153
Həkim QƏNI, şair:
– Güllü xanım, bugünkü məzmunlu məruzəyə görə sizə
minnətdarlıq edirəm. Siz bir mütəxəssis kimi gözəl məruzə et-
diniz və biz sizdən çox şey ala bildik.
Mərasim zamani
şamanlar başqa aorada olurlar
Nailə RAMAZANLI, Azərbaycan MEA-nın Folklor İns-
titutunun əməkdaşı:
– Şamanizm mövzusunun davamı kimi maraqlı bir hadi-
səni xatırlayıram.
İki il bundan əvvəl Monqolustanda festival keçirilirdi.
Mənim sənət yoldaşım, tanınmış saz ifaçısı Mübariz müəllim
ora dəvət almışdı. Ondan xahiş etmişdim ki, onların adət-ənə-
nələri ilə bağlı videoçəkilişlər gətirsin. Mübariz məllim qayı-
danda heç nə gətirməmişdi. Səbəbini isə belə izah etdi ki, onlar
axşamçağı tonqal ətrafında keçirdikləri mərasimi çəkmək istə-
yəndə dərhal mənim əlimdən kameranı alıb sındırdılar ki, sən
şamanın gücünü əlindən alırsan. Şamanı çəkmək olmaz.
Üstəlik, o deyir ki, həmin məqamda mənim əlimdən sanki
alov çıxırdı, ancaq mən heç nə olmayıbmış kimi dayanmışdım.
Amma fikir verirdim ki, mənimlə birlikdə mənimlə Azərbay-
candan ora gedənlər qeyri-adi şəkildə kənardan mənə baxırlar.
Sonradan onlar mənə dedilər ki, sənin əllərinin üstündə alov ki-
mi şey görünürdü. Mərasim bitənə kimi mən əlimə heç nə ala
bilmədim.
Həmin mərasim zamanı şamanlar tamamilə başqa aorada
olurlar.
154
Burada nə çox müsbət,
nə də çox mənfi cəhət axtaraq
Professor Hamlet İSAXANLI:
– Geniş məzmunlu məruzəsinə görə Güllü xanıma, mə-
ruzə ətrafındakı qızğın müzakirələrə görə isə hamınıza təşəkkür
edirəm. Burada xalq və din məsələləri müzakirə olundu.
Mən təkrar edirəm ki, türk xalqı kimi sayca böyük və əra-
zicə geniş yayılmış xalq dünyada məlum olan dinlərin əksəriy-
yətini çox asanlıqla qəbul ediblər, bir dindən digərinə də çox ra-
hat keçiblər. Burada nə elə bir çox müsbət, nə də çox mənfi cə-
hət axtarmaq lazım deyil. Məsələn, ən inkişaf etmiş türklərdən
biri olan uyğurlar qısa vaxt ərzində buddizmi də qəbul ediblər,
monoxeizmi də, xristianlığı da. Sonra İslamı qəbul ediblər. Ya-
xud Xəzər türklərinin xaqanları bilirsiniz ki, yəhudiliyi qəbul
ediblər. Bu sonuncu qeyri-adi bir şey idi. Türklər yəhudiliyi –
iudaizmi dünyəvi din etmək istəyirdilər, amma alınmadı. Tarix-
çilər deyirlər ki, o imperiyanın çökməsinin səbəblərindən biri
bu idi ki, üst təbəqə – xaqanlar yəhudiliyi qəbul eləmişdilər,
aşağı təbəqənin isə böyük qismi öz tanrı (tenqri, göy – səma)
inancında idi, digərləri qismən müsəlmanlaşmışdı, bir qismi
xristian idi.
Mən bir daha bugünkü maraqlı tədbirdə fəal iştirak etdiyi-
nizə görə hamınıza minnətdarlığımı bildirirəm.
155
* * *
Mаrаqlı fikir mübаdiləsi və еlmi diskussiyа şərаitində
kеçən tədbirdə Tofiq Abasquliyev, Rəsul İsmayılzadə, Eldar
Şahgəldiyev və bаşqаlаrı mövzu ilə bаğlı öz mülаhizələrini
bildirdilər.
Məruzəçilər iştirаkçılаrı mаrаqlаndırаn suаllаrı dа
cаvаblаndırdılаr.
156
YEDDİNCİ
MƏCLİS
2007-ci il fevralın 27-də Xəzər Universitəsində fəaliy-
yət göstərən “Elm və sənət məclisi”nin 7-ci toplantısı oldu.
“Hürufiliyin mahiyyəti və rəmzləri” mövzusunun müzaki-
rəsinə həsr olunmuş məclisdə bu dəfə də müxtəlif elm və
təhsil müəssisələrindən dəvət olunmuş mütəxəssislər, müəl-
limlər və tələbələr iştirak edirdilər.
Məclisi giriş sözü ilə universitənin rektoru, professor
Hamlet İsaxanlı açdı.
157
Mücərrəd düşüncənin ilk təzahürləri
hərflər, əlifbalar, rəqəmlər və hesab olub
Hamlet İsaxanlı:
– Əziz dostlar, “Elm və
Sənət Məclisi”nin yeddinci top-
lantısına xoş gəlmisiniz.
Bugünkü mövzumuz “Hü-
rufiliyin mahiyyəti və rəmzlə-
ri”dir. Azərbaycanda oxuyub-
yazan adamların bəlkə də hamı-
sı, təbii ki, mən bu sahədə tədqi-
qat aparan mütəxəssisləri nəzər-
də tutmuram, hürufiliyi daha
çox Nəsimi ilə bağlı söhbətlər-
dən bilir. Ola bilsin ki, çoxumuz
məsələnin mahiyyətinə o qədər
də varmırıq. Bugünkü müzakirə-
nin əsas məqsədi məhz hürufili-
yin mahiyyəti, onun tarixi və rəmzləri barədə söhbət açmaqdır.
Hansı bir ciddi ideya olur-olsun, onun kökləri tarixin du-
manlı qatlarına gedib çıxır. Bu fikir, bu iş nədən başlayıb, bu
işlə ilk dəfə kim məşğul olub? – Bu suallara dəqiq cavab
vermək olmur. Xüsusən, dini-mistik cərəyanların, müəyyən
rəmzlərin (hərflərin, rəqəmlərin) vasitəsilə cürbəcür siyasi, dini,
fəlsəfi məktəblərin əmələ gəlməsi, doğrudan da, tarixin dərin
qatlarındadır. Təbii ki, tarixin bizə məlum olan dərin, amma izi
bizə gəlib çatan qatlarını nəzərdə tuturuq.
Mücərrəd düşüncənin ilk təzahürləri, ilk məhsulları içində
hərflər və heroqliflər, əlifbalar, rəqəmlər və hesab mühüm yer
tutub. Yəni insan konkret predmetlərin dilində deyil, simvol-
ların, mücərrəd xarakter daşıyan qeyri-maddi anlayışların di-
lində təbiətin və cəmiyyətin mahiyyətini dərk eləməyə çalışıb.
Dostları ilə paylaş: |