114
İLL
İK
HESABAT
2012
İLL
İK HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
115
KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
(Min Azərbaycan manatı ilə)
KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
(Min Azərbaycan manatı ilə)
Kapital qiymətli kağızları
31 dekabrda kapital qiymətli kağızlarının balans dəyəri aşağıdakılardan ibarət olmuşdur:
2012
2011
İstehlakçı
106,456
915
Maliyyə
98,434
252
Telekommunikasiya və informasiya texnologiyaları
76,725
475
Sənaye
53,292
100
Səhiyyə
51,307
504
Enerji
49,894
160
Materiallar
33,846
239
Özəl kapital
33,798
8,969
Kommunal xidmətlər
16,637
-
Cəmi kapital qiymətli kağızları
520,389
11,614
SPDR Trust
ARDNF Fondun daxilində idarə edilən portfelində SPDR Trust fondu vasitəsi ilə ABŞ-da yaradılmış
S&P 500 birja indeksinə birbaşa investisiya edir. S&P 500 indeksi ABŞ-ın Apple Inc, Exxon Mobil Corp,
IBM, Microsoft Corp, Chevron Corp, General Electric, Johnson & Johnson, Procter & Gamble, AT&T
Inc, Pfi zer Inc kimi iri 500 şirkətin səhmlərini təmsil edən portfeldən ibarətdir. Əsas investisiya olunan
sektorlar Neft və Qaz, Kompüter, Əczaçılıq, Bank, İstehlakçı, Telekommunikasiya və sairədir.
ABŞ agentliklərinin qiymətli kağızları
2012-ci ildə ABŞ agentliklərinin borc qiymətli kağızları Freddie Mac və Federal Farm Credit Bank
tərəfi ndən buraxılmış borc qiymətli kağızlarına investisiyalarla təmsil olunur (2011: Fannie Mae, Freddie
Mac, Federal Farm Credit Bank və Federal Home Loan Banks). Bu qiymətli kağızlar üzrə ildə 0.215%
- 2.75% müəyyən dərəcə ilə faiz hesablanır (2011: ildə 0.5% - 3.05%) və müddəti 2014-cü ilin dekabr
ayından 2015-ci ilin noyabr ayınadək dövrdə başa çatır (2011: 2012-ci ilin aprel ayından 2015-ci ilin iyun
ayınadək dövrdə). 31 dekabr 2012-ci il tarixində bu qiymətli kağızlar üzrə yığılmış faiz 15 min manat
olmuşdur (2011: 22 min manat). Bu qiymətli kağızlar Fondun xarici menecerləri olan BYİB tərəfi ndən
idarə olunan portfeldə saxlanılmışdır.
7. Ödəmə müddəti tamamlanana qədər saxlanılan maliyyə
investisiyaları
Ödəmə müddəti tamamlanana qədər saxlanılan maliyyə investisiyaları aşağıdakılardan ibarətdir:
2012
2011
Ödəmə müddəti tamamlanana qədər saxlanılan maliyyə investisiyalarının
cari hissəsi
57,523
57,143
Ödəmə müddəti tamamlanana qədər saxlanılan maliyyə investisiyalarının
uzunmüddətli hissəsi
456,969
326,959
514,492
384,102
Bunlar aşağıdakıların korporativ istiqrazlarından ibarətdir:
2012
2011
Mercury Investments and Holdings Ltd.
157,828
-
Azerbaijan (ACG) Ltd (AzACG Ltd)
356,664
384,102
514,492
384,102
26 sentyabr 2012-ci ildə Fond Mercury Investments and Holdings Ltd. şirkətinin (Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin 100%-lik törəmə müəssisəsi) istiqrazlarını 200,000 min ABŞ dolları
məbləğində nominal dəyərə almışdır. 31 dekabr 2012-ci il tarixinə bu istiqrazlar 157,828 min manata
(2011: sıfır) bərabər olmuşdur. İstiqrazların ödəmə tarixi 31 dekabr 2027-ci ildir və kupon dərəcəsi 6 aylıq
LIBOR + 1.335% təşkil edir.
Alış Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2011-ci il tarixli 519 saylı “Azərbaycan
Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin idarə edilməsi Qaydaları” haqqında Fərmanına
uyğun olaraq həyata keçirilmişdir. Bu istiqrazın buraxılmasının əsas məqsədi Azərbaycan Respublikasında
Gəmiqayırma zavodunun təkmilləşdirilməsi və yenidən qurulması olmuşdur.
5 iyul 2011-ci il tarixində Fond 485,000 min ABŞ dolları olan nominal dəyərində AzAÇG şirkətinin
(Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 100% mülkiyyətində olan törəmə müəssisə) istiqrazlarını
almışdır. İstiqrazların alınması Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2010-cu il tarixli Qərarı
ilə təsdiq edilmiş “2011-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə
edilməsinin əsas istiqamətləri (proqramı)” çərçivəsində alınmışdır. Proqrama uyğun olaraq ARDNF Xəzər
Dənizi hövzəsində fəaliyyət göstərən neft və qaz şirkətlərinin qiymətli kağızlarına investisiya yatıra bilər.
Bu qiymətli kağızların emitenti və ya onun əsas şirkəti uzunmüddətli investisiya dərəcəli kredit reytinqinə
malik olmalıdır. 31 dekabr 2012-ci il tarixinə bu istiqrazların məbləği 356,664 min manat (2011: 384,102
min manat) olmuşdur. İstiqrazların ödəmə müddəti 31 dekabr 2024-cü ildə başa çatır və kupon dərəcəsi
6-aylıq LİBOR + 1% təşkil edir.
Qiymətli kağızların saxlanması xidmətlərini Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi
təmin edir. İstiqrazlar saxlanıldığı müddət ərzində faiz gəlirini əldə etmək məqsədilə Fondun rəhbərliyi
istiqrazları planlaşdırılmış ödəmə tarixinə qədər saxlamaq niyyətindədir və imkanına malikdir.
8. Qızıl külçələr
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli 511 saylı Fərmanı ilə təsdiq edilmiş,
21 dekabr 2001-ci il tarixli 607 saylı Fərmanı, 1 mart 2005-ci il tarixli 202 saylı Fərmanı, 10 fevral 2010-cu
il tarixli 216 saylı Fərmanı, 27 oktyabr 2011-ci il tarixli 519 saylı Fərmanı ilə əlavə və dəyişikliklər edilmiş
“Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə
edilməsi Qaydaları”na uyğun olaraq London Qiymətli Metallar Bazarı Assosiasiyasının tələblərinə uyğun
qızıl külçələr Fondun investisiya portfelinə daxil edilə bilər. Fond 2012-ci il ərzində 480,146 xalis troy
unsiyası qızıl almışdır.
31 dekabr 2012-ci il tarixinə xarici banklara yerləşdirilmiş qızıl külçələr 422,870 min AZN (2011: sıfır)
məbləğində 325,000 xalis troy unsiyası qızıl olmuşdur.