözlər dilə daxil olurdu: koala, dingo, mallee, goanna,
platypus, kookaburra və s. Məlum olduğu kimi, yeni əşya və yaxud hadisəni
istifadə etmək üçün söz seçməkdə dialektdən, başqa dillərdən söz almaqdan
və yaxud həmin fikri ifadə edən mürəkkəb söz düzəltməkdən bir üsul kimi
istifadə edilə bilir. Bütün bu üsullar bu və ya digər dərəcədə həmin dövrdə
Avstraliya ingiliscəsinin formalaşmasında istifadə edilmişdir. Bəzi dilçilərin
fikrincə, Avstraliyada həmin prosesdə Britaniya dialektlərindən daha çox
istifadə edilmişdir. Misal üçün, şimali İrlandiya dialektinə məxsus mudfat
“çox yağlı” (heyvanlara aid), staggering bob (təzə doğulmuş heyvan-buzov),
klaypan (uzun müddət qurumayan gölməçə), waterhole (su quyusu) və s.
dialektizmlər geniş istifadə olunmuşdur. Həmin sözlərin bir çoxu semantik
dəyişməyə məruz qalmışdır. Misal üçün, chook (“götür”) sözü İngiltərənin
bir sıra cənub dialektlərində sahibkarın donuzu və yaxud toyuqları
yemləmək üçün çağırarkən istifadə etdikləri chookey sözündən əmələ
gəlmişdir. İngilis dialektində “otlağın bir hissəsi” və yaxud “ümumi otlaqda
heyvan otarmaq hüququ” mənasında işlənmiş run sözü Avstraliyada böyük
otlaq sahəsini ifadə edir. Avstraliya ingilis dilində təşəkkül tapmış bəzi
leksik vahidlər sonralar intensiv sözdüzəltmə mərkəzinə çevrilirlər. ”Stock”
sözünü misal gətirək stockyard (mal-qara üçün yer). Sonrakı onilliklər
ərzində stock sözündən stockrun, stockstation, stockkeeper, stockman
(maldar), stocfarm, stockhouse (ferma), stockhut (pəyə), stock keep
(maldarlıqla məşğul olmaq), stockrider (çoban) kimi sözlər yaranmışdı.
Göstərdiyimiz misallarda ən maraqlı cəhət ingiis dilinin Avstraliya
variantında erkən mərhələdən başlayan və inkişaf edən sözdəyişmə və
sözdüzəltmə prosesləridir. Paddock (tarla) və run (otlaq) dialektizmləri də
Avstraliyada şəraitə uyğun dəyişir və ədəbi dildə işlənməyə başlayır. İngilis
dialekt lüğətində “run” otlağın bir hissəsi və ya ümumi otlaqda heyvan
oturmaq hüquqi kimi izah olunur. İngilis dilinin Avstraliya variantında bu
söz fermerlər tərəfindən otlaq kimi işlədilən böyük ölçülü açıq sahə
deməkdir. Bu söz ilk dəfə ingilis dilinin Avstraliya variantında 1804-cü ildə
işlədilib və 30-cu illərdə artıq işlək sözə çevrilib və cattle run, stock run
(maldarlıq ferması), sheep run (qoyunçuluq ferması), back run (xutor) kimi
söz birləşmələrinin əsasında işlədilib. Avstraliyaşünasların fikrincə, ingili
dilinin Avstraliya variantıın əsas maraq doğuran sözü dinkum-dır. XIX əsrdə
bu söz “iş”, “əmək” mənasında işlədilirdi. O, artıq Avstraliyada bu mənada
işlədilmir. İndi Avstraliya ingiliscəsində “dinkum” – oyun, “fair dinkum”