Illik hesabat 2012. indd



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə28/42
tarix21.10.2017
ölçüsü1,02 Mb.
#6309
1   ...   24   25   26   27   28   29   30   31   ...   42

108

İLL


İK HESABAT

2012


İLL

İK HESABAT

2012

AZ

Ə



RBAYCAN RESPUBL

İKASI


DÖVL

Ə

T NEFT FONDU



AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU



109

KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR 



(Min Azərbaycan manatı ilə)

KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR



(Min Azərbaycan manatı ilə)

Dövlət Büdcəsinə köçürmələr, habelə hökumət idarələri, hökumətə məxsus müəssisə və şirkətlərə 

köçürmələr ödəniş tarixində tanınır. Bütün köçürmələr Fondun təsdiq olunmuş büdcəsi çərçivəsində 

həyata keçirilir və büdcə ilə  nəzərdə tutulmuş müvafi q  benefi siarlara  (dövlət təşkilatları, hökumətə 

məxsus müəssisə və şirkətlər) təqdim etdikləri sifariş məktublarının əsasında ödənilmək üçün Azərbaycan 

Respublikasının Dövlət Xəzinədarlığına köçürülür.



Gəlir və xərclərin tanınması

Faiz gəliri effektiv faiz metodunu istifadə etməklə hesablama metodu əsasında tanınır. Effektiv faiz 

metodu maliyyə aktivlərinin və ya maliyyə öhdəliklərinin (və ya maliyyə aktivləri və ya maliyyə öhdəlikləri 

qrupunun) amortizasiya xərclərinin hesablanması və faiz gəlirinin müvafi q dövrlər üzrə bölüşdürülməsi 

metodudur. Effektiv faiz dərəcəsi hesablanmış gələcək pul ödənişlərini və ya gəlirlərini maliyyə alətinin 

gözlənilən faydalı istismar müddəti üzrə və ya müvafi q olduqda, daha qısa müddətdə maliyyə aktivinin 

xalis balans dəyəri üzrə dəqiq diskontlaşdıran dərəcədir.

Dəyərsizləşmə  zərəri nəticəsində maliyyə aktivi və ya oxşar maliyyə aktivləri qrupu qiymətdən 

düşdükdə (və ya qismən qiymətdən düşdükdə), faiz gəliri dəyərsizləşmə  zərərini müəyyən etmək 

məqsədilə  gələcək pul vəsaitlərinin hərəkətini diskontlaşdırmaq üçün istifadə olunan faiz dərəcəsi 

əsasında tanınır.

Ədalətli dəyərlə əks etdirilən aktivlər üzrə əldə edilən faizlər faiz gəlirinin tərkibində təsnifl əşdirilir.

Xərclər hesablama metodu ilə, yəni, çəkildiyi zaman tanınır.

Xarici valyutanın çevrilməsi

Konsolidasiya edilmiş maliyyə hesabatları Fondun funksional və təqdimat valyutası olan Azərbaycan 

manatı ilə (“manat”, AZN) təqdim edilir. Xarici valyutalarla aparılan  əməliyyatlar ilk öncə  əməliyyat 

tarixində qüvvədə olan valyuta məzənnəsi ilə funksional valyutaya çevrilir. Xarici valyuta ilə olan monetar 

aktivlər və öhdəliklər hesabat tarixinə məzənnədən istifadə etməklə funksional valyutaya çevrilir. Xarici 

valyutalarla olan əməliyyatların çevrilməsindən yaranan bütün fərqlər konsolidasiya edilmiş maliyyə 

nəticələri haqqında hesabatda məzənnə  fərqi kimi tanınır. Xarici valyuta ilə olan və ilkin dəyəri ilə 

qiymətləndirilən qeyri-monetar maddələr  əməliyyat tarixinə mövcud olan məzənnəyə görə çevrilir. 

Xarici valyuta ilə olan və ədalətli dəyərlə qiymətləndirilən qeyri-monetar maddələr ədalətli dəyərin təyin 

edildiyi tarixdə mövcud olan məzənnəyə görə çevrilir.

Xarici valyuta ilə  əməliyyatın müqavilə  məzənnəsi ilə ARMB-nın həmin  əməliyyat tarixinə  rəsmi 

məzənnəsi arasında fərqlər xarici valyuta ilə əməliyyatlar üzrə xərcləri çıxmaqla gəlirlərə daxil edilir.

Hesabat tarixində funksional valyutası Fondun təqdimat valyutasından fərqli olan müəssisələrin 

aktivləri və öhdəlikləri hesabat tarixində qüvvədə olan məzənnə ilə manatla çevrilir və onların maliyyə 

nəticələri haqqında hesabatları il üzrə hesablanmış orta məzənnə ilə çevrilir. Əməliyyat üzrə yaranan 

məzənnə fərqi xalis aktivlərin/kapitalın ayrıca komponenti kimi qəbul edilir. Funksional valyutası Fondun 

təqdimat valyutasından fərqli olan törəmə və ya asılı müəssisələr satılanda təxirə salınmış məcmu məbləğ 

konsolidasiya edilmiş maliyyə nəticələri haqqında hesabatda artıqlıq və ya defi sitdə tanınır.



Mübadilə məzənnəsi

Fond ilin sonuna maliyyə hesabatlarının tərtib olunması zamanı  aşağıdakı xarici valyuta 

məzənnələrindən istifadə etmişdir:

2012

2011

AZN/1 ABŞ dolları

0.7850

0.7865


AZN/1 Avro

1.0377


1.0178

AZN/1 Funt sterlinq

1.2694

1.2123


AZN/1 Rusiya rublu

0.0258


-

Maliyyə aktivlərinin və öhdəliklərinin əvəzləşdirilməsi

Fond maliyyə aktivləri və maliyyə öhdəliklərinin tanınmış məbləğlərini qarşılıqlı əvəzləşdirmək üçün 

qanuni hüquqa malik olduğu və ya hesablaşmanı netto əsasında həyata keçirmək, ya da eyni vaxtda 

aktivi realizasiya etmək və öhdəliyi yerinə yetirmək niyyəti olduğu halda, qarşılıqlı əvəzləşdirir və maliyyə 

vəziyyəti haqqında hesabatda xalis məbləğ kimi təqdim edir. Tanınmasının dayandırılmasına icazə 

verilməyən maliyyə aktivinin köçürülməsini uçota alarkən Fond köçürülmüş aktivi və ya onunla əlaqəli 

öhdəliyi əvəzləşdirmir.

4. Mühüm mühakimələr və proqnozlar

Fondun konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması  rəhbərlik tərəfi ndən hesabat 

tarixinə aktiv və öhdəliklərin hesabatlarda göstərilən məbləğlərinə  və  həmin tarixdə başa çatan il 

ərzində  gəlir və  xərclərin hesabatlarda göstərilən məbləğlərinə  təsir edən proqnozların verilməsi və 

mühakimələrin çıxarılmasını tələb edir. Rəhbərlik öz proqnozlarını və mühakimələrini davamlı olaraq 

nəzərdən keçirir. Rəhbərlik öz proqnoz və mühakimələrində təcrübəsinə və mövcud şəraitə müvafi q 

hesab edilən digər amillərə əsaslanır. Müxtəlif fərziyyələrdən və ya şəraitlərdən asılı olaraq faktiki nəticələr 

həmin proqnozlardan fərqlənə bilər. Aşağıdakı proqnoz və mühakimələr Fondun maliyyə vəziyyətinin və 

maliyyə nəticələrinin təsvir edilməsi üçün mühüm hesab olunur.

Maliyyə alətlərinin qiymətləndirilməsi

Artıqlıq və ya defisitdə əks olunan ədalətli dəyəri ilə hesablanmış aktivlər kimi təsnif edilmiş maliyyə 

alətləri ədalətli dəyərlə göstərilir. Bu cür maliyyə alətlərinin ədalətli dəyəri alətin məcburi və ya likvidasiya 

satışından başqa, könüllü tərəflər arasında aparılan cari əməliyyat nəticəsində mübadilə edildiyi məbləğdir. 

Əgər alətin bazar dəyəri açıqlanmışdırsa, onun ədalətli dəyəri bazar qiymətinə əsaslanmaqla hesablanır. 

Bazarda qiymətləndirmə parametrlərini müşahidə etmək mümkün olmadıqda və ya müşahidə edilən 

bazar qiymətlərinə istinad etmək mümkün olmadıqda, ədalətli dəyər hər bir məhsul üçün uyğun olan 

digər bazar məlumatını və qəbul edilmiş maliyyə nəzəriyyələrindən əsaslandığımız riyazi metodologiyanı 

istifadə edən qiymətləndirmə modelini təhlil etməklə əldə olunur. Qiymətləndirmə modelləri qiymətli 

kağızların müqavilə  şərtlərini, habelə bazara əsaslanan qiymətləndirmə parametrlərini (məsələn, faiz 

dərəcələrini, dəyişkənliyi, mübadilə məzənnələrini və tərəf-müqabillərin kredit reytinqini) nəzərə alır.

Bazara  əsaslanan qiymətləndirmə parametrlərini müşahidə etmək mümkün olmadıqda, alətin 

bazarda necə qiymətləndiriləcəyinin məntiqi  əksini müəyyən etmək məqsədilə  rəhbərlik həmin 

parametrin ən yaxşı qiymətləndirilməsinə dair mühakimə işlədəcək. Bu mühakimə işlədilərkən, müxtəlif 

vasitələrdən o cümlədən, müşahidə edilən məlumatın etibarlılığı, tarixi məlumatlar və ekstrapolyasiya 

mexanizmləri istifadə olunur. Alət bazarda müşahidə olunan məlumatla müqayisə edilməklə sübuta 

yetirildiyi hallar istisna olmaqla, ilkin tanınma zamanı maliyyə alətinin ədalətli dəyərinin qiymətləndirməsi 

üçün  ən yaxşı sübut əməliyyat qiyməti olur. Əməliyyat qiyməti ilə qiymətləndirmə mexanizminə 




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə