59
tətbiqi zamanı alınan nəticələrin dəqiqliyi və düzgünlüyü
bu işi yerinə yetirən şəxsin qabiliyyətindən, peşə hazırlı-
ğından və vərdişlərindən, həmçinin,xüsusi texniki vasitə-
lərdən (mikroskop, mikrofon, lupa) istifadə etmək imkan-
larından asılıdır. Bu metod istehlak əşyalarının, o cümlə-
dən qida məhsullarının (içkilər, qənnadı və tütün məmulat-
ları) keyfiyyətini qiymətləndirən zaman daha geniş tətbiq
edilir. Bu metoddan, həmçinin, istehlak əşyalarının erqo-
nomikliyini, ekolojiliyini, estetikliyini qiymətləndirən za-
man istifadə edilir.
Hesabat metodu məhsulun keyfiyyət göstəricilə-rinin
onun parametrlərindən nəzəri və ya empirik asılılıqların-
dan istifadəyə əsaslanır. Bu metodu əsasən məhsulun layi-
hələndirilməsi zamanı tətbiq edirlər, çünki bu mərhələdə
məhsul hələ eksperimental tədqiqat obyekti ola bilməz
(təcrübi nümunə yoxdur). Bu metod vasitəsilə nəzəri ola-
raq məhsuldarlığı, gücü, möhkəmliyi və s. təyin edirlər.
Ənənəvi metodda keyfiyyət göstəriciləri ixtisaslaş-
mış eksperimental laboratoriyaların, poliqonların və müəs-
sisələrin hesablama bölmələrinin (konstruktor şöbə-ləri-
nin, hesablama mərkəzlərinin, etibarlılıq xidmətlərinin)
vəzifəli şəxsləri (işçiləri) tərəfindən təyin edilir. Göstərici-
lər haqqında informasiya məhsulun sınaqları prosesində
formalaşır. Sınaqların aparılma şəraiti məmulatların nor-
mal işçi şəraitinə yaxın olmalıdır.
Ekspert metodunda keyfiyyət göstəricilərinin qiy-
mətlərinin təyin edilməsi mütəxəssis-ekspertlər qrupu tə-
rəfindən qəbul edilən qərara əsasən həyata keçirilir. Bu
cür qruplara müxtəlif istiqamətlər üzrə biliyə və qiymət-
ləndirilən məhsulun növündən asılı olaraq praktiki təcrü-
bəyə malik olan mütəxəssislər daxil edilirlər. Qrupun
60
üzvlərindən hər biri həlledici səsə malik olur. Bu metod o
hallarda tətbiq edilir ki, məhsulun keyfiyyət göstəricilərini
daha obyektiv metodlarla təyin etmək mümkün deyildir.
Malın qeyri-bərabərliyi dedikdə, bu və ya digər mə-
mulatda bu və ya digər xassənin qəbul edilmiş göstərici-
lərdən kənarlaşması nəzərdə tutulur. Bu məmulatın ayrı-
ayrı hissələrində səthinin xarakteri, təmizliyi, rəngi, par-
laqlığı, quruluşu, möhkəmliyi, bərkliyi, ölçüləri və başqa
göstəriciləri müxtəlif ola bilər. Qeyri-bərabərliyin imkan-
dan asılı olaraq aşkara çıxarılması şərti olaraq görünə bilər
və gizli adlana bilər.
Laboratoriya təcrübələrinin nəticələrinə əsasən xassə
göstəricilərinin qeyri-bərabərliyini hesablama yolu ilə
təyin edirlər, məsələn, möhkəmliyi və s. Bu zaman bir sıra
mənalar alınır və bunlardan əlamətin orta riyazi mənası -
M
or
, əlamətin mənasından orta riyazi azlıq M
or
-M
min
,
əlamətin mənasından orta riyazi çoxluq - M
or
hesablanır.
Qeyri-bərabərlik göstəricisi faiz hesabı ilə aşağıdakı
düsturla hesablanır (parçalar, gönlər və s. üçün):
H =
( )
(3.4)
Burada H- qeyri bərabərlik göstəricisi, %;
M
or
- elementin bir sıra mənalarından alınan orta
riyazi göstərici;
M
min
- aşağı mənalı əlamətlərin alınan orta riyazi
göstəricisi;
n - bütün mənaların sayı;
m - aşağı, orta riyazi göstəricilərindən olan əlamət
mənalarınınsayı.
Xassə göstəricilərinin təyinində alət üsulu vasitəsilə
malların kimyəvi, mikroskopik, fiziki, mikrobioloji göstə-
61
riciləri müəyyən edilir.
Kimyəvi üsul malların kimyəvi tərkibinin onlarda
zərərli maddələrin olmasını, kimyəvi xassə xarakterini tə-
yin etmək üçün işlədilir.
Mikroskopik üsul materialın quruluş tərkibini, bö-
yüklüyünü, hissəciklərin xarakterini və yerləşməsini təyin
etməyə imkan verir.
Məsələn, şüşənin və çininin faza quruluşunun miqdar
və keyfiyyət xarakteristikasını və həmçinin, lifin, ağacın,
kağızın, gönün və s. tərkibini müəyyən etməyə imkan
verir.
Mikroskopik təhlil zamanı, bir qayda olaraq, tədqiq
edilən obyektin quruluşunun foto şəkilləri alınır.
Fiziki üsullar malların texniki, mexaniki, optik,
elektrik və bir sıra xassə göstəricilərinin təyin edilməsi
üçün istifadə edilir. Bu üsulların köməkliyi ilə öyrənilən
obyektin xassə göstəricilərinin miqdar xarakteristikasını
təyin etmək olar.
Mikrobioloji üsulun qeyri-ərzaq mallarının əmtəəşü-
naslığında tətbiqinin məhdudluğuna baxmayaraq, bir sıra
məmulatların, xüsusilə üzvi mənşəli məmulatların saxlan-
ma müddətinin təyin edilməsində böyük məna kəsb edir.
Alət üsullarında xassə göstəricilərinin təyin edilməsi
zamanı məsələ yalnız göstəricinin böyüklüyünü təyin et-
məklə deyil, həmçinin ölçmə zamanı buraxılan səhvi qiy-
mətləndirməkdən ibarətdir.
3.4. Məhsulun keyfiyyətinin planlaşdırılması
Məhsulun keyfiyyətinin planlaşdırılması məfhumu
altında verilmiş vaxt anında, yaxud verilmiş vaxt fasiləsi
62
(intervalı) ərzində keyfiyyət göstəricilərinin tələb olunan
qiymətləri ilə məhsulun buraxılışı üzrə əsaslandırılmış
tapşırıqların işlənib hazırlanması və qəbul edilməsi prosesi
başa düşülür.
Məhsulun keyfiyyətinin planlaşdırılmasının məqsədi
müəyyən edilmiş norma və parametrlərə müvafiq olan
məhsulun keyfiyyətinin təmin olunmasından və keyfiyyət
xarakteristikalarının yüksəldilməsi üzrə istiqamətlərin
aşkara çıxarılmasından (müəyyən edilməsindən) ibarətdir.
Keyfiyyətin planlaşdırılmasının əsasını daxili və xa-
rici bazarın tələbatının elmi cəhətdən əsaslandırılmış proq-
nozlaşdırılması təşkil etməlidir. Keyfiyyətin yüksəldilməsi
planlarının düzgün əsaslandırılmasından ötrü məhsulun is-
tismarının nəticələri haqqında məlumatlardan istifadə
olunmalı, onun keyfiyyətinin faktiki səviyyəsi haqqında
məlumat ümumiləşdirilməli və təhlil edilməlidir.
Keyfiyyətin planlaşdırılması - layihələndirmə, isteh-
sal və istismar da daxil olmaqla, məmulatların həyati silsi-
ləsinin idarə olunmasının müxtəlif səviyyələrində və mər-
hələlərində həyata keçirilməli olan hərtərəfli prosesdir.
Keyfiyyətin yüksəldilməsi planı lazımi material, maliyyə
və əmək ehtiyatlan ilə təmin edilməlidir, keyfiyyətin yük-
səldilməsi üzrə planlaşdırılan göstəricilər və tədbirlər isə
iqtisadi səmərəlilik hesablamaları ilə dəqiq surətdə əsas-
landırılmalıdır.
Məhsulun keyfiyyətinin planlaşdırılmasının başlıca
vəzifələri belədir:
-
xüsusiyyətləri bazarın mövcud və perspektiv tələb-
lərinə maksimum uyğun olan məhsulun buraxılışını təmin
etməli;
Dostları ilə paylaş: |