Illik hesabat 2012. indd



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə31/42
tarix21.10.2017
ölçüsü1,02 Mb.
#6309
1   ...   27   28   29   30   31   32   33   34   ...   42

114

İLL


İK HESABAT

2012


İLL

İK HESABAT

2012

AZ

Ə



RBAYCAN RESPUBL

İKASI


DÖVL

Ə

T NEFT FONDU



AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU



115

KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR 



(Min Azərbaycan manatı ilə)

KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR



(Min Azərbaycan manatı ilə)

Kapital qiymətli kağızları

31 dekabrda kapital qiymətli kağızlarının balans dəyəri aşağıdakılardan ibarət olmuşdur:



2012

2011

İstehlakçı

106,456

915


Maliyyə

98,434


252

Telekommunikasiya və informasiya texnologiyaları

76,725

475


Sənaye

53,292


100

Səhiyyə


51,307

504


Enerji

49,894


160

Materiallar

33,846

239


Özəl kapital

33,798


8,969

Kommunal xidmətlər

16,637

-

Cəmi kapital qiymətli kağızları



520,389

11,614

SPDR Trust

ARDNF Fondun daxilində idarə edilən portfelində SPDR Trust fondu vasitəsi ilə ABŞ-da yaradılmış 

S&P 500 birja indeksinə birbaşa investisiya edir. S&P 500 indeksi ABŞ-ın Apple Inc, Exxon Mobil Corp

IBM, Microsoft Corp, Chevron Corp, General Electric, Johnson & Johnson, Procter & Gamble, AT&T 

Inc, Pfi zer Inc kimi iri 500 şirkətin səhmlərini təmsil edən portfeldən ibarətdir. Əsas investisiya olunan 

sektorlar Neft və Qaz, Kompüter, Əczaçılıq, Bank, İstehlakçı, Telekommunikasiya və sairədir.



ABŞ agentliklərinin qiymətli kağızları

2012-ci ildə ABŞ agentliklərinin borc qiymətli kağızları Freddie Mac və Federal Farm Credit Bank 

tərəfi ndən buraxılmış borc qiymətli kağızlarına investisiyalarla təmsil olunur (2011: Fannie Mae, Freddie 

Mac, Federal Farm Credit Bank və Federal Home Loan Banks). Bu qiymətli kağızlar üzrə ildə 0.215% 

- 2.75% müəyyən dərəcə ilə faiz hesablanır (2011: ildə 0.5% - 3.05%) və müddəti 2014-cü ilin dekabr 

ayından 2015-ci ilin noyabr ayınadək dövrdə başa çatır (2011: 2012-ci ilin aprel ayından 2015-ci ilin iyun 

ayınadək dövrdə). 31 dekabr 2012-ci il tarixində bu qiymətli kağızlar üzrə yığılmış faiz 15 min manat 

olmuşdur (2011: 22 min manat). Bu qiymətli kağızlar Fondun xarici menecerləri olan BYİB tərəfi ndən 

idarə olunan portfeldə saxlanılmışdır.

7.  Ödəmə müddəti tamamlanana qədər saxlanılan maliyyə 

investisiyaları

Ödəmə müddəti tamamlanana qədər saxlanılan maliyyə investisiyaları aşağıdakılardan ibarətdir:



2012

2011

Ödəmə müddəti tamamlanana qədər saxlanılan maliyyə investisiyalarının 

cari hissəsi

57,523


57,143

Ödəmə müddəti tamamlanana qədər saxlanılan maliyyə investisiyalarının 

uzunmüddətli hissəsi

456,969


326,959

514,492

384,102

Bunlar aşağıdakıların korporativ istiqrazlarından ibarətdir:



2012

2011

Mercury Investments and Holdings Ltd.

157,828

-

Azerbaijan (ACG) Ltd (AzACG Ltd)



356,664

384,102


514,492

384,102

26 sentyabr 2012-ci ildə Fond Mercury Investments and Holdings Ltd. şirkətinin (Azərbaycan 

Respublikası Dövlət Neft Şirkətinin 100%-lik törəmə müəssisəsi) istiqrazlarını 200,000 min ABŞ dolları 

məbləğində nominal dəyərə almışdır. 31 dekabr 2012-ci il tarixinə bu istiqrazlar 157,828 min manata 

(2011: sıfır) bərabər olmuşdur. İstiqrazların ödəmə tarixi 31 dekabr 2027-ci ildir və kupon dərəcəsi 6 aylıq 

LIBOR + 1.335% təşkil edir.

Alış Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2011-ci il tarixli 519 saylı “Azərbaycan 

Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin idarə edilməsi Qaydaları” haqqında Fərmanına 

uyğun olaraq həyata keçirilmişdir. Bu istiqrazın buraxılmasının əsas məqsədi Azərbaycan Respublikasında 

Gəmiqayırma zavodunun təkmilləşdirilməsi və yenidən qurulması olmuşdur.

5 iyul 2011-ci il tarixində Fond 485,000 min ABŞ dolları olan nominal dəyərində AzAÇG şirkətinin 

(Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 100% mülkiyyətində olan törəmə müəssisə) istiqrazlarını 

almışdır. İstiqrazların alınması Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2010-cu il tarixli Qərarı 

ilə  təsdiq edilmiş “2011-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə 

edilməsinin əsas istiqamətləri (proqramı)” çərçivəsində alınmışdır. Proqrama uyğun olaraq ARDNF Xəzər 

Dənizi hövzəsində fəaliyyət göstərən neft və qaz şirkətlərinin qiymətli kağızlarına investisiya yatıra bilər. 

Bu qiymətli kağızların emitenti və ya onun əsas şirkəti uzunmüddətli investisiya dərəcəli kredit reytinqinə 

malik olmalıdır. 31 dekabr 2012-ci il tarixinə bu istiqrazların məbləği 356,664 min manat (2011: 384,102 

min manat) olmuşdur. İstiqrazların ödəmə müddəti 31 dekabr 2024-cü ildə başa çatır və kupon dərəcəsi 

6-aylıq LİBOR + 1% təşkil edir.

Qiymətli kağızların saxlanması xidmətlərini Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi 

təmin edir. İstiqrazlar saxlanıldığı müddət ərzində faiz gəlirini əldə etmək məqsədilə Fondun rəhbərliyi 

istiqrazları planlaşdırılmış ödəmə tarixinə qədər saxlamaq niyyətindədir və imkanına malikdir.

8. Qızıl külçələr

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli 511 saylı Fərmanı ilə təsdiq edilmiş, 

21 dekabr 2001-ci il tarixli 607 saylı Fərmanı, 1 mart 2005-ci il tarixli 202 saylı Fərmanı, 10 fevral 2010-cu 

il tarixli 216 saylı Fərmanı, 27 oktyabr 2011-ci il tarixli 519 saylı Fərmanı ilə əlavə və dəyişikliklər edilmiş 

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə 

edilməsi Qaydaları”na uyğun olaraq London Qiymətli Metallar Bazarı Assosiasiyasının tələblərinə uyğun 

qızıl külçələr Fondun investisiya portfelinə daxil edilə bilər. Fond 2012-ci il ərzində 480,146 xalis troy 

unsiyası qızıl almışdır.

31 dekabr 2012-ci il tarixinə xarici banklara yerləşdirilmiş qızıl külçələr 422,870 min AZN (2011: sıfır) 

məbləğində 325,000 xalis troy unsiyası qızıl olmuşdur.




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə