Dərslik Azərbaycan Respublikası Təhsil



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə13/94
tarix14.09.2018
ölçüsü3,12 Mb.
#68173
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   94

 
 
47 
 
işlərin  nəticələrini,  ölkənin  və  xarici  dövlətlərin  qabaqcıl 
texniki  nailiyyətlərini,  proqressiv  maşın  və  avadanlıqlar 
sisteminin  təhlilini,  patent  sənədlərinin,  daxili  və  xarici 
bazarın  tələblərinin  öyrənilməsini  nəzərə  almaqla  texniki 
tapşırığı işləyib hazırlayır. Texniki tapşırıq konkret məmu-
lat və ya onların qrupu (tipölçüləri sırası və ya onun hissə-
si)  üçün  işlənib  hazırlana  bilər.  Konstruksiyaları  və  təyi-
natları  ümumi  olan  məmulatlar  qrupu  üçün  tipli  texniki 
tapşırıq işlənib hazırlana bilər. 
Texniki  tapşırıqda  texniki  təklifin  işlənib  hazırlan-
ması nəzərdə tutula bilər. Burada texniki həllərin müxtəlif 
variantlarının təhlilini əsasında texniki tapşırıqda göstəril-
məmiş  texniki  xarakteristikalara  və  keyfiyyət  göstəricilə-
rinə  sonuncu  tələblər  müəyyənləşdirilir.  Sifarişçi  ilə  razı-
laşdırılmış  texniki  təklif  KSVS-nin  tələblərinə  uyğun 
konstruktor  sənədlərinin  (eskiz,  texniki  layihə  və  işçi  sə-
nədlərinin) işlənib hazırlanmasına kömək edir. 
Sifarişçi işləyici təşkilatla birlikdə texniki tapşırıqda 
işləmənin nəticələrinin təhvil verilmə və qəbul qaydalarını 
təyin edirlər: 
-
 
hazırlanmış  nümunələrin  növləri  (eksperimental, 
təcrübi, baş); 
-
 
sınaqların kateqoriyaları; 
-
 
nəticələrin  qəbul  komissiyasında  baxılması  və  ko-
missiyanın tərkibi; 
-
 
qəbula təqdim edilən sənədlər. 
Texniki tapşırığın təsiri qəbul komissiyasının aktının 
təsdiq edildiyi gündən qurtarır. 
İstehsalçı məhsulun istehsala hazırlanmasında və is-
tehsalında  işləyici  təşkilatın  iştirakının  zəruriliyini  təyin 
edir. Zəruri hallarda onlar birlikdə İTITVS əsasında isteh-


 
 
48 
 
salatın  texnoloji  hazırlanmasına  daxil  olan  sənədləri  işlə-
yib hazırlayır, məhsulun sınaqlarını aparırlar. İstehsal mər-
hələsində həll olunan əsas məsələlər aşağıdakılardır: məh-
sulun  stabil  keyfiyyətinin  təmin  edilməsi,  istismarın  (is-
tehlakın) nəticələri haqqında daxil olan  məlumatların təh-
lili, məmulatların təkmilləşdirilməsinin mümkün olan isti-
qamətlərinin müəyyənləşdirilməsi, sertifikatlaşdırmaya 
 hazırlıq və servis xidmətinin təşkili üzrə işlərin yerinə ye-
tirilməsi. 
 
3.2. Keyfiyyət göstəricilərinin baza göstəriciləri ilə 
müqayisəli qiymətləndirilməsi 
 
Ayrı-ayrı  keyfiyyət  göstəriciləri  ölçülü  və  ölçüsüz 
qiymətlərlə  ifadə  olunur.  Vahid  göstəricilərin  keyfiyyət 
səviyyəsinin kompleks qiymətləndirilməsi üçün müqayisə 
edilən növdən istifadə etmək məsləhətdir, belə ki, müxtəlif 
ölçü vahidləri, məsələn, kiloqram və saniyə, metr və faizi 
öz aralarında tutuşdurmaq qeyri- mümkündür. 
Ayrı-ayrı  keyfiyyət  göstəricilərinin  növlərini  tutuş-
durmaq o zaman mümkündür ki, bunların hər birinin qiy-
məti  verilsin.  Ümumiləşdirilmiş  xassələrin  göstərici-ləri-
nin qiymətləndirilməsi özündə onun xassələrini təşkil edən 
göstəricilərin cəmləşdirilməsindən ibarət  olacaqdır. Başqa 
sözlə, hər bir xassənin göstəricilərinin faydalılığı  yüksək-
lik səviyyəsindən «ierarxiya ağacı» xassələrindən asılıdır. 
«Ölçmə»  və  «qiymətləndirmə»  terminlərini  fərqlən-
dirmək  zəruridir.  Ölçmə  özlüyündə  xassələrin  göstəricilə-
rin rəqəmlə ifadəsindən ibarətdir, amma qiymətləndirmə - 
tutuşdurma nəticələri, ölçülən xassə göstəricilərinin etalon 
göstəricilərlə  müqayisəsi  və  ya  bu  xassə  göstəricilərinə 


 
 
49 
 
verilən tələblərlə müqayisədən ibarətdir. 
Əgər xassə göstəricilərinin ölçmə nəticələri alət me-
todu  ilə  təyin  edilmiş  vahidlərlə  ifadə  olunursa,  onda  bu 
göstəricilərin  qiymətləndirilməsi  nisbi  və  ölçüsüz  hesab 
olunur. 
Ayrı-ayrı  keyfiyyət  göstəricilərinin  qiymətləndi-ril-
məsi kvalimetriyanın ən mürəkkəb məsələlərindən biridir. 
Qeyd  etmək  lazımdır  ki,  bu  o  vaxt  icra  olunur  ki,  xassə 
göstəriciləri  alət,  hesablama  metodu  və  ya  təcrübi-  istis-
mar yolu ilə ifadə olunsun. 
Xassə göstəricilərinin orqanoleptik, ekspert və sosio-
loji  metodla  təyini,  məlum  olduğu  kimi,  xassələrə  qeyri-
asılı  qiymət  verir.  Vacib  odur  ki,  qəbul  edilmiş  qiymət 
şkalası,  keyfiyyəti  təşkil  edən  bütün  xassə  göstəriciləri 
üçün vahid olsun. 
Xassə  göstəricilərinin  qiymətləndirilməsi  proble-mi-
nin mürəkkəbliyi onunla bağlıdır ki, qiymətləndirmə  mü-
vəqqəti xarakter daşıyır. Məsələn, geyim silueti vaxt döv-
ründən asılı olaraq ən yüksək qiymətə malik ola bilər, am-
ma bir neçə vaxtdan sonra modanın tələblərinə cavab verə 
bilmir. 
Qiymətləndirmənin  təyini  zamanı  istehlakçıların  tə-
ləblərini nəzərə almaq lazımdır. Bütün xassə göstəriciləri-
nin  mütləq  qiymətləndirilməsi  üçün  bir  sistem  qəbul  et-
mək mümkün deyil, belə ki, xassə göstəriciləri və onların 
qiymətləndirilməsi arasında müxtəlif asılılıq mövcuddur. 
Hər hansı bir xassənin göstəricilərinin qiymətlən-di-
rilməsi üçün analoji məmulatlar, onların dəyişmə inter-va-
lını ölçmək lazımdır. Məsələn, saya döşəmələrin müx-təlif 
tozsoranlarla təmizlənmə dərəcəsi 50%  ilə  98% ara-sında 
dəyişir. 


 
 
50 
 
Adətən normativ-texniki sənədlərdə xassə göstəri-ci-
lərinin  aşağı  və  yuxarı  hədləri  göstərilir.  Buna  görə  də 
standart  tələblərin  öyrənilməsi  vacibdir,  amma  xassə  gös-
təricilərinin  mütləq  interval  dəyişməsinin  təyini  qəna-
ətbəxş deyildir. 
Adətən  xassə  göstəricilərinin  mümkün  intervalını 
təyin  etmək  üçün  bircinsli  məhsulun  geniş  tədqiqatı  apa-
rılır.  Xassə  göstəricilərinə  mütləq  qiymət  verərkən,  eks-
pertimental  psixologiya-psixofızioloji  qanun  olan  Veber-
Fexner  qrupunun  əsas  tələblərini  nəzərə  almaq  lazımdır, 
bu  qanuna  görə  xassə  göstəricilərinin,  mütləq  qiyməti  ilə 
onların  qəbulu  arasında  tənasüb  deyil,  loqarifmik  asılılıq 
mövcuddur. 
Hazırki dövrdə xalq istehlakı mallarının xassələrinin 
vahid  keyfiyyət  göstəricilərinə  əsasən  ekspert  metodu  va-
sitəsilə qiymətləndirilir və malların keyfiyyət səviyyəsinin 
qiymətləndirilməsi  metodu  ilə  ifadə  olunur.  Müxtəlif  qiy-
mət şkalaları qəbul edir, məsələn, 0, 1 , 2 ,  3, 4, 0. 3, 4, 5; 
10-20 və 40 ballı. 
Yüngül sənaye məhsulları üzrə mütləq qiymətləndir-
mə üçün zərurilik hiss olunur, belə ki, xassə göstəricilərinə 
görə bu mallar üzrə alət metodu ilə təyin olunan bir key-
fiyyət kateqoriyası qradiasiyası mövcuddur. 
Əgər  xassə  göstəricilərindən  biri  qeyri-kafı  qiymət 
alarsa, onda keyfiyyət bütövlükdə qeyri-kafi hesab olunur 
və  kompleks  göstəricilərinin  təyininə  zəruriyyət  ön  plana 
keçir. 
 
 
 
 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə