Mövzu 6 Beynəlxalq valyuta-maliyyə münasibətləri



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə62/74
tarix31.12.2021
ölçüsü0,5 Mb.
#81912
1   ...   58   59   60   61   62   63   64   65   ...   74
movzu 6 - metn- beynelxalq valyuta munasibetleri

Dünya  Bankı  Qrupu 

özündə  5  sıx  əlaqədə  olan  təşkilatı  birləşdirir.  Həmin  institutlar 

aşağıdakılardır: 

 



Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB). 

 



Beynəlxalq İnkişaf Assosiasiyası (BİA). 

 



Beynəlxalq Maliyyə Korporasiyası (BMK). 

 



Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MİGA). 

 



İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz (İMHBM). 

Dünya  Bankı  Qrupu  təşkilatları  arasında  ilk  yaradılanı 



Beynəlxalq  Yenidənqurma  və 

İnkişaf  Bankı

  olub.  BYİB-ə  BİA  ilə  bir  yerdə  çox  zaman  Dünya  Bankı  da  deyirlər.  BYİB-in 

yaradılmasına da Bretton-Vuds konfransı zamanı qərar  verilib. Bu təşkilat rəsmən 1945-ci ildən 

fəaliyyətə başlayıb. Hazırda bu təşkilata 184 ölkə üzvdür.  

Dünya Bankı yaşayış standartlarını yüksəltmək və yoxsulluğu aradn qaldırmaq üçün inkişaf 

etməkdə olan 100-dən artıq ölkədə fəaliyyət göstərir. Ümumilikdə Dünya Bankı vasitəsilə həyata 

keçirilən  maliyyələşdirmə  beynəlxalq  kapital  axınının  7  faizini  təşkil  edir.  Dünya  Bankı  öz 

məqsədlərini aşağıdakı kimi müəyyənləşdirir: 

 

sağlamlıq və təhsil sahələrinə diqqət vasitəsilə əhalinin inkişafını təmin etmək



 

yoxsulluğu  aradan  qaldırmaq  məqsədilə  sosial  inkişaf,  idarəçilik  və  institutlaşdırma 



sahələrinə yardım etmək; 

 



hökumətlərin keyfiyyətli, aydın və şəffaf xidmət göstərməsinə şərait yaratmaq

 



ətraf mühiti mühafizə etmək; 

 



özəl biznesin inkişafını dəstəkləmək; 

 



investisiya  qoyuluşu  və  uzunmüddətli  planlaşdırmaya  şərait  yaradan  sabit  makroiqtisadi 

mühitin formalaşması məqsədilə islahatların həyata keçirilməsinə çalışmaq. 

 

Dünya Bankına üzv olmaq üçün dövlət əvvəl Beynəlxalq Valyuta Fonduna qoşulmalıdır.  



 

Dünya Bankının Vaşinqton ofisində 8000, dünyanın müxtəlif ölkələrindəki ofislərində isə 

2000-ə  qədər  əməkdaş  çalışır.  Dünya  Bankının  əməkdaşları  müxtəlif  sahələri  təmsil  edirlər  – 

burada iqtisadçılar, mühəndislər, təhsil məsələləri üzrə mütəxəssislər, ekologiya mütəxəssisləri və 

digər sahələrin mütəxəssisləri çalışırlar. 

 

Dünya Bankının ali orqanı 



Müdirlər Şurası

dır. Bu Şurada hər bir üzv dövlət təmsil edilir 

və  o,  Dünya  Bankının  idarəçiliyində  yekun  qərar  qəbul  etmək  səlahiyyətinə  malikdir.  Müdirlər 

Şurası  Bankın  siyasətini  müzakirə  etmək,  dövlətləri  üzvlüyə  qəbul  etmək\üzvlükdən  çixartmaq, 

kapital  yığımındakı  dəyişiklikləri,  BYİB-in  təmiz  gəlirinin  bölüşdürülməsini,  büdcəni 

müəyyənləşdirmək  məqsədilə  ildə  bir  dəfə  yığılır.  Ölkəni  bu  Şurada  ya  maliyyə  naziri,  ya  da 

inkişaf naziri  təmsil edir. Şura  öz  iclaslarını ildə bir  dəfə,  Dünya  Bankının  İllik Görüşü  zamanı 

keçirir. 

 

Dünya Bankının 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə