108
İLL
İK
HESABAT
2012
İLL
İK HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
109
KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
(Min Azərbaycan manatı ilə)
KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
(Min Azərbaycan manatı ilə)
Dövlət Büdcəsinə köçürmələr, habelə hökumət idarələri, hökumətə məxsus müəssisə və şirkətlərə
köçürmələr ödəniş tarixində tanınır. Bütün köçürmələr Fondun təsdiq olunmuş büdcəsi çərçivəsində
həyata keçirilir və büdcə ilə nəzərdə tutulmuş müvafi q benefi siarlara (dövlət təşkilatları, hökumətə
məxsus müəssisə və şirkətlər) təqdim etdikləri sifariş məktublarının əsasında ödənilmək üçün Azərbaycan
Respublikasının Dövlət Xəzinədarlığına köçürülür.
Gəlir və xərclərin tanınması
Faiz gəliri effektiv faiz metodunu istifadə etməklə hesablama metodu əsasında tanınır. Effektiv faiz
metodu maliyyə aktivlərinin və ya maliyyə öhdəliklərinin (və ya maliyyə aktivləri və ya maliyyə öhdəlikləri
qrupunun) amortizasiya xərclərinin hesablanması və faiz gəlirinin müvafi q dövrlər üzrə bölüşdürülməsi
metodudur. Effektiv faiz dərəcəsi hesablanmış gələcək pul ödənişlərini və ya gəlirlərini maliyyə alətinin
gözlənilən faydalı istismar müddəti üzrə və ya müvafi q olduqda, daha qısa müddətdə maliyyə aktivinin
xalis balans dəyəri üzrə dəqiq diskontlaşdıran dərəcədir.
Dəyərsizləşmə zərəri nəticəsində maliyyə aktivi və ya oxşar maliyyə aktivləri qrupu qiymətdən
düşdükdə (və ya qismən qiymətdən düşdükdə), faiz gəliri dəyərsizləşmə zərərini müəyyən etmək
məqsədilə gələcək pul vəsaitlərinin hərəkətini diskontlaşdırmaq üçün istifadə olunan faiz dərəcəsi
əsasında tanınır.
Ədalətli dəyərlə əks etdirilən aktivlər üzrə əldə edilən faizlər faiz gəlirinin tərkibində təsnifl əşdirilir.
Xərclər hesablama metodu ilə, yəni, çəkildiyi zaman tanınır.
Xarici valyutanın çevrilməsi
Konsolidasiya edilmiş maliyyə hesabatları Fondun funksional və təqdimat valyutası olan Azərbaycan
manatı ilə (“manat”, AZN) təqdim edilir. Xarici valyutalarla aparılan əməliyyatlar ilk öncə əməliyyat
tarixində qüvvədə olan valyuta məzənnəsi ilə funksional valyutaya çevrilir. Xarici valyuta ilə olan monetar
aktivlər və öhdəliklər hesabat tarixinə məzənnədən istifadə etməklə funksional valyutaya çevrilir. Xarici
valyutalarla olan əməliyyatların çevrilməsindən yaranan bütün fərqlər konsolidasiya edilmiş maliyyə
nəticələri haqqında hesabatda məzənnə fərqi kimi tanınır. Xarici valyuta ilə olan və ilkin dəyəri ilə
qiymətləndirilən qeyri-monetar maddələr əməliyyat tarixinə mövcud olan məzənnəyə görə çevrilir.
Xarici valyuta ilə olan və ədalətli dəyərlə qiymətləndirilən qeyri-monetar maddələr ədalətli dəyərin təyin
edildiyi tarixdə mövcud olan məzənnəyə görə çevrilir.
Xarici valyuta ilə əməliyyatın müqavilə məzənnəsi ilə ARMB-nın həmin əməliyyat tarixinə rəsmi
məzənnəsi arasında fərqlər xarici valyuta ilə əməliyyatlar üzrə xərcləri çıxmaqla gəlirlərə daxil edilir.
Hesabat tarixində funksional valyutası Fondun təqdimat valyutasından fərqli olan müəssisələrin
aktivləri və öhdəlikləri hesabat tarixində qüvvədə olan məzənnə ilə manatla çevrilir və onların maliyyə
nəticələri haqqında hesabatları il üzrə hesablanmış orta məzənnə ilə çevrilir. Əməliyyat üzrə yaranan
məzənnə fərqi xalis aktivlərin/kapitalın ayrıca komponenti kimi qəbul edilir. Funksional valyutası Fondun
təqdimat valyutasından fərqli olan törəmə və ya asılı müəssisələr satılanda təxirə salınmış məcmu məbləğ
konsolidasiya edilmiş maliyyə nəticələri haqqında hesabatda artıqlıq və ya defi sitdə tanınır.
Mübadilə məzənnəsi
Fond ilin sonuna maliyyə hesabatlarının tərtib olunması zamanı aşağıdakı xarici valyuta
məzənnələrindən istifadə etmişdir:
2012
2011
AZN/1 ABŞ dolları
0.7850
0.7865
AZN/1 Avro
1.0377
1.0178
AZN/1 Funt sterlinq
1.2694
1.2123
AZN/1 Rusiya rublu
0.0258
-
Maliyyə aktivlərinin və öhdəliklərinin əvəzləşdirilməsi
Fond maliyyə aktivləri və maliyyə öhdəliklərinin tanınmış məbləğlərini qarşılıqlı əvəzləşdirmək üçün
qanuni hüquqa malik olduğu və ya hesablaşmanı netto əsasında həyata keçirmək, ya da eyni vaxtda
aktivi realizasiya etmək və öhdəliyi yerinə yetirmək niyyəti olduğu halda, qarşılıqlı əvəzləşdirir və maliyyə
vəziyyəti haqqında hesabatda xalis məbləğ kimi təqdim edir. Tanınmasının dayandırılmasına icazə
verilməyən maliyyə aktivinin köçürülməsini uçota alarkən Fond köçürülmüş aktivi və ya onunla əlaqəli
öhdəliyi əvəzləşdirmir.
4. Mühüm mühakimələr və proqnozlar
Fondun konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması rəhbərlik tərəfi ndən hesabat
tarixinə aktiv və öhdəliklərin hesabatlarda göstərilən məbləğlərinə və həmin tarixdə başa çatan il
ərzində gəlir və xərclərin hesabatlarda göstərilən məbləğlərinə təsir edən proqnozların verilməsi və
mühakimələrin çıxarılmasını tələb edir. Rəhbərlik öz proqnozlarını və mühakimələrini davamlı olaraq
nəzərdən keçirir. Rəhbərlik öz proqnoz və mühakimələrində təcrübəsinə və mövcud şəraitə müvafi q
hesab edilən digər amillərə əsaslanır. Müxtəlif fərziyyələrdən və ya şəraitlərdən asılı olaraq faktiki nəticələr
həmin proqnozlardan fərqlənə bilər. Aşağıdakı proqnoz və mühakimələr Fondun maliyyə vəziyyətinin və
maliyyə nəticələrinin təsvir edilməsi üçün mühüm hesab olunur.
Maliyyə alətlərinin qiymətləndirilməsi
Artıqlıq və ya defisitdə əks olunan ədalətli dəyəri ilə hesablanmış aktivlər kimi təsnif edilmiş maliyyə
alətləri ədalətli dəyərlə göstərilir. Bu cür maliyyə alətlərinin ədalətli dəyəri alətin məcburi və ya likvidasiya
satışından başqa, könüllü tərəflər arasında aparılan cari əməliyyat nəticəsində mübadilə edildiyi məbləğdir.
Əgər alətin bazar dəyəri açıqlanmışdırsa, onun ədalətli dəyəri bazar qiymətinə əsaslanmaqla hesablanır.
Bazarda qiymətləndirmə parametrlərini müşahidə etmək mümkün olmadıqda və ya müşahidə edilən
bazar qiymətlərinə istinad etmək mümkün olmadıqda, ədalətli dəyər hər bir məhsul üçün uyğun olan
digər bazar məlumatını və qəbul edilmiş maliyyə nəzəriyyələrindən əsaslandığımız riyazi metodologiyanı
istifadə edən qiymətləndirmə modelini təhlil etməklə əldə olunur. Qiymətləndirmə modelləri qiymətli
kağızların müqavilə şərtlərini, habelə bazara əsaslanan qiymətləndirmə parametrlərini (məsələn, faiz
dərəcələrini, dəyişkənliyi, mübadilə məzənnələrini və tərəf-müqabillərin kredit reytinqini) nəzərə alır.
Bazara əsaslanan qiymətləndirmə parametrlərini müşahidə etmək mümkün olmadıqda, alətin
bazarda necə qiymətləndiriləcəyinin məntiqi əksini müəyyən etmək məqsədilə rəhbərlik həmin
parametrin ən yaxşı qiymətləndirilməsinə dair mühakimə işlədəcək. Bu mühakimə işlədilərkən, müxtəlif
vasitələrdən o cümlədən, müşahidə edilən məlumatın etibarlılığı, tarixi məlumatlar və ekstrapolyasiya
mexanizmləri istifadə olunur. Alət bazarda müşahidə olunan məlumatla müqayisə edilməklə sübuta
yetirildiyi hallar istisna olmaqla, ilkin tanınma zamanı maliyyə alətinin ədalətli dəyərinin qiymətləndirməsi
üçün ən yaxşı sübut əməliyyat qiyməti olur. Əməliyyat qiyməti ilə qiymətləndirmə mexanizminə