106
İLL
İK
HESABAT
2012
İLL
İK HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
107
KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
(Min Azərbaycan manatı ilə)
KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
(Min Azərbaycan manatı ilə)
İnzibati məqsədlər üçün saxlanılan binalar maliyyə vəziyyəti haqqında hesabatda yenidən
qiymətləndirmə tarixində ədalətli dəyəri əks etdirən yenidən qiymətləndirilmiş məbləği ilə əks olunur
ki, bu da hər hansı sonradan yığılan köhnəlməni və sonradan yığılan dəyərsizləşmə zərərlərini çıxmaqla
peşəkar müstəqil qiymətləndiricilərin apardığı qiymətləndirmə nəticəsində bazar sübutu əsasında
müəyyən edilir. Yenidən qiymətləndirmələr kifayət qədər mütəmadi qaydada aparılır ki, balans dəyəri
hesabat tarixində ədalətli dəyəri istifadə etməklə müəyyən edilə bilən balans dəyərindən əhəmiyyətli
fərqlənməsin.
Bu cür binaların yenidən qiymətləndirilməsi nəticəsində yaranan yenidən qiymətləndirmə artımı
əmlakın yenidən qiymətləndirmə ehtiyatının kreditinə yazılır, lakin əvvəllər xərc kimi tanınmış eyni aktiv
üzrə yenidən qiymətləndirmə azalmasının bərpa edildiyi hal istisna təşkil edir, bu halda dəyərin artması
əvvəllər hesablanmış azalma həcmində dövr üzrə artıqlığın və ya defi sitin kreditinə yazılır. Belə binaların
yenidən qiymətləndirilməsi nəticəsində aktivin balans dəyərində yaranan azalma həmin aktivin əvvəlki
yenidən qiymətləndirməsi nəticəsində yaranmış qalıqdan, əgər varsa, artıq olduğu məbləğdə xərc kimi
tanınır.
Əmlak və avadanlıq üzrə yenidən qiymətləndirmə ehtiyatından yığılmış defi sitə və ya artıqlığa illik
köçürmə aktivlərin yenidən qiymətləndirilmiş balans dəyəri üzrə köhnəlmə ilə aktivlərin ilkin dəyəri üzrə
köhnəlmə arasında fərq üçün aparılır.
Yenidən qiymətləndirilmiş binalar üzrə köhnəlmə maliyyə nəticələri haqqında hesabata daxil edilir.
Yenidən qiymətləndirilmiş əmlakın sonradan satılması və ya istismardan çıxarılması zamanı əmlakın
yenidən qiymətləndirmə ehtiyatında qalan yenidən qiymətləndirmə əlavəsi birbaşa yığılmış defi sit və ya
artıqlığa köçürülür.
Əmlakın bazar dəyəri aşağıdakı 3 metodun birindən istifadə etməklə qiymətləndirilir:
●
Analoji daşınmaz əmlakın bazar satış qiymətlərinin təhlilini nəzərdə tutan müqayisəli satış
metodu;
●
Əmlakdan əldə olunmuş gəlirlə onun bazar dəyəri arasındakı birbaşa əlaqəni nəzərdə tutan gəlir
metodu;
●
Hər hansı köhnəlmə xərcləri çıxılmaqla əmlakın dəyərinin onun bərpa dəyərinə bərabər olmasını
nəzərdə tutan xərc metodu.
Qeyri-maddi aktivlər
Ayrıca alınmış qeyri-maddi aktivlər ilk olaraq ilkin dəyəri ilə tanınır. İlkin tanımadan sonra qeyri-
maddi aktivlər yığılmış amortizasiyanı və yığılmış dəyərsizləşmə zərərlərini çıxmaqla ilkin dəyəri ilə əks
etdirilir. Qeyri-maddi aktivlərin istifadə müddətləri məhdud və ya qeyri-müəyyən müddətlər kimi müəyyən
edilmişdir. Məhdud istifadə müddəti olan qeyri-maddi aktivlərə 10 illik istifadə müddəti üzrə amortizasiya
hesablanır və həmin qeyri-maddi aktivlər üzrə mümkün dəyərsizləşmə əlamətləri mövcud olanda
dəyərsizləşmə baxımından qiymətləndirmə aparılır. Qeyri-müəyyən istifadə müddəti olan qeyri-maddi
aktivlər üzrə amortizasiya dövrləri və metodlarına ən azından hər maliyyə ilinin sonunda yenidən baxılır.
Vergi
Mənfəət vergisi xərci cari və təxirə salınmış vergi xərclərindən ibarətdir.
Cari vergi xərcləri il üzrə vergiyə cəlb olunan mənfəətə əsaslanır. Vergiyə cəlb olunan mənfəət maliyyə
nəticələri haqqında hesabatda göstərilən vergidən əvvəlki xalis mənfəətdən fərqlənir, çünki vergiyə cəlb
olunan mənfəətə digər illərdə vergiyə cəlb olunan və ya tutulan gəlir və xərc maddələri daxil deyil və
bundan əlavə ona heç vaxt vergiyə cəlb olunmayan və ya vergi tutulmayan maddələr daxil deyil. Fondun
cari vergi xərcləri hesabat dövründə qüvvədə olan vergi dərəcələrini istifadə etməklə hesablanır.
Təxirə salınmış mənfəət vergisi öhdəlik metodunu istifadə etməklə balans hesabatı tarixində aktiv
və öhdəliklərin vergi bazası ilə maliyyə hesabatı məqsədləri üçün onların balans dəyəri arasındakı bütün
fərqlər üzrə ödənilir və ya təmin edilir. Təxirə salınmış vergi öhdəlikləri bütün çıxılmalı müvəqqəti fərqlər
üçün tanınır. Təxirə salınmış vergi aktivləri yalnız bu dərəcədə müəyyən edilir ki, çıxılan müvəqqəti
fərqlərin istifadə edilə bilməsi üçün vergiyə cəlb edilən mənfəətin mövcud olması ehtimalı olsun. Aktiv
və öhdəliklərin ilkin tanınmasından yaranan müvəqqəti fərqlər vergi mənfəəti və ya uçot mənfəətinə
təsir etmirsə, belə aktiv və öhdəliklər tanınmır.
Təxirə salınmış vergi aktivlərinin balans dəyəri hər bir hesabat tarixində nəzərdən keçirilir və aktivlərin
hamısının və ya bir hissəsinin istifadə edilməsi üçün kifayət qədər vergiyə cəlb olunan mənfəətin
mövcudluğu ehtimal edilmədiyi halda azaldılır. Təxirə salınmış vergilər aktivlərin satıldığı və ya öhdəliklər
üzrə hesablaşmanın aparıldığı dövrdə tətbiq edilməsi gözlənilən vergi dərəcələri ilə ölçülür. Təxirə
salınmış vergilər artıqlıq və ya defi sitdə əks olunur, lakin onların maliyyə nəticələri haqqında hesabatın
maddələri ilə bağlı olduğu hallar istisna edilir ki, bu halda təxirə salınmış vergilər də maliyyə nəticələri
haqqında hesabatda göstərilir.
Müəssisələrin birləşməsi və yaxud mühasibat və ya vergiyə cəlb olunan mənfəət və ya zərərlə
nəticələnə biləcək əməliyyatlar zamanı yaranan müvəqqəti fərqlər üçün ilkin tanınma istisnası tətbiq
olunur və təxirə salınmış vergi tanınmır.
Təxirə salınmış mənfəət vergisi aktivləri və təxirə salınmış mənfəət vergisi öhdəlikləri aşağıdakı
hallarda əvəzləşdirilir və maliyyə vəziyyəti haqqında hesabatda xalis məbləğdə əks olunur:
●
Fond cari mənfəət vergisi aktivlərini cari mənfəət vergisi öhdəlikləri ilə qarşılıqlı əvəzləşdirmək
hüququna
malik olduqda; və
●
Təxirə salınmış mənfəət vergisi aktivləri və təxirə salınmış mənfəət vergisi öhdəlikləri eyni vergi
orqanı tərəfindən eyni vergi subyektindən tutulan mənfəət vergisinə aid olduqda.
Azərbaycan Respublikasında Fondun əməliyyatlarına tətbiq edilən digər vergilər də vardır. Bu
vergilər maliyyə nəticələri haqqında hesabata əməliyyat xərclərinin bir hissəsi kimi daxil edilir.
Şərti aktivlər və öhdəliklər
Şərti öhdəliklər maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilmir, onlarla bağlı yarana biləcək hər hansı
bir ödəmələrin ehtimalı əhəmiyyətsiz dərəcədə az olması hallarından başqa, maliyyə hesabatlarında
açıqlanır. Şərti aktivlər maliyyə vəziyyəti haqqında hesabatda əks etdirilmir, lakin onlarla bağlı iqtisadi
faydaların daxil olması ehtimal ediləndə maliyyə hesabatlarında açıqlanır.
Xalis aktivlər/Kapital
1-ci Qeyddə müzakirə olunduğu kimi, Fərmanlara və Qaydalara uyğun olaraq, Fond büdcədənkənar
dövlət təsisatıdır. Fonda büdcə ilə bağlı olan bütün daxilolmalar və Fonddan köçürülmələr Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş Fərmanlar əsasında həyata keçirilir. Fondun
daxilolmaları/köçürmələri kapital qoyuluşlarını/çıxarışlarını əks etdirir və müvafiq olaraq, alınmış/
ödənilmiş vəsaitlərin ədalətli dəyəri ilə xalis aktivlərdə qeyd olunur.