Filologiya
məsələləri, №4, 2017
71
Ingilis dilinin Avstraliya variantında avstralizmlər poetik əsərlərin,
xüsusilə də, xalq nəğmələri və folklorun əsasını təşkil edir.
Məlumdur ki, dilin leksik sisteminin inkişafına mühüm faktorlar
həlledici təsir göstərir. Bunlara misal olaraq təbii-coğrafi mühiti, sosial-
iqtisadi, mədəni və başqa faktorları göstərmək olar. Məsələn, Avstraliyanın
koloniyalaşmasının erkən dövrlərində yeni, hələ tanış olmayan əşya və ya
hadisələrin adlandırılmasına olan tələbat tamamilə leksik yenilik olan
laughing, jackass, kackeroo və woolshed tipli sözlərin yaranmasına gətirib
çıxarmaya bilməzdi. U.Remsonun, S.Bekerin, C.Ternerin və başqa
avstraliyaşünasların ingilis dilinin Avstraliya variantında olan bu tipli leksik
yeniliklərə və həm də AuE-də digər leksik xüsusiyyətlərə həsr olnmuş elmi
əsərləri var. U.Remsonun tədqiqatlarının materialları bu günümüzdə də
müasirdir,ona görə ki, müəllif leksikanın elə elementlərini tədqiq edir ki, bu
leksik vahidlər zamanın sınağından keçib və avstraliyalıların ədəbi dilini
zənginləşdirib. Buna görə də Remsonun əsəri AuE-nin müasir vəziyyətinin
öyrənilməsi baxımından böyük maraq doğurur.
Haqlı olaraq Avstraliya ingiliscəsinin leksik-semantik sisteminə aid
olan ümumişlək sözlərin Beyker tərəfindən özbaşına bir kateqoriya
birləşdirilməsi tənqid edən Remson özü də səhvlərdən can qurtara bilmir.
U.Remson hərdən elə sözləri avstralizmələr aid edir ki, bu sözlərin AuE-nin
leksik-semantik tərkibində mənsubiyyəti mübahisəlidir. Misal üçün, “bloke”
sözünü götürə bilərik. Oksford lüğətinin tərtibçiləri bu sözün eyni dərəcədə
BE-yə mənsubluğunu bildirirlər. Eyni vəziyyət “hoax” sözünə də aiddir. Bu
sözün amerikanlıların ədəbi dilində tez-tez işlədilməsi onun təmiz avstralizm
olmadığını bildirir. İngilis dilinin Avstraliya variantına həsr olunan elmi
əsərlər içərisində bir az sxematik olsa da, dolğunluğu ilə seçilən və S.Beyker
tərəfindən yazılan “The Australian Language” əsərini qeyd etmək yerinə
düşər. Ancaq bu əsərin Menkenin məşhur “Amerikan dili” əsərin təsiri
altında yazıldığı baxmayaraq, Beykerin fikrincə bu kitab AuE ilə BE
arasında olan fərqlərin sübutudur. O yazır ki, bizdə, yəni Avstraliyada və
İngiltərədə əşyalar bir-birindən o dərəcədə fərqlidir ki, adət etdiyiniz
sözlərdən ya imtina etməli, ya bu sözləri başqa mənalarda işlətməli, ya da
tamamilə yeni sözlər işlətməli idik. Avstraliya ingiliscəsinin leksikasına həsr
olunmuş və maraq doğuran, nəzərə çarpan əsərlər arasında C.Ternerin “The
Language in Australia and New Zealand“ (1966) və “Good Australian
Engilsh” (1972) əsərləri də var. Birinci kitabda müəllif Avstrliya ingilis
dilinə müxtəlif tərəflərdən yanaşır. O, C.Beykerlə Avstraliya ingilis dilinə
görə mübahisəyə girir, Avstraliya ingilscəsinin tələffüz xüsusiyətlərini analiz
edir, sadə danışıq diinə və slenqlərə məxsus leksik vahidləri təsvir edir.
Terneringilis dilinin Avstraliya variantının yarandığı vaxtdan bu günədək
olan inkişafını izləyir. Bu iş bir az sxematik və məhdud misallarla aparılır.
Filologiya məsələləri, №4, 2017
72
Müəllifin gördüyü işin müsbət tərəfi ondadır ki, o Avstraliya ingiliscəsinin
leksikasının semantik inkişafını sosial faktorlara bağlamağa səy göstərir.
Əsərin “Semantics” adlanan III hissəsi onun bu səpgidə olan tədqiqatlarına
aiddir. Terner əvəllər A.Mitcell tərəfindən irəli sürülən Avstraliyada dilçilik
şəraitinin nitqin vahid şəklə salınması üçün unikal olmasını bir daha
Təsdiqləyir. Belə ki, bütün ölkə ərazisində dialektlər müşahidə olunmur,
sözlərin işlədilməsində bölgələrdə olan normadan kənara çıxmalar olduqca
azdır. Astraliya ingilicəsində Avstraliya elementinin izahına və onun
Avstraliya ingiliscəsind rolunun əleyhinə çlıxan Terner Avstraliya dili
ideyasını qəbul etmir və düzgün bir fikrə gəlir ki, Avstraliya variantı ingilis
dilinin təbii-coğrafi, sosial-mədəni-etnik və başqa faktorların qarşılıqlı
əlaqəsinin qanuni nəticəsədir və bu nöqteyi-nəzərdən AuE müasir ingilis
dilinin başqa variantlarından heç nə ilə fərqlənmir.
Son onilliklərdə ictimai inkişafın mühüm anlarını nəzərə alıb, müasir
dilin vəziyyətini və ingilis diinin Avstraliya variantında toplanan avstralizm-
lərin son illərin çapdan çıxmış soraq kitabçalarından istifadə etməklə
aparılmış analiz göstərir ki, Avstraliya ingiliscəsindəki avstralizmlər
aşağıdakı istiqamətlətrə meyl göstərir:
1. Flora və fauna.
2. Təbii-coğrafi mühit.
3. Ölkə, ştat və şəhər adları .
4. Həyat tərzi (insanlar, adətlər, idman).
5. Ölkənin daxili hissəsi (üzərindəki tikilərlə).
6. Kənd təsərrüfatı (əsasən qoyunçuluq).
7. Aboringenlərin xasiyyəti və onların həyat tərzi.
Ölkənin adı, “ köhnə və xeyirxah İngiltərə” ilə ənənəvi etnik və
mədəni əlaqələri, Avstraliya ştatlarının şəhərlərinin ad və ləqəbləri bütöv bir
avstralizmlər seriyasında öz əksini tapıb. Qismən avstralizmə misal olaraq
Commonwealth-i göstərə bilərik. Əgəe ingilis, yeni zelandiyalı, kanadalı
üçün bu söz qısaldılmış Commonweath - Millətlərin Britaniya birliyi
anlamındadırsa, avstraliyalı üçün bu söz Avstraliya anlamındadır. Göstərilən
misalda Avstraliya elementi Commonwealth sözünün ancaq bir mənasında
özünü göstərir. Avstraliya ingiliscəsində göstərilən leksik vahidlərin II
Dünya müharibəsindən sonra nəzərə çarpan dərəcədə canlanması maraq
doğuran faktdır. Çünki bu illərdə Avstraliyaya gələn mühacirlərə və onlarla
buraya gələn Britaniya adalarının sakinlərinə yerli sakinlərin ironiya ilə
verdikləri ad-ləqəblərdən ən məşhurları “pommy” və “pom wog” idi.
Pommy (pom) sözünün ingilis dilinin Avstraliya variantında işlənməsinin
tarixi və mənşəyi məlum deyil. Beykerin fikrincə bu söz keçən əsrin
ortalarında yaranıb və işlənməyə başlayıb. Onun fikrincə pommy - jimmy
(jimmygrant-immigrant) sözünün oxşarı kimi yaranıb və öz növbəsində