Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə28/43
tarix31.12.2021
ölçüsü1,53 Mb.
#81960
1   ...   24   25   26   27   28   29   30   31   ...   43
Abbasov-Ramil

 

Neft məhsullarının istehsalı



 

sahəsində istehsalın ümumi dəyəri 2487,3 milyon manat 

olmaqla  əvvəlki  ilin  yanvar-noyabr  ayları  ilə  müqayisədə  9,6  faiz  azalmışdır” 

[49.səh.-26]. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisə etsək xidmət sahəsində 

gəlirlərin  0,6%  ,  əmtəə  dövriyyəsi  isə  2,3%  artdığını  demək  olar.  Ölkənin  xarici 

ticarət  dövriyyəsi  11330,3  milyon  dollar  təşkil  edib  ki  bununda  51,1%-i  və  ya 

5790,3miyo  dolları  ölkədən  ixrac  olunan,  48,9%-i  və  ya  5540  milyon  manatı  isə 

ölkəyə idxal olunmuş məhsullar təşkil edib. 2015-ci ilin eyni dövrünə nisbətən bu il 

ixrac 15,7%, idxal 7,1% azalıb. 

 

 




48 

Maliyyə  Nazirliyinin  verdiyi  rəsmi  məlumata  əsasən  sentyabr  ayına  qədər 

büdcəyə 10103,1 milyon manat vəsait daxil olub.Bu dövr  ərzində ölkə büdcəsindən 

isə 10622,2 milyon manat xərclənmişdir və nəticədə 519,1 milyon manat büdcə kəsiri 

yaranmışdır ki, bu da ÜDM-un 1,2%-i qədərini təşkil etmişdir. 

 

2016-cı  ildə  ilk  doqquz  ayın  göstəricilərinə  əsasən  bank  və  bank  olmayan 



kredit  təşkilatlarında  kredit  portfeli  ötən  ilin  kredit  portfelindən  16,2%  azalaraq 

16839,7  milyon  manat  olmuşdur.Onuda  qeyd  etmək  lazımdır  ki,vaxtı  keçmiş  kredit 

ödənişləri  bütün  kredit  portfelinin  9,5%-ini  təşkil  etmişdir  ki  bu  da  son  dövrlər 

ölkədəki həmçinin dünyadakı iqtisadi proseslərlə əlaqədardır. 

 

2016-cı  ilin  sentyabr  ayının  1-ə  olan  göstəricilərə  görə  respublikada  əhali 



tərəfindən 

banklara 

qoyulan 

əmanətlərin  həcmi  7931,9  milyon  manat 

olmuşdur.Eləcədə bu dövrdə milli valyutanın 1 ABŞ dollarına görə dəyəri xeyli aşağı 

düşmüşdür.Belə ki, 1 ABŞ dolları ilə nisbətdə milli valyutanın orta məzənnəsi 1,63 

manata bərabərlik təşkil etmişdir. 

Bunlardan başqa bank sektorunun inkişafına mane olan amillərdən biri və    ən 

birincisi  bu  sahədə  yüksək  risk  dərəcəsinin  olmasıdır.Kredit  risklərinin  artırılmasına 

səbəb olaraq biznes subyektlərinin likvidliyinin və öz biznes planlarındakı hesabların 

dəqiqlik göstəricilərinin aşağı olması eyni zamanda qanunvericlik səviyyəsində kredit 

verən  şəxslərin(kreditorların)  hüquqlarının  zəif  olmasını  göstərmək  olar.Bu  gün  ən 

böyük problemlərdən biri olan kreditlərin risk dərəcəsinin yüksək olmasıdır ki, bunun 

da  çıxış  yolu  biznes  subyektlərinin  idarəetmə  səviyyəsinin  və  səmərəlilik 

göstəricisinin  artırılması  ilə  mümkün  ola  bilər.Bu  zaman  isə    banklarda  verilən 

kreditlərin  faiz  dərəcələri  aşağı  düşəcəkdir.Kredit  fəaliyyətinin  lazımı  səviyyədə 

inkişaf  etməməsinin  səbəblərindən  biri  də  bank  öhədliklərində  uzunmüddətli 

öhdəliklərin  səviyyəsinin  aşağı  olmasıdır.Bu  da  öz  növbəsində  bankların 

uzunmüddətli  kredit  verməsinə  mane  olur.Ölkə  əhalisinin  gəlirlərinin  artırılması  və 

məşğulluq  səviyyəsinin  yüksəlməsi  banklarda  pul  vəsaitlərinin  artmasına  səbəb 

olacaqdır ki,    bunun    vasitəsi ilə də    uzunmüddətli      kreditlər    verilməsi    təmin   

 



49 

olunacaqdır.  Həmçinin  ölkədə  makroiqtisadi  sabitlik  təmin  edilərək  ölkəyə  xaric 

investorların diqqət və maraqlarını təmin etmək, ölkəyə investisiya yatrımlarına şərait 

yaratmaq lazımdır.                                                                                                                               

 

Respublikamızın  hazırkı  iqtisadi  vəziyyətinin  yaxşılaşdırlıması  üçün    üç 



mərhələni göstərmək olar: 

-

 



“İqtisadi sabitləşmə” 

-

 



“Tərəqqi” 

-

 



“Geniş təkrar istehsal” 

İqtisadiyyatın  göstərilən  “iqtisadi  sabitləşmə”  mərhələsində  ölkənin  iqtisadi 

tənəzzülünü  dayandımaq,  inflyasiyanı  və  əhalinin  həyat  səviyyəsi  ilə  qiymət 

dəyişiklikləri  arasında  iqtisadi  qanunauyğunluq  yaratmaqla  birinci  mərhələni  yerinə 

yetirmək lazımdır. 

“Tərəqqi” mərhəsinin əsas prinsipində sosial-iqtisadi göstəricilərin daim inkişaf 

etməsini  təmin  edən  mexanizmlər  sistemini  yaratmaq  lazımdır.  Həmçinin  ölkənin 

istehsal  tempinin  artırılması  və  ölkənin  xarici  bazara  ixrac  strukturunun  daha  da 

yaxşılaşdırılmasını həyata keçirmək lazımdır. İstehsal sahələrinin inkişaf etdirilməsi 

üçün  intensiv  metodlardan  və  həmçinin  də  ETT-nin  naliyyətlərindən  istifadə 

etmək,yeni isehsal qurğu və avadanlıqların təmin edilməsi və yeni prespektiv sahələrə 

köməklik göstərilməsi zəruri olan amillərdəndir.   

İqtisadiyyatın  “geniş  təkrar  istehsalı”  mərhələsində      ölkənin  bir  sıra  yeni 

sahələrinə  və  həmçinin  sosial-mədəni  sferanin  inkişafı  üçün  yeni  investisiya 

yatrımları etmək lazımdır. 

Respublikamızda  ölkənin  təlabatlarını  ödəmək  üçün  kifayyət  qədər  resurslar 

vardır.Resursların düzgün istifadəsi istiqamətini müəyyən etmək üçün milli sərvətin 

uçotunun  aparılması  zəruridir.  Onuda  qeyd  etmək  yerinə  düşər  ki,  son  zamanlar 

əhalinin  məşğuliyyət  istiqamətləri  içərisində  dövlət  sektorunun  payı  azalmaqdadır. 

Bilirik  ki,  ölkənin  resursları  arasında  neft-qaz  ehtiyyatı  mühüm  yer  tutur. 

Respublikamıza  cəlb  olunan  investisiya  qoyuluşlarının  böyük  hissəsi  də  məhz 

neft-qaz sektorunun payına düşür. Ancaq bunuda yaddan çıxarmaq olmaz ki, neft-qaz 




50 

ehtiyyatları tükənən və bərpa olunmayan təbii ehtiyyatlardır. Ölkənin iqtisadiyyatında 

mühüm rol oynaması bu sahənin həmişə inkişaf etməsi demək deyil. Qeyd etdiyimiz 

kimi  tükənən  ehtiyyatlar  olduqundan  ölkə  iqtisadiyyatını  neft-qaz  sektorundan 

aslılığını  minimuma  endirmək  lazımdır.İqtisadiyyatımızın  daha  da  inkişaf  etməsi 

üçün  bu  sahələrdə  yəni  neft-qaz  sektorundan  əldə  edilən  gəlirləri  ölkənin  digər 

prespektivli  sahəərinə  ən  əsası  da  istehsal,xidmət  və  sosial  sahələrə  yönləndirmək 

lazımdır.ÜDM-un  həcmində  qeyri-neft  sektorun  payını  artırmaq  lazımdır.İstehsalla 

məşğul  olan  fiziki  və  hüquqi  şəxslərlə  bağlı  bir  sıra  islahatlar  aparmaq 

lazımdır.2016-cı ilin ilk 9 ayı ilə otən ilin 9 ayı ilə müqayisəsi və ÜDM-un tərkibində 

neft və qaz hasilatının payı və onlar arasıdakı fərqin %-lə ifadəsi aşağıdakı kimidir. 

                                                                                                                                                                                                                       


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə