104
İLL
İK
HESABAT
2012
İLL
İK HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
105
KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
(Min Azərbaycan manatı ilə)
KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
(Min Azərbaycan manatı ilə)
Artıqlıq və ya defi sitdə əks olunan ədalətli dəyəri ilə hesablanmış maliyyə aktivləri
Artıqlıq və ya defi sitdə əks olunan ədalətli dəyəri ilə hesablanmış maliyyə aktivləri kapital və borc
qiymətli kağızlarından ibarətdir. Bunlar satış üçün saxlanılmış aktivlər kimi təsnif olunur. Maliyyə aktivi
aşağıdakı hallarda satış üçün saxlanılmış aktiv kimi təsnif olunur:
a) Yaxın gələcəkdə satılmaq və ya yenidən satılmaq məqsədilə alındıqda;
b) İlkin tanınma zamanı birgə idarə olunan və qısa bir müddətdə mənfəət əldə etmək qabiliyyətinə
malik olması sübuta yetirilən, müəyyən maliyyə alətləri portfelinin bir hissəsi olduqda;
c) Törəmə alət olduqda (maliyyə zəmanəti müqaviləsi və ya təyin olunmuş və effektiv hedcinq aləti
olan törəmə alətlər istisna olmaqla).
Satış üçün saxlanılmış maliyyə aktivi olmayan maliyyə aktivi aşağıdakı hallarda ilkin tanınma zamanı
artıqlıq və ya defi sitdə əks olunan ədalətli dəyəri ilə hesablanmış maliyyə aktivi kimi təyin edilə bilər:
d) Belə təyinat əks təqdirdə digər əsaslarla aktivlərin ölçülməsi və ya onlar üzrə gəlirlərin və ya
zərərlərin tanınmasından yarana bilən ölçmə və ya tanıma uyğunsuzluğunu aradan götürür və ya
əhəmiyyətli dərəcədə azaltdıqda; və ya
e) Maliyyə aktivi risklərin idarə olunması və ya investisiyaların qoyulmasına dair Fondun
sənədləşdirilmiş strategiyasına uyğun olaraq ədalətli dəyər əsasında idarə edilən və əməliyyat nəticələri
ədalətli dəyər əsasında qiymətləndirilən maliyyə aktivləri və ya öhdəlikləri qrupunun (və ya hər ikisindən
ibarət olan qrupun) bir hissəsi olduqda və təşkilat daxilində bu cür qruplaşma haqqında məlumat əsas
idarə heyəti ilə eyni əsasla təqdim olunduqda.
Artıqlıq və ya defi sitdə əks olunan ədalətli dəyəri ilə hesablanmış maliyyə aktivlərinin ilk olaraq
qeydə alınması və sonradan ölçülməsi ədalətli dəyərlə aparılır. Fond artıqlıq və ya defi sitdə əks olunan
ədalətli dəyəri ilə hesablanmış maliyyə aktivlərinin ədalətli dəyərini müəyyən etmək məqsədilə açıq
bazar qiymətlərindən və qiymətləndirmə modelindən istifadə edir. Artıqlıq və ya defi sitdə əks olunan
ədalətli dəyəri ilə hesablanmış maliyyə aktivləri üzrə ədalətli dəyərə edilən düzəlişlər dövr üzrə maliyyə
nəticələri haqqında hesabatda artıqlıq və ya defi sitdə əks olunan ədalətli dəyəri ilə hesablanmış maliyyə
aktivləri üzrə xalis gəlir və ya zərərin bir hissəsi kimi əks olunur. Fond maliyyə aktivlərini saxladığı dövr
ərzində onları bu kateqoriyaya və ya bu kateqoriyadan başqasına yenidən təsnifl əşdirmir.
Ödəmə müddəti tamamlanana qədər saxlanılan maliyyə investisiyaları
Müəyyən və ya müəyyən edilə bilən ödənişli və müəyyən müddəti olan qeyri-törəmə maliyyə
aktivləri Fondun onları ödəmə müddəti tamamlanana qədər saxlamaq niyyəti və imkanı olanda, ödəmə
müddəti tamamlanana qədər saxlanılan maliyyə aktivləri kimi təsnif edilir. Qeyri-müəyyən müddətdə
saxlanması nəzərdə tutulan investisiyalar bu sinfə daxil edilmir. Ödəmə müddəti tamamlanana qədər
saxlanılan investisiyalar sonradan amortizasiya olunmuş dəyərlə ölçülür. Gəlir və zərərlər maliyyə nəticələri
haqqında hesabatda investisiyalar dəyərsizləşdikdə, habelə amortizasiya prosesində əks etdirilir.
Qızıl külçələr
Fond tərəfi ndən qızıl külçələrin satın alınmasında məqsəd, həmin qızılın gələcəkdə satıla bilməsi
imkanı ilə ümumi investisiya portfelinin diversifi kasiyası olmuşdur. Qızıl külçələr ədalətli dəyərlə ilk olaraq
qeydə alınır, sonradan ölçülür və cari aktivlərin bir hissəsi kimi artıqlıq və ya defi sitdə ədalətli dəyərlə
təsnif edilir.
İnvestisiya əmlakı
İnvestisiya əmlakı kapitalı artırmaq, icarədən gəlir əldə etmək və ya hər iki məqsədlə alınmış
əmlakdır. İnvestisiya əmlakı ilkin olaraq əməliyyat məsrəfl əri də daxil olmaqla maya dəyəri ilə ölçülür.
Tanıma meyarına uyğun gələndə, mövcud investisiya əmlakının bir hissəsinin əvəzləşdirilməsi xərcləri
yaranan zaman balans dəyərinə daxil edilir, lakin investisiya əmlakına göstərilən gündəlik xidmətlərin
dəyəri balans dəyərinə daxil edilmir. İlkin tanımadan sonra, investisiya əmlakı hesabat tarixindəki bazar
şəraitlərini əks etdirən ədalətli dəyərlə uçota alınır. İnvestisiya əmlakının ədalətli dəyərlərində baş verən
dəyişikliklərdən irəli gələn gəlir və ya zərərlər yarandığı dövrdə konsolidasiya edilmiş maliyyə nəticələri
haqqında hesabata daxil edilir. Ədalətli dəyərlər hər il müvafi q səlahiyyətləri olan müstəqil qiymətləndirici
tərəfi ndən, Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsinin tövsiyə etdiyi qiymətləndirmə modelini
tətbiq etməklə qiymətləndirilir.
İnvestisiya əmlakı xaric edildiyi halda və ya istifadədən daimi olaraq çıxarıldığı və gələcəkdə onun
xaric edilməsindən heç bir iqtisadi səmərə gözlənilmədiyi halda, investisiya əmlakının tanınması
dayandırılır. Xaric etmədən əldə edilən xalis mədaxillə aktivin balans dəyəri arasındakı fərq tanımanın
dayandırıldığı dövrdə konsolidasiya edilmiş maliyyə nəticələri haqqında hesabatda tanınır.
İnvestisiya əmlakına və investisiya əmlakından köçürmələr yalnız istifadədə hər hansı dəyişiklik
olduğu halda edilir. İnvestisiya əmlakından mülkiyyətçi tərəfi ndən istifadə olunan daşınmaz əmlaka
köçürmə məqsədi ilə sonrakı uçot üçün ilkin dəyər istifadədəki dəyişiklik tarixində balans dəyəridir.
Mülkiyyətçi tərəfi ndən istifadə olunan daşınmaz əmlak investisiya əmlakına çevrildiyi halda Fond həmin
mülkiyyəti istifadədə dəyişiklik tarixinə qədər “Əmlak və avadanlıqlar” bölməsində göstərilən siyasətə
müvafi q olaraq uçota almalıdır.
Əmlak və avadanlıqlar
Fondun əmlak və avadanlığı əsasən inzibati məqsədlər üçün saxlanılan, faydalı istismar müddəti bir
hesabat dövründən çox olan və qiyməti 100 manatdan (tam məbləğ) yuxarı olan maddi aktivlərdir.
Əmlak və avadanlıqların köhnəlməsi onların balans dəyərindən tutulur və onların faydalı istismar
müddətləri üzrə silinir. Köhnəlmə aşağıdakı illərdən istifadə etməklə bərabər hissələrlə köhnəlmə metodu
əsasında hesablanır:
İllər
Binalar
50
Nəqliyyat vasitələri
7
Ofi s avadanlığı
4
Mebel
5
Digər əsas vəsaitlər
3
Əmlakın və avadanlıqların balans dəyərləri onların bərpa dəyərlərindən artıq dəyərlə uçota alınıb
alınmadığını qiymətləndirmək üçün hər hesabat tarixində nəzərdən keçirilir. Bərpa dəyəri aktivin satış
xərclərini çıxmaqla ədalətli dəyəri və istifadə dəyəri arasındakı ən yüksək məbləğdir. Balans dəyəri
hesablanmış bərpa dəyərindən artıq olduğu halda, aktivlərin dəyəri bərpa dəyərinədək azaldılır,
dəyərsizləşmə müvafi q dövrdə tanınır və əməliyyat xərclərinə daxil edilir. Dəyərsizləşmə zərəri qeydə
alındıqdan sonra əmlak və avadanlıqlar üzrə köhnəlmə xərclərinə gələcək dövrlərdə qalıq dəyərini
(əgər varsa) çıxaraq aktivlərin balans dəyərini qalan faydalı istismar müddətlərinə bərabər şəkildə
bölüşdürmək məqsədilə düzəliş edilir.