vun, Əşrəf Abbasovun - meyitləri sərhəd yaxmlığından tapılmışdır.
Oktyabrın 16-da Ordubad ilə Mehri rayonunun sərhəddində tərəflər
girov tutulmuş adamları bir-birinə qaytarmışlar.
Noyabrm 5-də Naxçıvan Bakı istiqamətində və əks istiqa-
mətdə sərnişin qatarlarmın hərəkəti bərpa olunmuşdur. Erməni tə-
rəfı ilə danışıqlar zamanı tələb olunmuşdur ki, dəmir yolunun Mehri
sahəsində qatarların hərəkətinin təhlükəsizliyi təmin edilsin. Ermə-
nistan prezidenti Heydər Əliyevi əmin etmişdir ki, erməni tərəfı
Mehri rayonunun ərazisində qatarlarm təhlükəsiz hərəkətini təmin
edəcəkdir. Noyabrm 28-də yük qatarlarm m hərəkəti bərpa edildi.
Sərnişin qatarlarmın təhlükəsizliyinə erməni tərəfı təminat vermədi-
yindən onlarm hərəkəti dayandı.
Dekabrm 8-də erməni yaraqlıları Ordubad dəmir yolu stan-
siyası təmir briqadasmm 12 işçisini girov götürdülər. Heydər Əliyevin
Ermənistan prezidenti ilə danışığmdan sonra dekabrm 19-da 12
nəfər geri qaytarıldı. Eyni zamanda, dekabrın 16-dan saxlanılan
Bakı - Şərur qatarı azad edildi.
Azərbaycan xalqı Naxçıvan MR-dəki hadisələri, Heydər Əliyevin
xalqı, ordunu səfərbər etməsini, düşünülmüş diplomatik tədbirlər
görməklə düşmənin güclü hücumlarmm qarşısım uğurla almasmı
böyük ümid və həyəcanla izləyirdi. Erməni silahlı birləşmələri qısa
fasilədən sonra 1992-ci il maym 5-də sərhədi keçərək, Naxçıvan MR-in
sərhədyanı yaşayış məntəqələrinə yenidən basqm etdilər. Sədərək qə-
səbəsi üzərinə hücumda beş piyadaların döyüş maşınmm, iki zirehli
transportyorun və bir tankm köməyi ilə 700-ə yaxm silahlı erməni
hərbi qulluqçusu iştirak etmişdir [22,s.288]. Sədərək qəsəbəsi, Havuş,
Ciünnüt, Yuxarı Yaycı kəndləri yaxmlığmdakı döyüşlər zamanı 42
nəfər yaralanmış, 3 nələr həlak olmuşdu. Maym 7-də səhər tezdən
Sədərək qəsəbəsi və Havuş kəndi müxtəlif toplardan atəşə tutulmuş,
20 nəfər yaralanmışdı. Sədərəkdə böyük dağmtılar olmuşdu
[22,s.289].
Mayın 5-də Naxçıvan şəhərində, mayın 7-də Şərur rayonunun
mərkəzində mitinq keçirildi. Heydər Əliyev hər iki mitinqdə çıxış
etmiş, sabitliyi saxlamaq naminə bütün qüvvələrin birləşməsini zə-
ruri hesab etmişdi. Azərbaycan ərazisindən buraya elektrik enerjisi
və yanacaq verilməsini təmin edən kommunikasiya xətləri Ermənistanda
44
bağlanılmışdı. Telefon və teleqraf rabitəsi pozulmuş, dəmir yolunda
hərəkət dayanmışdı. Naxçıvan M uxtar Respublikası yenə işıqsız və
qazsız qalmışdı.
Maym 8-də «Milliyyət» qəzetində Naxçıvandakı hərbi vəziy-
yətlə bağlı məlumatlar verilmişdi. S.Dəmirəl ABŞ prezidenti Corc
Buş ilə telefon damşığmda bildirmişdi ki, Ermənistan Naxçıvana
hücumları davam etdirsə, Türkiyə kənar müşahidəçi kimi qala bil-
məyəcəkdir [29, 1992, 8 may].
Sədərək rayonunda təhlükəsizliyi təmin etmək məqsədilə
orada hərbi vəziyyət elan edildi. 1992-ci il may ayınm əvvəllərində
Naxçıvan M R-də, Azərbaycanm Ermənistanla sərhədlərində gər-
ginlik yenidən artdı. Düşmən Naxçıvan tərəfdən hücum olacağmdan
ehtiyatlanaraq oradakı hərbi hissələrin başmı qatmaq, həm də Azər-
baycanda yaranmış xaosdan bəhrələnərək yeni torpaqlar ələ keçir-
mək niyyətində idi. Maym 18-də M uxtar Respublikanm Sədərək,
Günnüt, Havuş, Yuxarı Buzqov, Şada, Biçənək və s. qəsəbə və kənd-
lərinə güclü hücum lar başlandı. Erməni daşnakları hətta zəhərli
kimyəvi silahdan istifadə edirdilər. Sədərəkdə qanlı döyüşlər 40 gün
davam etdi. Naxçıvanlıların hamısı Sədərəyin müdafiəsinə qalxdı.
Onlar qəhrəmanlıqla vuruşurdular. Qəsəbənin yüz metrliyindəki Mil
dağmdan 10 gün müddətində 17 şəhidin cəsədini götürmək mümkün
olmadı. Heydər Əliyevin şəxsi nüfuzu bir günlük atəşkəs yaratmağa
kömək etdi, şəhidləri 1992-ci il maym 28-də döyüş zonasından
götürüb dəfn etmək mümkün oldu [39,1992,28 may]. Kəndləro xeyli
ziyan dəymiş, evlər və inzibati binalar dağıdılmışdı. On minlərlə
insan çadırlarda, meşələrdə ağır şəraitdə yaşamağa məcbur olmuşdu
[36, 2001, 15 sentyabr].
Naxçıvan M R Ali Məclisinin Sədri Heydər Əliyev erməni tə-
cavüzünün qarşısını almaqda diplomatik vasitələrdən geniş istifadə
etdi. Hələ martm 23-də onun Türkiyəyə səfəri zamanı Baş nazir
Süleyman Dəmirəl bütün dünyaya bəyan etmişdi ki, Naxçıvan MR-in
statusunda bir dəyişiklik meydana gələrsə, mövcud müqaviləyə
əsasən Türkiyə öz sözünü deyəcəkdir. Maym 18-də gecə Türkiyə
Nazirlər Kabineti toplanıb geniş bəyanat qəbul etdi. Türkiyə rəh-
bərliyinin və Heydər Əliyevin birgə səyləri sayəsində erməni təca-
vüzkarlarmm niyyəti dünya ictimaiyyətinə çatdırıldı. 57 dövlət bu
45
təcavüzü pislədi. NATO xüsusi bəyanat verdi [8,s.333]. Rusiya
burada geri çəkilməyə məcbur oldu. M DB Birləşmiş Silahlı Qüvvə-
lərinin Baş komandanı marşal Şapoşnikovun qeyd etdiyi kimi,
Türkiyənin Naxçıvana kömək etməsi Üçüncü dünya müharibəsinə
gətirib çıxara bilərdi. Mayın 24-də Ermənistanm təklifı ilə danışıqlar
başlandı və sabitlik təmin edildi.
Yenicə hakimiyyətə gələn AXC-M üsavat iqtidarı əvvəlki ha-
kimiyyət kimi ölkəni idarəetmə qabiliyyətinə m alik deyildi. O nlar
da Naxçıvana ögey münasibət bəsləyir, xalq arasm da gündən-günə
nüfuzu artan Heydər Əliyevə qarşı ciddi m übarizəyə başlamışdı.
1991-ci ilin dekabr aymdan Naxçıvan M R-ə qaz, 1992-ci ilin iyul
aymdan elektrik enerjisi verilmirdi. 1992-ci ilin aprel aymdan buraya
qatarların hərəkəti tam dayandırılmışdı [8, s.334-335]. M uxtar res-
publika blokadaya düşmüşdü.
1.9. Milli ordunun formalaşması
Naxçıvandan başlandı
Azərbaycan 1991-ci il oktyabrm 18-də m üstəqillik aktm ı
qəbul etsə də, hələ əsl müstəqilliyə gedən yol çox uzun idi. Özgə
ordusunu yedirdən bir ölkə özünü müstəqil hesab edə bilməzdi.
Bunun üçün ilk növbədə sovet imperiyasımn işğalçı qoşun hissələri
ölkədən çıxarılmalı idi. Azərbaycanm o vaxtkı rəhbərləri isə buna
nail olmağa tələsmirdilər. A zərbaycanda müstəqillik aktının qəbul
edilməsinə ay yarım qalmış, hələ sovet hakim iyyətinin mövcud ol -
duğu bir vaxtda N axçıvan M R Ali M əclisinin Sədri H eydər
Əliyevin rəhbərliyi ilə bu prosesin - sovet qoşun hissələrinin m uxtar
respublikadan çıxarılmasmın əsası qoyuldu [39, 2004, 19 avqust].
Naxçıvanda Naxçıvan M uxtar Respublikası Dövlət Milli M üdafıə
Komitəsinin yaradılması ilə əlaqədar ordu quruculuğuna başlanıldı.
Naxçıvan M R Ali Məclisinin 7 sentyabr 1991-ci il tarixli sessiyası
bu barədə qərar qəbul etdi [9, s.479-480, 763]. 26 oktyabr sessiyasmda
Naxçıvan M uxtar Respublikası ərazisində olan hərbi hissələrin
statusu haqqında məsələ müzakirə olundu və qərar qəbul edildi.
Q ərarda Naxçıvan M uxtar Respublikası ərazisində yerləşən Sovet
İttifaqı hərbi qüvvələrinin statusu ilə əlaqədar bütün məsələləri
46
Dostları ilə paylaş: |