Illik hesabat 2012. indd



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə24/42
tarix21.10.2017
ölçüsü1,02 Mb.
#6309
1   ...   20   21   22   23   24   25   26   27   ...   42

100

İLL


İK HESABAT

2012


İLL

İK HESABAT

2012

AZ

Ə



RBAYCAN RESPUBL

İKASI


DÖVL

Ə

T NEFT FONDU



AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU



101

KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR 



(Min Azərbaycan manatı ilə)

KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR



(Min Azərbaycan manatı ilə)

a) Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (“ARDNŞ”) və ya səlahiyyətli dövlət orqanı ilə 

sərmayəçilər arasında bağlanmış Azərbaycan Respublikasında, o cümlədən Xəzər dənizinin Azərbaycan 

Respublikasına mənsub olan hissəsində neftin və qazın kəşfi yyatı, işlənməsi və Hasilatın Pay Bölgüsünə 

dair Sazişlərin, habelə neft-qaz ehtiyatlarının kəşfi yyatı, işlənməsi və nəqlinə dair digər Sazişlərin həyata 

keçirilməsindən əldə edilən aşağıdakı gəlirlər:

i. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər 

(karbohidrogenlərin nəql edilməsi üzrə  məsrəfl ər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət 

(topoqraf), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft 

Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına 

düşən gəlirləri istisna olmaqla);

ii.  Şah Dəniz-I Fazası üzrə qiymətin təshih edilməsindən gəlirlər;

iii. neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft 

Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfi ndən ödənilən bonuslar (mükafatlar);

iv. karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfi ndən müqavilə sahəsindən 

istifadə üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə  və ya səlahiyyətli dövlət orqanına 

ödənilən akrhesabı ödənişlər;

v. neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının payına düşən 

dividendlər və mənfəətin bölüşdürülməsindən əldə edilən gəlirlər (Azərbaycan Respublikası Dövlət Neft 

Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına 

düşən gəlirlər istisna olmaqla);

vi. neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Supsa, Bakı-Tifl is-Ceyhan və Bakı-

Tifl is-Ərzurum ixrac boru kəmərləri vasitəsi ilə ötürülməsindən əldə edilən gəlirlər;

vii. neft-qaz sazişləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və ya səlahiyyətli 

dövlət orqanına sərmayəçilər tərəfi ndən verilən aktivlərdən əldə edilən gəlirlər.

b)  Neft Fondu tərəfi ndən Fondun vəsaitinin (aktivlərinin) (o cümlədən, maliyyə aktivlərinin və neft-

qaz sazişləri çərçivəsində sərmayəçilərin verdiyi aktivlərinin) yerləşdirilməsindən, idarə olunmasından, 

satışından və ya digər təqdim edilməsindən və yaxud satışdankənar  əldə edilən gəlirlər, Fondun 

aktivlərinin hesabat valyutasında (Azərbaycan manatı) yenidən qiymətləndirilməsindən alınan gəlirlər 

və sair;


c) Qrantlar və digər təmənnasız yardımlar;

d) Azərbaycan qanunvericiliyinə uyğun olaraq digər gəlirlər və daxilolmalar.

Fondun Azərbaycan Respublikasının Prezidenti tərəfi ndən təsdiq olunmuş  Əsasnaməsinə uyğun 

olaraq, ARDNŞ və ya səlahiyyətli hökumət orqanı yuxarıda göstərilən vəsaitlərin və gəlirlərin yığılmasını 

və Fonda köçürülməsini həyata keçirir.

Qaydalara əsasən, Fondun gəlir və aktivlərinin mənbələri siyahısından aşağıdakılar istisna olunmuşdur:

 



Xarici şirkətlərlə bağlanmış müqavilələr çərçivəsində dövlət əmlakından istifadə üçün icarə haqqı;



 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sərmayəçi, iştirakçı və ya saziş bağlayan 



tərəf olan layihədə ARDNŞ-nin iştirak payı və ya sərmayəsi ilə bağlı karbohidrogen satışından 

əldə edilən gəlirləri;

 



Xarici şirkətlərlə birgə fəaliyyət nəticəsində əldə edilən digər gəlirlər.



2012-ci və 2011-ci illərdə Fond vəsaitlərin saxlanılmasına dair Bank of New York Mellon ilə bir 

və investisiyaların idarə edilməsi üzrə beş (2011-ci ildə: üç) maliyyə qurumu ilə (Deutsche Asset 

Management International GmbH, Credit Suisse (2 aprel 2012-ci ildə Credit Suisse Klariden Leu-nun 

bütün aktivlərini və öhdəliklərini əldə etmiş və onun bütün hüquq və öhdəliklərini üzərinə götürmüş 

Credit Suisse şirkətinin hüquqi birləşməsi baş vermişdir), Beynәlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB 

- Dünya Bankı Qrupu), State Street Global Advisors (SSGA) və Union Bank of Switzerland (UBS) sazişə 

tərəf olmuşdur. Vəsaitlərin saxlanılmasına dair sazişlər əsasında maliyyə qurumları Fondun aldığı qiymətli 

kağızları saxlayır və investisiyaların idarə edilməsi haqqında sazişlərə uyğun olaraq Fondun vəsaitlərini 

Fondun qəbul etdiyi ümumi investisiya qaydaları əsasında idarə edir.

Fondun ofi sinin qeydiyyatdan keçdiyi ünvan: Bülbül prospekti 20, Bakı şəh., AZ1014 Azərbaycan. 

Fondun ofi sinin faktiki yerləşdiyi ünvan: Neftçilər prospekti 24, Bakı şəh., AZ 1000 Azərbaycan.

31 dekabr 2012-ci il tarixinə bitən il üzrə Fondun konsolidasiya edilmiş maliyyə hesabatlarının 

buraxılması 15 aprel 2013-cü il tarixdə Fondun rəhbərliyi tərəfi ndən təsdiq edilmişdir.

2. Hesabatların tərtibatının əsası

Bu konsolidasiya edilmiş maliyyə hesabatları Beynəlxalq Mühasiblər Federasiyasının İctimai Sektor 

Komitəsi tərəfi ndən nəşr olunmuş İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına 

(İSMUBS) uyğun olaraq hazırlanmışdır. İSMUBS Maliyyə Hesabatının Beynəlxalq Standartlarını (MHBS) 

ictimai sektora uyğunlaşdırmaqla hazırlanmışdır. MHBS Mühasibat Uçotunun Beynəlxalq Standartları 

Şurası (MUBSŞ) tərəfi ndən təsdiq olunan standartlardan və Beynəlxalq Maliyyə Hesabatlarının Şərhləri 

üzrə Komitənin şərhlərindən ibarətdir.

İctimai sektora milli hökumətlər, rayon hakimiyyətləri, yerli hakimiyyət orqanları  və  əlaqəli 

dövlət müəssisələri daxildir. İSMUBS-un icazə verdiyi kimi, Fond müvafi q İSMUBS olmayanda MHBS 

göstərişlərinə əməl edir.

Bu konsolidasiya edilmiş maliyyə hesabatları Fondun yaxın gələcəkdə öz fəaliyyətini fasiləsizlik 

prinsipi ilə davam etdirəcəyi ehtimalı ilə hazırlanmışdır.

Başqa qeydlər olmazsa, bu konsolidasiya edilmiş maliyyə hesabatları min Azərbaycan manatı (“AZN”, 

“manat”) ilə təqdim olunmuşdur.

Bu konsolidasiya edilmiş maliyyə hesabatları artıqlıq və ya defi sitdə əks olunan ədalətli dəyəri ilə 

hesablanmış maliyyə aktivlərinin, binaların, qızıl külçələrin və investisiya əmlakının  ədalətli dəyəri ilə 

qiymətləndirilməsi istisna olmaqla, ilkin dəyər prinsipi əsasında hazırlanmışdır.

3. Mühüm mühasibat uçotu prinsiplərinin icmalı

Mühasibat uçotu prinsiplərində dəyişikliklər

İl ərzində Fond düzəlişlər edilmiş aşağıdakı İSMUBS-ları qəbul etmişdir. Bu dəyişikliklərin əsas təsiri 

aşağıda göstərilir:

1 saylı İSMUBS “Maliyyə hesabatlarının təqdim edilməsi”



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə