102
İLL
İK
HESABAT
2012
İLL
İK HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
103
KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
(Min Azərbaycan manatı ilə)
KONSOLİDASİYA EDİLMİŞ MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
(Min Azərbaycan manatı ilə)
1 saylı İSMUBS-na düzəliş 2010-cu ilin noyabr ayında buraxılmışdır və 1 yanvar 2012-ci ildə və
ya bu tarixdən sonra başlayan illik hesabat dövrlərinə tətbiq edilir. Əsas dəyişikliklər konvertasiya edilə
bilən alətlərin cari/uzunmüddətli təsnifatını əhatə edir və müəyyən edir ki, qarşı-tərəfi n ixtiyarı ilə kapital
alətlərinin emissiyası hesabına ödənilə bilən öhdəliyin müddəti onun təsnifatına təsir göstərmir. Bu
düzəlişlər Fondun maliyyə hesabatlarına heç bir təsir göstərməmişdir.
2 saylı İSMUBS-a düzəliş “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”
2 saylı İSMUBS-a düzəliş 2010-cu ilin noyabr ayında buraxılmışdır və 1 yanvar 2012-ci ildə və ya bu
tarixdən sonra başlayan illik hesabat dövrlərinə tətbiq edilir. Əsas dəyişikliklər tanınmamış aktivlər üzrə pul
vəsaitlərinin hərəkətini əhatə edir və müəyyən edir ki, yalnız maliyyə vəziyyəti haqqında hesabatda aktivin
tanınması ilə nəticələnən pul vəsaitlərinin məxarici investisiya fəaliyyəti kimi təsnif edilə bilər. Bundan
əlavə, Standartın “Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti haqqında hesabat” bölməsinin 30-
cu maddəsinə düzəliş edilmiş və aşağıdakı sözlər silinmişdir: “Əməliyyatlardan pul vəsaitlərinin hərəkəti
kimi təsnif edilmiş qeyri-adi maddələrin təsiri”. Bu düzəlişlər Fondun maliyyə hesabatlarına heç bir təsir
göstərməmişdir.
Standartlara və şərhlərə aşağıdakı düzəlişlər Fondun mühasibat uçotu siyasətinə, maliyyə vəziyyətinə
və ya nəticələrinə təsir göstərməmişdir:
●
9 saylı İSMUBS “Valyuta əməliyyatlarından gəlir”
●
12 saylı İSMUBS “Mal-material ehtiyatları”
●
13 saylı İSMUBS “Lizinqlər”
●
18 saylı İSMUBS “Seqment üzrə hesabatlar”
●
21 saylı İSMUBS “Pul vəsaitlərini yaratmayan aktivlərin dəyərsizləşməsi”
Konsolidasiya prinsipləri
Törəmə müəssisələr, yəni səsvermə hüquqlarının yarısından çoxu Fonda məxsus olan və ya Fondun
digər şəkildə əməliyyatlara nəzarət etmək imkanı olan müəssisələr birləşdirilir. Törəmə müəssisələr
nəzarət Fonda keçdiyi tarixdən birləşdirilir və nəzarət başa çatdıqdan sonra birləşmə dayandırılır. Bütün
qrupdaxili əməliyyatlar, balanslar və qrup şirkətləri arasında əməliyyatlardan əldə edilən reallaşdırılmamış
gəlirlər tamamilə silinir. Aparılmış əməliyyatlar köçürülən aktivin dəyərdən düşməsini göstərmirsə,
reallaşdırılmamış zərərlər də silinir. Lazım olan hallarda Fondun qəbul etdiyi siyasətə uyğunlaşmaq
məqsədilə törəmə müəssisələrin uçot siyasətində dəyişiklik aparılıb.
Aktiv alışı kimi təsnifl əşdirilən alınmış törəmə müəssisələr üçün alış tarixinə Fond tərəfi ndən aktivlər
(məs: əmlak) üçün təxirə salınmış vergi tanınmır.
Fond törəmə müəssisə üzrə nəzarəti itirəndə, o, törəmə müəssisənin aktivləri və öhdəlikləri, qeyri-
nəzarət paylarının balans dəyəri, kapitalda qeydə alınmış ümumi məzənnə fərqlərini uçotdan silir; əldə
edilmiş vəsaitin ədalətli dəyərini, saxlanılan investisiyanın ədalətli dəyərini və maliyyə vəziyyəti haqqında
hesabatda hər hansı artıqlığı və ya defi siti tanıyır və əvvəl kapitalda tanınmış komponentlərdə əsas
şirkətin payını maliyyə nəticələri haqqında hesabata yenidən təsnif edir.
Maliyyə alətlərinin tanınması və ölçülməsi
Fond maliyyə aktivlərini və maliyyə öhdəliklərini müvafi q maliyyə aləti ilə bağlı müqaviləyə tərəf
olduğu zaman maliyyə vəziyyəti haqqında hesabatda əks etdirir. Maliyyə aktivlərinin alışı və yaxud satışı
alqı-satqı tarixi əsasında əks olunur (Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının
13 iyun 2007-ci il tarixli 32 saylı Qərarı). Alqı-satqı tarixi dedikdə Fondun aktivi alış və satış öhdəliyi
daşıdığı tarix nəzərdə tutulur.
Maliyyə aktivləri və öhdəlikləri ilkin olaraq ədalətli dəyərlə göstərilir. Maliyyə aktivi və ya öhdəliyin
artıqlıq və ya defi sitdə ədalətli dəyərlə əks etdirilmədikdə isə, ilkin dəyərə maliyyə aktivinin alınması və ya
maliyyə öhdəliyinin buraxılması ilə birbaşa bağlı olan əməliyyat xərcləri əlavə edilir. Bu maddələrin daha
sonra yenidən ölçülməsi üçün uçot qaydaları aşağıdakı müvafi q hissələrdə açıqlanır.
Maliyyə aktivlərinin tanınmasının dayandırılması
Maliyyə aktivləri
Maliyyə aktivləri (və ya müvafi q hallarda maliyyə aktivinin bir hissəsi və ya analoji maliyyə aktivləri
qrupunun bir hissəsi) aşağıdakı hallarda balansda əks etdirilmir:
●
Aktivdən pul vəsaitlərini almaq hüquqlarının vaxtı başa çatdıqda;
●
Fond özünün aktivdən pul vəsaitlərini almaq hüquqlarını üçüncü tərəfə keçirmiş və ya aktivdən
pul vəsaitlərini almaq hüququnu saxlayaraq, onları “tranzit” razılaşması əsasında tam məbləğdə
və çox yubanmadan ödəmək öhdəliyini götürdükdə; və
●
Fond: (a) aktiv üzrə,
demək olar ki, bütün risk və səmərələri ötürdükdə; (b) aktiv üzrə, demək olar
ki, bütün risk və səmərələri ötürməmiş və onları özündə saxlamaqla, yalnız aktiv üzrə nəzarəti
ötürdükdə.
Maliyyə aktivinin tanınması maliyyə aktivi ötürüldükdə və tanınmanın dayandırılması üçün tələblər
yerinə yetirildikdə dayandırılır. Ötürmə Fonddan ya: (a) aktivlə bağlı pul vəsaitləri hərəkətinin əldə edilməsi
üçün müqavilə hüquqlarını ötürməyi və ya (b) aktivlə bağlı pul vəsaitlərinin hərəkəti üzrə hüquqları özündə
saxlamaqla, bu pul vəsaitlərinin hərəkətini üçüncü tərəfə ödənilməsi ilə bağlı müqavilə öhdəliklərini öz
üzərinə götürməyi tələb edir. Ötürmədən sonra, Fond ötürülmüş aktiv üzrə mülkiyyət hüququ ilə bağlı
özündə saxladığı risklərin və faydaların səviyyəsini yenidən qiymətləndirir. Risklərin və faydaların əsas hissəsi
saxlandıqda, aktiv maliyyə vəziyyəti haqqında hesabatda qalır. Risklərin və faydaların əsas hissəsi ötürülübsə,
aktivin tanınması dayandırılır. Risklərin və faydaların əsas hissəsi nə saxlanmayıb, nə də ötürülməyibsə, Fond
aktiv üzrə nəzarətin saxlanıb-saxlanılmadığını qiymətləndirir. Əgər nəzarət saxlanılmayıbsa, aktivin tanınması
dayandırılır. Fond aktiv üzrə nəzarəti saxladıqda isə aktivi öz iştirakı dərəcəsində tanımaqda davam edir.
Maliyyə öhdəlikləri
Maliyyə öhdəliyi müvafi q öhdəlik icra edildikdə, ləğv edildikdə və ya vaxtı başa çatdıqda uçotdan çıxarılır.
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri kassada olan pul vəsaitlərindən, ilkin ödəmə müddəti
üç ay olan və qısamüddətli depozitlər, eləcə də ödəmə müddəti üç ay və ya daha az olan, müəyyən pul
məbləğinə çevrilə bilən və dəyərinin dəyişməsi riski cüzi olan yüksək likvidli investisiyalardan ibarətdir.
Kassada və banklarda olan pul vəsaitləri və depozitlər ilkin dəyərə faiz əlavə olunmaqla (tətbiq edilirsə)
əks etdirilir.