110
İLL
İK
HESABAT
2012
İLL
İK HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
111
KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
(Min Azərbaycan manatı ilə)
KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
(Min Azərbaycan manatı ilə)
əsaslanmaqla müəyyən edilmiş dəyər arasındakı hər hansı fərq ilkin tanınma zamanı maliyyə nəticələri
haqqında hesabata daxil edilmir. Sonrakı gəlirlər və ya zərərlər yalnız bazar iştirakçılarının qiymət təyin
edərkən nəzərə ala biləcəkləri amillərdəki dəyişikliklərdən irəli gələrək tanınır.
Fond elan olunmuş bazar qiymətləri olmayan maliyyə alətlərinin qiymətləndirilməsi ilə bağlı
mühasibat proqnozunu aşağıdakı səbəblərdən qeyri-müəyyənliyin əsas mənbəyi hesab edir: (i) onlar
dövrdən-dövrə dəyişməyə çox həssasdır, çünki bu rəhbərliyin faiz dərəcələri, dəyişkənlik, mübadilə
məzənnələri, tərəf-müqabilin kredit reytinqi, qiymətləndirmə düzəlişləri və əməliyyatın spesifi k xüsusiyyəti
ilə bağlı fərziyyələr irəli sürməsini tələb edir və (ii) qiymətləndirmələrdəki dəyişikliyin tanınmasından
irəli gələn təsirin Fondun maliyyə vəziyyəti haqqında hesabatında, eləcə də mənfəət/(zərər) hesabında
açıqlanan aktivlərinə əhəmiyyətli olması ehtimal edilir.
Rəhbərlik faiz dərəcələri, dəyişkənlik, mübadilə məzənnələri, partnyorun kredit reytinqi,
qiymətləndirmə düzəlişləri ilə bağlı müxtəlif fərziyyələrdən istifadə edərsə, elan edilmiş bazar qiyməti
olmayan maliyyə alətlərinin qiymətləndirilməsində kiçik və ya böyük dəyişiklik Fondun hesabatda
göstərilən xalis artıma əhəmiyyətli təsirlə nəticələnə bilər.
Ödəmə müddəti tamamlanana qədər saxlanılan investisiyaların dəyərsizləşməsi
Fond şirkətlərdə, o cümlədən fəal bazarda alqı-satqı aparmayan şirkətlərdə investisiyalar saxlayır.
Bazar vəziyyətində gələcək mənfi dəyişikliklər və ya pis əməliyyat nəticələri investisiyanın cari balans
dəyərində əks etdirilə bilməyən zərərlərə, beləliklə də gələcəkdə dəyərsizləşmə xərcinin tələb
edilməsinə gətirib çıxara bilər. Fond müntəzəm qaydada dəyərin dəyərsizləşməsi əlamətlərinin olub-
olmamasını müəyyən etmək üçün investisiyaları təhlil edir. Bu təhlillər gələcək hadisələrin nəticələrinin
qiymətəndirilməsini və dəyərsizləşmənin baş verməsini göstərən amillərin mövcud olub-olmamasının
müəyyən edilməsini tələb edir.
İnvestisiya əmlakının və əmlak və avadanlıqların ədalətli dəyərinin ölçülməsi (bina)
İnvestisiya əmlakının, eləcə də əmlak və avadanlıqların (binanın) ədalətli dəyəri müstəqil peşəkar
qiymətləndiricilər tərəfi ndən müəyyən edilir. Ədalətli dəyər daxili kapitalizasiya metodu (diskont edilmiş
gələcək pul vəsaitlərinin hərəkəti metodu) və satışların müqayisə edilməsi metodunun qarışığı və ən
yüksək və ən yaxşı istifadə metodundan istifadə edərək müəyyən edilir.
Yuxarıda təsvir edilmiş qiymətləndirmələr yeni əməliyyat tarixində və bazar sübutu əldə ediləndə
dəyişə bilər.
Təxirə salınmış vergi aktivləri
Fondun rəhbərliyi hesab edir ki, hesabat tarixində təxirə salınmış vergi aktivləri üzrə qiymətləndirmə
ehtiyatı tələb olunur, çünki təxirə salınmış vergi aktivinin reallaşdırılmayacağı ehtimalı daha yüksəkdir.
5. Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri aşağıdakılardan ibarətdir:
2012
2011
Pul bazarı fondları
475,826
545,535
Bank hesabları
262,286
225,560
Depozitlər
444,197
-
Cəmi pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri
1,182,309
771,095
Pul bazarı fondları
Pul bazarı fondlarına investisiyalar bu fondların tələb əsasında ödənilən səhmlərindən ibarətdir. Pul
bazarı fondlarındakı investisiyalar yüksək dərəcədə likvidlidir. Pul bazarı fondları öz aktivlərini qısamüddətli
borc və borcla bağlı alətlərə, misal üçün, kommersiya kağızlarına, depozit şəhadətnamələrinə, faiz
dərəcəsi dəyişkən olan istiqrazlara, ABŞ xəzinə istiqrazlarına, Avrobondlara və aktivlərlə təmin edilmiş
qiymətli kağızlara yatırır. Fonda ödəniləcək faiz və dividendlər yenidən investisiya edilir.
Fondun kredit reytinqləri AAA olan aşağıdakı pul bazarı fondlarında investisiyaları olmuşdur:
2012
2011
BlackRock ICS-Institution Liquidity Funds plc
475,826
545,305
Royal Bank of Scotland plc, Global Treasury Funds plc
-
230
Cəmi pul bazarı fondları
475,826
545,535
Bank hesabları
Bank hesabları aşağıdakı valyutalarla ifadə edilmişdir:
2012
2011
Azərbaycan manatı
156,525
133,767
ABŞ dolları
101,629
91,643
Avstraliya dolları
2,155
-
Funt sterlinq
1,672
76
Rusiya rublu
279
-
Avro
22
74
Türkiyə lirəsi
4
-
Cəmi bank hesabları
262,286
225,560
Fond Azərbaycan Respublikası Mərkəzi Bankında və Azərbaycan Beynəlxalq Bankında Azərbaycan
manatı ilə hesablar saxlayır. 31 dekabr 2012-ci il tarixində Fond Azərbaycan Respublikası Mərkəzi
Bankında və Azərbaycan Beynəlxalq Bankındakı bank hesablarında, müvafi q olaraq, 156,506 min manat
və 59 min manat məbləğində vəsait saxlayırdı (2011-ci il: 133,755 min manat və 31 min manat).