Illik hesabat 2012. indd



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə26/42
tarix21.10.2017
ölçüsü1,02 Mb.
#6309
1   ...   22   23   24   25   26   27   28   29   ...   42

104

İLL


İK HESABAT

2012


İLL

İK HESABAT

2012

AZ

Ə



RBAYCAN RESPUBL

İKASI


DÖVL

Ə

T NEFT FONDU



AZ

Ə

RBAYCAN RESPUBL



İKASI

DÖVL


Ə

T NEFT FONDU



105

KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR 



(Min Azərbaycan manatı ilə)

KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR



(Min Azərbaycan manatı ilə)

Artıqlıq və ya defi sitdə əks olunan ədalətli dəyəri ilə hesablanmış maliyyə aktivləri

Artıqlıq və ya defi sitdə əks olunan ədalətli dəyəri ilə hesablanmış maliyyə aktivləri kapital və borc 

qiymətli kağızlarından ibarətdir. Bunlar satış üçün saxlanılmış aktivlər kimi təsnif olunur. Maliyyə aktivi 

aşağıdakı hallarda satış üçün saxlanılmış aktiv kimi təsnif olunur:

a) Yaxın gələcəkdə satılmaq və ya yenidən satılmaq məqsədilə alındıqda;

b) İlkin tanınma zamanı birgə idarə olunan və qısa bir müddətdə mənfəət əldə etmək qabiliyyətinə 

malik olması sübuta yetirilən, müəyyən maliyyə alətləri portfelinin bir hissəsi olduqda;

c) Törəmə alət olduqda (maliyyə zəmanəti müqaviləsi və ya təyin olunmuş və effektiv hedcinq aləti 

olan törəmə alətlər istisna olmaqla).

Satış üçün saxlanılmış maliyyə aktivi olmayan maliyyə aktivi aşağıdakı hallarda ilkin tanınma zamanı 

artıqlıq və ya defi sitdə əks olunan ədalətli dəyəri ilə hesablanmış maliyyə aktivi kimi təyin edilə bilər:

d) Belə təyinat əks təqdirdə digər əsaslarla aktivlərin ölçülməsi və ya onlar üzrə gəlirlərin və ya 

zərərlərin tanınmasından yarana bilən ölçmə  və ya tanıma uyğunsuzluğunu aradan götürür və ya 

əhəmiyyətli dərəcədə azaltdıqda; və ya

e) Maliyyə aktivi risklərin idarə olunması  və ya investisiyaların qoyulmasına dair Fondun 

sənədləşdirilmiş strategiyasına uyğun olaraq ədalətli dəyər əsasında idarə edilən və əməliyyat nəticələri 

ədalətli dəyər əsasında qiymətləndirilən maliyyə aktivləri və ya öhdəlikləri qrupunun (və ya hər ikisindən 

ibarət olan qrupun) bir hissəsi olduqda və təşkilat daxilində bu cür qruplaşma haqqında məlumat əsas 

idarə heyəti ilə eyni əsasla təqdim olunduqda.

Artıqlıq və ya defi sitdə əks olunan ədalətli dəyəri ilə hesablanmış maliyyə aktivlərinin ilk olaraq 

qeydə alınması və sonradan ölçülməsi ədalətli dəyərlə aparılır. Fond artıqlıq və ya defi sitdə əks olunan 

ədalətli dəyəri ilə hesablanmış maliyyə aktivlərinin  ədalətli dəyərini müəyyən etmək məqsədilə açıq 

bazar qiymətlərindən və qiymətləndirmə modelindən istifadə edir. Artıqlıq və ya defi sitdə əks olunan 

ədalətli dəyəri ilə hesablanmış maliyyə aktivləri üzrə ədalətli dəyərə edilən düzəlişlər dövr üzrə maliyyə 

nəticələri haqqında hesabatda artıqlıq və ya defi sitdə əks olunan ədalətli dəyəri ilə hesablanmış maliyyə 

aktivləri üzrə xalis gəlir və ya zərərin bir hissəsi kimi əks olunur. Fond maliyyə aktivlərini saxladığı dövr 

ərzində onları bu kateqoriyaya və ya bu kateqoriyadan başqasına yenidən təsnifl əşdirmir.

Ödəmə müddəti tamamlanana qədər saxlanılan maliyyə investisiyaları

Müəyyən və ya müəyyən edilə bilən ödənişli və müəyyən müddəti olan qeyri-törəmə maliyyə 

aktivləri Fondun onları ödəmə müddəti tamamlanana qədər saxlamaq niyyəti və imkanı olanda, ödəmə 

müddəti tamamlanana qədər saxlanılan maliyyə aktivləri kimi təsnif edilir. Qeyri-müəyyən müddətdə 

saxlanması nəzərdə tutulan investisiyalar bu sinfə daxil edilmir. Ödəmə müddəti tamamlanana qədər 

saxlanılan investisiyalar sonradan amortizasiya olunmuş dəyərlə ölçülür. Gəlir və zərərlər maliyyə nəticələri 

haqqında hesabatda investisiyalar dəyərsizləşdikdə, habelə amortizasiya prosesində əks etdirilir.

Qızıl külçələr

Fond tərəfi ndən qızıl külçələrin satın alınmasında məqsəd, həmin qızılın gələcəkdə satıla bilməsi 

imkanı ilə ümumi investisiya portfelinin diversifi kasiyası olmuşdur. Qızıl külçələr ədalətli dəyərlə ilk olaraq 

qeydə alınır, sonradan ölçülür və cari aktivlərin bir hissəsi kimi artıqlıq və ya defi sitdə ədalətli dəyərlə 

təsnif edilir.

İnvestisiya əmlakı

İnvestisiya  əmlakı kapitalı artırmaq, icarədən gəlir  əldə etmək və ya hər iki məqsədlə alınmış 

əmlakdır. İnvestisiya əmlakı ilkin olaraq əməliyyat məsrəfl əri də daxil olmaqla maya dəyəri ilə ölçülür. 

Tanıma meyarına uyğun gələndə, mövcud investisiya əmlakının bir hissəsinin əvəzləşdirilməsi xərcləri 

yaranan zaman balans dəyərinə daxil edilir, lakin investisiya əmlakına göstərilən gündəlik xidmətlərin 

dəyəri balans dəyərinə daxil edilmir. İlkin tanımadan sonra, investisiya əmlakı hesabat tarixindəki bazar 

şəraitlərini əks etdirən ədalətli dəyərlə uçota alınır. İnvestisiya əmlakının ədalətli dəyərlərində baş verən 

dəyişikliklərdən irəli gələn gəlir və ya zərərlər yarandığı dövrdə konsolidasiya edilmiş maliyyə nəticələri 

haqqında hesabata daxil edilir. Ədalətli dəyərlər hər il müvafi q səlahiyyətləri olan müstəqil qiymətləndirici 

tərəfi ndən, Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsinin tövsiyə etdiyi qiymətləndirmə modelini 

tətbiq etməklə qiymətləndirilir.

İnvestisiya əmlakı xaric edildiyi halda və ya istifadədən daimi olaraq çıxarıldığı və gələcəkdə onun 

xaric edilməsindən heç bir iqtisadi səmərə gözlənilmədiyi halda, investisiya əmlakının tanınması 

dayandırılır. Xaric etmədən əldə edilən xalis mədaxillə aktivin balans dəyəri arasındakı fərq tanımanın 

dayandırıldığı dövrdə konsolidasiya edilmiş maliyyə nəticələri haqqında hesabatda tanınır.

İnvestisiya  əmlakına və investisiya əmlakından köçürmələr yalnız istifadədə  hər hansı  dəyişiklik 

olduğu halda edilir. İnvestisiya  əmlakından mülkiyyətçi tərəfi ndən istifadə olunan daşınmaz  əmlaka 

köçürmə  məqsədi ilə sonrakı uçot üçün ilkin dəyər istifadədəki dəyişiklik tarixində balans dəyəridir. 

Mülkiyyətçi tərəfi ndən istifadə olunan daşınmaz əmlak investisiya əmlakına çevrildiyi halda Fond həmin 

mülkiyyəti istifadədə dəyişiklik tarixinə qədər “Əmlak və avadanlıqlar” bölməsində göstərilən siyasətə 

müvafi q olaraq uçota almalıdır.

Əmlak və avadanlıqlar

Fondun əmlak və avadanlığı əsasən inzibati məqsədlər üçün saxlanılan, faydalı istismar müddəti bir 

hesabat dövründən çox olan və qiyməti 100 manatdan (tam məbləğ) yuxarı olan maddi aktivlərdir.

Əmlak və avadanlıqların köhnəlməsi onların balans dəyərindən tutulur və onların faydalı istismar 

müddətləri üzrə silinir. Köhnəlmə aşağıdakı illərdən istifadə etməklə bərabər hissələrlə köhnəlmə metodu 

əsasında hesablanır:



İllər

Binalar


50

Nəqliyyat vasitələri

7

Ofi s avadanlığı



4

Mebel


5

Digər əsas vəsaitlər

3

Əmlakın və avadanlıqların balans dəyərləri onların bərpa dəyərlərindən artıq dəyərlə uçota alınıb 



alınmadığını qiymətləndirmək üçün hər hesabat tarixində nəzərdən keçirilir. Bərpa dəyəri aktivin satış 

xərclərini çıxmaqla  ədalətli dəyəri və istifadə  dəyəri arasındakı  ən yüksək məbləğdir. Balans dəyəri 

hesablanmış  bərpa dəyərindən artıq olduğu halda, aktivlərin dəyəri bərpa dəyərinədək azaldılır, 

dəyərsizləşmə müvafi q dövrdə tanınır və əməliyyat xərclərinə daxil edilir. Dəyərsizləşmə zərəri qeydə 

alındıqdan sonra əmlak və avadanlıqlar üzrə köhnəlmə  xərclərinə  gələcək dövrlərdə qalıq dəyərini 

(əgər varsa) çıxaraq aktivlərin balans dəyərini qalan faydalı istismar müddətlərinə  bərabər  şəkildə 

bölüşdürmək məqsədilə düzəliş edilir.



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə