78
DÖVLƏT NEFT FONDUNUN 2012-Cİ İL BÜDCƏSİNİN İCRASI
İLL
İK HESABAT
2012
İLL
İK
HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
DÖVLƏT NEFT FONDUNUN 2012-Cİ İL BÜDCƏSİNİN İCRASI
79
Fonduna 120 gün ərzində (28.02.2013-cü il tarixində) daxil olması nəzərdə tutulduğundan, bu
vəsait Fondun 2013-cü il büdcə gəlirlərinə aid ediləcəkdir.
Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə
sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər. 2012-ci ildə karbohidrogen
ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə
üçün Dövlət Neft Fonduna köçürülmüş akrhesabı ödənişlər 3,0 milyon manat və yaxud 3,8 milyon
ABŞ dolları təşkil etmişdir.
Belə ki, 2012-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz yatağı blokunun
kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti, Total E&P Azərbaycan Bi.Vi. və ARDNŞ-nin ortaq neft şirkəti arasındakı Sazişin 28.2-
ci maddəsinin icrasına uyğun olaraq 1,5 milyon ABŞ dolları, Xəzər dənizinin Azərbaycan
sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-
nin ortaq neft şirkəti arasındakı sazişin 28.2-ci maddəsinin icrasına uyğun olaraq 2,1 milyon
ABŞ dolları məbləğində akrhesabı ödənişlər həyata keçirilmişdir. Eyni zamanda Xəzər dənizinin
Azərbaycan sektorunda Bahar yatağının və Qum-Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı,
bərpası, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Dövlət Neft Şirkəti, Bahar Enerji Opereytinq
Limited və ARDNŞ-nin ortaq neft şirkəti arasındakı sazişin 31.2-ci maddəsinin icrasına uyğun
olaraq 0,2 milyon ABŞ dolları (Bahar və Qum-Dəniz yataqlarında hasilatın proqnozda nəzərdə
tutulana nisbətən daha az sahəni əhatə etməsi səbəbindən, Bahar Enerji Opereytinq Limited
şirkəti tərəfindən büdcədə proqnozlaşdırılan 0,62 milyon ABŞ dollarına nisbətən daha az vəsait
ödənilmişdir) məbləğində ödəniş həyata keçirilmişdir. Bununla əlaqədar akrhesabı ödənişlər ilə
bağlı gəlir maddəsi Fondun büdcəsində nəzərdə tutulana (3,3 milyon manat) nisbətən 90,0%
səviyyəsində icra olunmuşdur.
Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər.
2012-ci ildə neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən
gəlirlər (tranzit haqqı) 7,9 milyon manat və yaxud 10,0 milyon ABŞ dolları təşkil etmişdir. Tranzit
haqları ilə bağlı daxilolmalar Fondun büdcəsində nəzərdə tutulmuş məbləğə (8,1 milyon manat)
nisbətən 97% səviyyəsində yerinə yetirilmişdir. 2012-ci ildə hasilatın aşağı düşməsi və müvafiq
olaraq Bakı-Supsa ixrac boru kəməri ilə daha az neftin nəql olunması səbəbindən bu gəlir maddəsi
proqnoza nisbətən 3% aşağı yerinə yetirilmişdir.
Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən
bonuslar. 2012-ci ildə bu gəlir maddəsi üzrə gəlirlər 1,6 milyon manat və yaxud 2,0 milyon ABŞ
dolları təşkil etmişdir. “Balaxanı-Sabunçu-Ramana və Kürdaxanı yataqlarının daxil olduğu blokun
bərpası, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti, UQE-LANSER PTİ. LTD və ARDNŞ ortaq şirkəti arasında imzalanmış saziş üzrə 2011-ci ildə
(qüvvəyə minmə tarixindən 30 gün ərzində) ödənilməsi proqnozlaşdırılan bu vəsait Neft Fonduna
2012-ci ildə köçürülmüşdür.
Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər. 2012-ci ildə
Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər 544,0 milyon manat
(693,5 milyon ABŞ dolları) təşkil etmiş və bu mənbə üzrə gəlirlər Fondun 2012-ci il üzrə büdcəsində
nəzərdə tutulmuş məbləğə nisbətən 70,4 % daha çox yerinə yetirilmişdir. 2012-ci ildə Dövlət Neft
Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı investisiya portfelinin gəlirliliyi 2,2 % təşkil etmişdir.
Digər gəlirlər və daxilolmalar. 2012-ci ildə neft-qaz sazişləri çərçivəsində sərmayəçilər tərəfindən
(xarici neft şirkətləri) verilən aktivlərin (köhnəlmiş və ya istifadə olunmayan metal qırıntıları, borular)
satışı təşkil olunmuş və bu aktivlərin satışından Dövlət Neft Fondunun daxilolmaları 0,3 milyon
manat təşkil etmişdir. Bu gəlir maddəsi üzrə icra Fondun 2012-ci il üçün büdcəsində nəzərdə
tutulana (0,9 milyon manat) nisbətən 28% icra olunmuşdur. (Gəlirlərin icra səviyyəsi Cədvəl 7.1.-də
əks etdirilir).
Cədvəl 7.1.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il üzrə gəlirləri
№
Gəlir mənbələri
Gəlirlərin məbləği
(milyon manat)
İcra faizi
təsdiq
olunmuş
faktiki
1.
Azərbaycan Respublikasının payına düşən
karbohid rogenlərin satışından əldə edilən xalis
gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə
məsrəfl ər bank, gömrük rəsmiləşdirilməsi, müstəqil
nəzarət (sörveyer), marketinq və sığorta xərcləri
çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya
tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və
ya iştirak payına düşən gəlirlər istisna olmaqla)
13 388, 6
13 117, 4
98,0
2.
Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar
sərmayəçilər tərəfi ndən
müqavilə sahəsindən
istifadə üçün ödənilən akrhesabı ödənişlər
3,3
3,0
90,0
3.
Neftin və qazın Azərbaycan Respublikasının
ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər
8,1
7,9
97,0
4.
Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə
bağlı sərmayəçilər tərəfi ndən ödənilən bonuslar
(mükafatlar)
1,6
1,6
100,0
5.
Dövlət Neft Fondunun vəsaitlərinin idarə
edilməsindən əldə edilən gəlirlər
319,2
544,0
170,3
6.
Digər gəlirlər və daxilolmalar
0,9
0,3
28,0
Cəmi gəlirlər
13 721,8
13 674,1
99,7
Büdcədənkənar gəlirlər
253,4