şəxsi nəqliyyat vasitəsi olmayan (müştərək və ya icarə) ekspeditorlar (52 müəssisə), digər
müəssisələr (48 müəssisə).
Əldə edilmiş nəticələri iki böyük qrupda birləşdirmək olar: müəssisənin ölçüsü və onun
ixtisaslaşması. Bu baxımdan sorğuların nəticələri sahə və firma səviyyəsində olan faktorların
nəqliyyat-tranzit sektorunun rəqabətliliyinə təsiri nəzərə alınmaqla öyrənilmişdir.
Sahə səviyyəsində olan faktorlar.
Bazarda rəqabət. Azərbaycanda yükdaşıma nəqliyyat xidmətləri nəqliyyat növündən asılı
olaraq əsasən hökumətin inhisarındadır və ölkənin sənaye mərkəzlərində yerləşir. Kiçik
müəssisələr isə bazarda kiçik zaman müddətində (təxminən 3-5 il) aktiv fəaliyyətə başlamışlar.
Kadr strukturunun təhlili göstərdi ki, orta müəssisələrdə sürücülər öz əməkdaşları arasında
üstünlük təşkil edir. Daha iri müəssisələr isə sürücü ştatları ilə müqayisədə əlaqələndiricilərə
üstünlük verilir. Bundan başqa nəqliyyat müəssisələri ekspeditor və loqistik müəssisələrlə
müqayisədə uzaq məsafəyə yük daşıyan sürücülərinə malikdirlər. Nəqliyyat-ekspeditor
müəssisələri ilə müqayisədə yükdaşıma xidmətləri göstərən orta və iri nəqliyyat müəssisələri
sistemi qismən yenidir və daha loqistikdir. Daha köhnə nəqliyyat vasitələri ən iri müəssisələrdə
və nəqliyyat üzrə ixtisaslaşmış müəssisələrdədir. Sputnik xidmətlərindən istifadə etməklə
yükləri daha tez çatdıran müəssisələrdən olan logistik müəssisələr isə demək olar çox zəif
yayılmışdır. Belə vəziyyətə naviqasiya təchizatı ilə məşğul olan müəssisələrdə də rast
gəlinmişdir.
Rəqiblərin imkanlartına gəldikdə isə qeyd etmək lazımdır ki, rəqabət üstünlüyü yaratmaq
üçün xüsusilə xarici bazar rəqibləri müstəsna xidmət növləri təklif edirlər. Apradığımız
sorğular göstərdi ki, Azərbaycan müəssisələri bir neçə tədarük, sərnişin və yük daşıma
xidmətləri göstərmək imkanlarına malikdirlər. Xırda müəssisələrdən isə yalnız biri, məsələn,
yük konteyneri və ya soyuducu imkanlarına malikdir.
Daha iri müəssisələr isə yükdaşıma istisna olmaqla hər hansı bir başqa xidmət sahəsi üzrə
ixtisaslaşmamışdır. İxtisaslaşmanın bu aspektini təhlil etməklə ekspeditorlar daha böyük fərqli
cəhətlərə malikdirlər. Bu tip müəssisələr bir çox yük daşıma xidmətləri göstərirlər.
Müəssisənin loqistikası differensasiya və ixtisaslaşma arasında dəyişir. Aparılan sorğular
həmçinin müəssisələrin bəzi xidmət paketi üzrə ixtisaslaşmağa başladığını göstərir.
İxtisaslşadığı xidmət üzrə əlavə dəyərin yaradılması bu müəssisənin xidmət bazarında
mövqeyinin möhkəmləndirilməsi üçün digər bir rəqabət üstünlüyüdür.
Formalaşan xidmət paketində əlavə dəyərin yaradılması şəkil 1-2-də göstərilmişdir.
Buradan aydın görmək olar ki, xırda müəssisələr yükdaşıma xidmət paketinin əsas üç
elementini təmin edir: tam yükləmə, yükləmə xidmətlərini qismən ötürmə (hansı ki, nəqliyyat
vasitələri tam məşğul deyil) və ekspedisiya. Yalnız orta və iri, əksər hallarda isə yalnız iri
müəssisələr tam xidmətlər paketi göstərmək imkanına malikdirlər: yüklərin bölgüsü, saxlama,
müştərinin adından aralıq gömrük xidmətləri, nəqliyyat xidmətləri ilə əlaqədar olan əlavə
sığorta və digər xidmətlər. Hətta iri müəssisələr qeyd edirlər ki, yükün tam daşınması zamanı
ekspeditorlarla müqayisədə onlar yuxarıda qeyd edilən işlərlə qismən məşğul olurlar.
Qeyd etmək lazımdır ki, iri müəssisələr anketdə qeyd edilməyən digər xidmət
göstərdikrlərini də qeyd etmişlər. Məsələn iri müəssisələr anketdə qeyd edilən bütün xidmətləri
praktik olaraq gösərirlər. Yükdaşıma işləri ilə məşğul olan avtonəqliyyat müəssisələrinin xalis
mənfəətini təhlil edərkən biz gördük ki, müəssisələr özlərinin şəxsi nəqlityyat vasitələri ilə
adətən əlavə xidmət də göstərirlər. Məsələn, yükün əlavə sığortalanması, saxlanılması və s.
Müəssisənin ekspeditor və loqistik xidmətləri nəqliyyatla əlaqəli olan çox müxtəlif əlavə və
müasir xidmətlərdir. Lakin ekspeditorlar yuxarıda qeyd edildiyi kimi, vahid bir nəqliyyat
xidmətidir.
3.6. Aparılan sorğunun nəticələri
Biz də Azərbaycan şəraitində milli nəqliyyat-ticarət xidmətlərinin rəqabət qabiliyyətini
və rəqabət üstnülüyün müəyyən etmək üçün sorğu keçirdik. Bu zaman Azərbaycanda nəqliyyat
müəssisələrinin yükdaşıma üzrə aşağı xərclər zamanı öz xidmətlərini satmaq imkanına malik
olmamasını nəzərə alıb əsas diqqətlərini müştərilərin üstünlük verdiyi xidmətlərə olan tələb və
təklif üzərində fokuslaşdırdıqlarının şahidi olduq.
Hazırda Azərbaycanda 819
7
müəssisə vardır ki, onlar yükdaşıma xidmətləri göstərmək
imkanına malikdirlər. Onlardan təxminən 1/8-i bizim sorğularımızla əhatə olunmuşdur və
alınan nəticələrdən firmaların rəqabət qabiliyyətini artırmaq üçün qərarların qəbulunda istifadə
ediləcək.
Məlumatlar iki kriteriyanın köməyi ilə təhlil edilmişdir: 1) müəssisənin daşınma
xidmətlərinin həcmi; 2) müəssisənin ixtisaslaşdığı sfera. Ona görə bu iki kriteriya seçilmişdir
ki, əvvəlki tədqiqatlar da göstərdiyi kimi, bu parametrlər rəqabət üstünlüyünün yaradılmasında
böyük rola malikdir.
Yükdaşıma üzrə iri müəssisələr yükdaşımalar bazarında aparıcı rəqabət imkanlarına
malikdirlər. Güclü müəssisələr xarici bazarlara çıxmaqla xırda müəssisələrlə rəqabət apara və
bu xidmət növləri üzrə rəqabət paketi yarada bilərlər. Belə müəssisələr yüklərin idarə edilməsi
və vaxtında çatdırılması üçün böyük imkanlara malikdir. Yalnız iri müəssisələr birgə
daşımaların təşkili, gömrükdə aralıq xidmətləri, yüklərin daşınması və s. loqstok funksiyaları
təşkil etmək imkanına malikdirlər.
Nəqliyyat-tranzit xidməti göstərən müəssisələr onların ölçüsündən asılı olaraq qeyd
edirlər ki, adətən şəxsi nəqliyyat vasitəsi olan müəssisələr bazarda əsas rəqib kimi çıxış edir.
Nəqliyyat müəssisələrinin onların daha ciddi rəqibi kimi çıxış etməsinə bütün müəssisələrin
59%-i cavab vermişdir. Yalnız orta və iri müəssisələr qeyd edirlər ki, onlar loqistik müəssisələr
ilə rəqabət apara bilirlər (42% və 23%).
Ekspeditorlar xırda, orta və iri müəssisələr üçün cidi rəqib hesab edilmir (müəssisələrin
yalnız 14,5%-i qeyd edirlər ki, ekspeditorun bu bazarda rəqabət aparması çox ciddidir).
İxtisaslaşma baxımından rəqabətin qiymətləndiriıməsini təhlil edərkən nəqliyyat müəssisələri
digər nəqliyyat müəssislərini ciddi rəqib (cavablardan 62%-i) kimi, həmçinin digər logistik
şirkətləri (nəqliyyat üzrə ixtisaslaşan müəssislərin 19%-i) ciddi rəqib kimi qeyd edirlər.
Ekspeditorlar hesab edirlər ki, bu bazarda rəqib nəqliyyat (48%) və xarici müəssisələridir
(24%).
Loqistika müəssisələri qeyd edirlər ki, nəqliyyat (62%) və logistika müəssisələri (20%)
ən ciddi rəqiblərdir. Ümumilikdə nəqliyyat və loqistika müəssisələrində qiymətləndirmədə
bazar mühiti oxşardır. Respondentlər qeyd edirlər ki, onlar rəqabət imkanları haqqında
düşünürlər və onların əksəriyyəti az xərclərlə fəaliyyət göstərən yükdaşıma müəssisələrini
rəqib kimi göstərirlər. Hətta yanacaq qiymətlərinin yüksək olmasını, əmək haqqı və digər
xərclərini nəzərə alsaq, belə respondentlər hesab edirlər ki, yük daşıma xidmətləri bazarında ən
rəqabətli müəssisə öz xidmətlərini daha az qiymətə satan müəssisələrdir (bütün
7
Rəsmi statistik məlumatlarda loqistika və digər nəqliyyat xidmətləri ekspeditor xidmətlərinə daxil edilmişdir. Sorğu
zamanı biz bunları fərqləndirmişik. Qeyd edək ki, hazırda ölkədə 52 ekspeditor şirkəti qeydə alınmışdır.