Illik hesabat 2012. indd



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə29/42
tarix21.10.2017
ölçüsü1,02 Mb.
#6309
1   ...   25   26   27   28   29   30   31   32   ...   42

110

İLL


İK HESABAT

2012


İLL

İK HESABAT

2012

AZ

Ə



RBAYCAN RESPUBL

İKASI


DÖVL

Ə

T NEFT FONDU



AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU



111

KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR 



(Min Azərbaycan manatı ilə)

KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR



(Min Azərbaycan manatı ilə)

əsaslanmaqla müəyyən edilmiş dəyər arasındakı hər hansı fərq ilkin tanınma zamanı maliyyə nəticələri 

haqqında hesabata daxil edilmir. Sonrakı gəlirlər və ya zərərlər yalnız bazar iştirakçılarının qiymət təyin 

edərkən nəzərə ala biləcəkləri amillərdəki dəyişikliklərdən irəli gələrək tanınır.

Fond elan olunmuş bazar qiymətləri olmayan maliyyə alətlərinin qiymətləndirilməsi ilə bağlı 

mühasibat proqnozunu aşağıdakı səbəblərdən qeyri-müəyyənliyin əsas mənbəyi hesab edir: (i) onlar 

dövrdən-dövrə  dəyişməyə çox həssasdır, çünki bu rəhbərliyin faiz dərəcələri, dəyişkənlik, mübadilə 

məzənnələri, tərəf-müqabilin kredit reytinqi, qiymətləndirmə düzəlişləri və əməliyyatın spesifi k xüsusiyyəti 

ilə bağlı  fərziyyələr irəli sürməsini tələb edir və (ii) qiymətləndirmələrdəki dəyişikliyin tanınmasından 

irəli gələn təsirin Fondun maliyyə vəziyyəti haqqında hesabatında, eləcə də mənfəət/(zərər) hesabında 

açıqlanan aktivlərinə əhəmiyyətli olması ehtimal edilir.

Rəhbərlik faiz dərəcələri, dəyişkənlik, mübadilə  məzənnələri, partnyorun kredit reytinqi, 

qiymətləndirmə düzəlişləri ilə bağlı müxtəlif fərziyyələrdən istifadə edərsə, elan edilmiş bazar qiyməti 

olmayan maliyyə alətlərinin qiymətləndirilməsində kiçik və ya böyük dəyişiklik Fondun hesabatda 

göstərilən xalis artıma əhəmiyyətli təsirlə nəticələnə bilər.

Ödəmə müddəti tamamlanana qədər saxlanılan investisiyaların dəyərsizləşməsi

Fond şirkətlərdə, o cümlədən fəal bazarda alqı-satqı aparmayan şirkətlərdə investisiyalar saxlayır. 

Bazar vəziyyətində gələcək mənfi  dəyişikliklər və ya pis əməliyyat nəticələri investisiyanın cari balans 

dəyərində  əks etdirilə bilməyən zərərlərə, beləliklə  də  gələcəkdə  dəyərsizləşmə  xərcinin tələb 

edilməsinə gətirib çıxara bilər. Fond müntəzəm qaydada dəyərin dəyərsizləşməsi əlamətlərinin olub-

olmamasını müəyyən etmək üçün investisiyaları təhlil edir. Bu təhlillər gələcək hadisələrin nəticələrinin 

qiymətəndirilməsini və dəyərsizləşmənin baş verməsini göstərən amillərin mövcud olub-olmamasının 

müəyyən edilməsini tələb edir.



İnvestisiya əmlakının və əmlak və avadanlıqların ədalətli dəyərinin ölçülməsi (bina)

İnvestisiya əmlakının, eləcə də əmlak və avadanlıqların (binanın) ədalətli dəyəri müstəqil peşəkar 

qiymətləndiricilər tərəfi ndən müəyyən edilir. Ədalətli dəyər daxili kapitalizasiya metodu (diskont edilmiş 

gələcək pul vəsaitlərinin hərəkəti metodu) və satışların müqayisə edilməsi metodunun qarışığı və ən 

yüksək və ən yaxşı istifadə metodundan istifadə edərək müəyyən edilir.

Yuxarıda təsvir edilmiş qiymətləndirmələr yeni əməliyyat tarixində və bazar sübutu əldə ediləndə 

dəyişə bilər.

 Təxirə salınmış vergi aktivləri

Fondun rəhbərliyi hesab edir ki, hesabat tarixində təxirə salınmış vergi aktivləri üzrə qiymətləndirmə 

ehtiyatı tələb olunur, çünki təxirə salınmış vergi aktivinin reallaşdırılmayacağı ehtimalı daha yüksəkdir.

5. Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri

Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri aşağıdakılardan ibarətdir:



2012

2011

Pul bazarı fondları

475,826

545,535


Bank hesabları

262,286


225,560

Depozitlər

444,197

-

Cəmi pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri



1,182,309

771,095

Pul bazarı fondları

Pul bazarı fondlarına investisiyalar bu fondların tələb əsasında ödənilən səhmlərindən ibarətdir. Pul 

bazarı fondlarındakı investisiyalar yüksək dərəcədə likvidlidir. Pul bazarı fondları öz aktivlərini qısamüddətli 

borc və borcla bağlı alətlərə, misal üçün, kommersiya kağızlarına, depozit şəhadətnamələrinə, faiz 

dərəcəsi dəyişkən olan istiqrazlara, ABŞ xəzinə istiqrazlarına, Avrobondlara və aktivlərlə təmin edilmiş 

qiymətli kağızlara yatırır. Fonda ödəniləcək faiz və dividendlər yenidən investisiya edilir.

Fondun kredit reytinqləri AAA olan aşağıdakı pul bazarı fondlarında investisiyaları olmuşdur:

2012

2011

BlackRock ICS-Institution Liquidity Funds plc

475,826

545,305


Royal Bank of Scotland plc, Global Treasury Funds plc

-

230



Cəmi pul bazarı fondları

475,826

545,535

Bank hesabları

Bank hesabları aşağıdakı valyutalarla ifadə edilmişdir:



2012

2011

Azərbaycan manatı

156,525

133,767


ABŞ dolları

101,629


91,643

Avstraliya dolları

2,155

-

Funt sterlinq



1,672

76

Rusiya rublu



279

-

Avro



22

74

Türkiyə lirəsi



4

-

Cəmi bank hesabları



262,286

225,560

Fond Azərbaycan Respublikası Mərkəzi Bankında və Azərbaycan Beynəlxalq Bankında Azərbaycan 

manatı ilə hesablar saxlayır. 31 dekabr 2012-ci il tarixində Fond Azərbaycan Respublikası  Mərkəzi 

Bankında və Azərbaycan Beynəlxalq Bankındakı bank hesablarında, müvafi q olaraq, 156,506 min manat 

və 59 min manat məbləğində vəsait saxlayırdı (2011-ci il: 133,755 min manat və 31 min manat).



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə