147
Beləcə, yavaş-yavaş məndə bu sahəyə maraq artdı və
sonralar tale elə gətirdi ki, bu sahə ilə məşğul olmağa başladım.
İkinci sualınızla bağlı isə deyim ki, ruslaşdırma siyasəti-
nin nəticəsində Xakasiyada ruslar çoxluq təşkil edirlər. Burada
digər millətlər də yaşayırlar. Xakaslar isə çox azdır, yəni cəmi 9
faiz təşkil edirlər. Burada azərbaycanlılar da yaşayırlar. Onlar
da 9 faizdir.
Üçüncü sualınızla bağlı isə demək istəyirəm ki, türklər
doğrudan da qurdun bir sıra müsbət kеyfiyyətlərinə görə ona
hörmətlə yanaşırlar. Qurd başı türk bayraqlarında daim savaş
mеydanlarında dalğalanmışdır.
İlin müəyyən günlərində qaqauzlarda “Canavar yortuları”
(bayramları) kеçirilir. İnanclara görə, həmin gün kəsici alətlər-
dən istifadə etmək, paltar tikmək olmaz. Qurd ağzı bağlamaq
isə qurdun sürüyə hücumlarının qarşısını almaq məqsədi güdür.
Ancaq, qurd yağı dеyəndə, o qurd, yəni canavar dеyil, ölü cə-
səddə əmələ gələn qurd nəzərdə tutulur. Başqa sözlə, hər hansı
bir heyvan, yaxud insan öləndə onun üstündə çoxlu qurdlar
əmələ gəlir. O qurdlar bir-birlərini yeyirlər. Axıra ən güclü qurd
qalır. Mən bildiyimə görə, həmin qurdların yağından istifadə
edirlər.
Dördüncü sualınızın cavabına – türk birliyinə gəldikdə isə
demək lazımdır ki, bu gün iqtisadi maraqlar mənəvi maraqları
üstələyir.
Tariх boyu ən güclü, iddialı dövlətləri türklər qurub.
Gеniş coğrafi əraziyə hakim olmaları, döyüşçü, akıncı təbiətləri
daim tariх boyu üz-üzə gəlmələrinə səbəb olub. Əvvəllər əsas
məşğuliyyət sahələrinin, yəni hеyvandarlığın tələbilə daim
yеni-yеni otlaq sahələr əldə еtmək üçün gеniş ərazilərə еhtiyacı
olan bir türk boyu digərinin otlaq sahələrin ələ kеçirirdisə, son-
ralar bir dövlət olaraq özünütəsdiq, gücünü başqalarına qəbul
еtdirmək məqsədilə də savaşlara qatılmışlar.
148
Orta əsrlərdə
türk türklə çox rahatlıqla vuruşurdu
Professor Hamlet İSAXANLI:
– Bu məsələyə mən də münasibət bildirmək istəyirəm.
Adətən hər xalq öz tarixini öyrənəndə deyir ki, biz daha güclü
ola bilərdik, təəssüf ki, olmadıq. Səbəb odur ki (biz belə düşü-
nürük ki), tarixdə özümüz özümüzlə vuruşmuşuq. İş burasında-
dır ki, qədimdə və orta əsrlərdə bütün xalqlarda belə olub. Yəni
elə bir xalq yoxdur ki, özü özü ilə vuruşmasın, parçalanmasın.
Bütün parçalanmaların da səbəbi vətəndaş müharibələri olub.
Bu, slavyanlarda, ruslarda da belə olub. Rusiyanın tarixinə bax-
saq görərik ki, ayrı-ayrı knyazlıqlar bir-biri ilə vuruşublar. On-
lar həmişə qıpçaqları və ya peçeneqləri köməyə çağıraraq bir-
birləri ilə vuruşublar.
Bu, ərəblərdə də, türklərdə də belə olub. Məsələn, Böyük
Türk Xaqanlığının dağılması səbəblərindən biri, bəlkə də birin-
cisi vətəndaş müharibəsi olub. Hakimiyətə biri gəlməliydi, am-
ma zor gücünə digəri gəldi. Nəticədə vuruşmağa başladılar və
parçalandılar.
Yəni patriotizm, “mən bu xalqın oğluyam” kimi sözlər tə-
zə, XIX əsrdən sonra Avropadan gələn fikirdir. Tarixə nəzər sa-
landa görərik ki, əvvəllər insanlar xalq, dövlət həsrətində deyil,
yer, ərazi qohum-qardaş, tayfa həsrətində olublar.
Yeri gəlmişkən, mən bir misal gətirmək istəyirəm. XI əsr-
də gürcü çarı II David (Ağmaşenebeli, Qurucu ləqəbli) bir az
güclənmək, Kartlidə hakimiyyəti ələ almaq, həm də Şirvan və
müsəlmanlarla yaxşı vuruşmaq üçün qıpçaqları dəvət elədi.
Özü gedib Sarıqan (Şarağan) oğlu Ətrəkin (ruslar Atrak deyir-
lər) başçılığı ilə gələn 40 min qıpçağı Dəryal keçidində qarşıla-
dı (deyəsən 1118-ci ildə). Bu, Vladİmir Manomaxın qıpçaqlarla
vuruşduğu vaxt idi. Qıpçaqların bir qismi Kaxetdə, bir qismi də
indiki Azərbaycanın qərbindəki ərazilərdə yerləşərək gürcülərə
149
qulluq etməyə başladılar, döyüşlərdə iştirak etdilər. Bu səbəb-
dən də gürcülər gücləndilər.
Rus salnamələrinin verdiyi məlumata görə, Ətrəkin kiçik
qardaşı Sırçan öz məmləkətində – Qıbçaq çöllərində, Dəşti-
Qıpçakda qalmışdı. Vladimir Manomax öldükdən sonra (1125-
ci il) o düşündü ki, qardaşı Ətrəki geri qaytarmaq lazımdır.
Özünün müğənnisinə xüsusi tapşırıq verərək Kartliyə göndərdi.
Ona dedi: “Ətrəkin yanına gedib, bizim mahnıları oxu. Sən
mahnı oxuyan zaman o, buralar üçün darıxmalıdır. Darıxdığını
görəndə de ki, qardaşın səni gözləyir. Mümkündür ki, orada
onun vəziyyəti yaxşıdır və mahnı ona təsir etməsin. O zaman
bu yovşanı ona ver qoxulasın. Yovşan ona təsir edəcək, bu yer-
lərin qoxusunu alanda oralarda dayana bilməyəcək”.
Doğrudan da, Kartlidə Ətrəkin vəziyyəti yaxşı idi, yəni
oturaq həyat keçirirdi, onlara yaxşı baxırdılar. (Hərdən Şirvan-
şahlar dəvət eləyəndə gedib onlara da kömək edərək qazanır-
dılar. Düzdür, bir az sonra ara qarışmışdı. Bir dəfə Şamaxını
mühasirəyə alanda gürcülərlə qıpçaqlar arasında inciklik və
savaş da çıxıb.) Nə isə... Müğənni gəlib ona vəziyyəti danışır,
deyir Manomax ölüb, qardaşının da vəziyyəti yaxşıdır, sənin də
qayıtmağını istəyir. Yeri gəlmişkən deyək ki, bunlar məşhur
nəsil olublar. Ətrəkin oğlu Korçak sonralar “İqor polku haqqın-
da dastan”ın qəhrəmanı oldu. Bilirsiniz ki, İqoru Korçak məğ-
lub elədi.
Müğənni mahnını oxuyur, Ətrək təsirlənsə də, deyir ki,
burada yerim yaxşıdır, getmirəm. Bu zaman müğənni yovşanı
ona verir: “Bunu da qardaşın göndərib ki, qoxulayasan, bizim
yerlərin yovşanıdır". Ətrəkin kefi pozulur: “Bu yad yerlərdə
sultan olmaqdansa, ac da olsam öz yerimiz buradan yaxşıdır”, –
deyə Ətrək öz dəstəsi ilə geri qayıdır.
Orta əsrlərdə türk türklə çox rahatlıqla vuruşurdu. Məsə-
lən, biri rusların tərəfində, o biri türkdilli bir xalqın tərəfində.
Biri İran, o biri Bizans tərəfdə və s. Məlumdur ki, bizanslar pe-
Dostları ilə paylaş: |