Magistratura məRKƏZİ Əlyazması hüququnda


Cədvəl 2.5             ÜDM-un tərkibində neft-qaz hasilatının payının müqayisəsi



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə29/43
tarix31.12.2021
ölçüsü1,53 Mb.
#81960
1   ...   25   26   27   28   29   30   31   32   ...   43
Abbasov-Ramil

Cədvəl 2.5

 

          ÜDM-un tərkibində neft-qaz hasilatının payının müqayisəsi. 

İlk 9 ay üzrə

 

2015


 

2016


 

artma/azalma %-lə

 

Ümumi Daxili Məhsulun həcmi 



(milyon manatla)

 

40037,7



 

43436,6


 

8,5%artım

 

Q/neft sektoru



 

27473,8


 

28536,5


 

3,9%artım

 

Neft sektoru



 

12563,9


 

14900,1


 

18.6%artım

 

 

Mənbə:

  Azərbaycan  Respublikas

ı  nın  məlumatları  əsasında  müəllif  tərəfindən 

hazırlanmışdır.[49] 

2016-cı  ildə  istehsal  olunan  ÜDM-da  ən  çox  yeri  37,7%  olmaqla  sənayenin 

payına düşür.Yanvar-sentyabr aylarında sənayenin həcmi 23 milyard manat olmuşdur 

ki,    bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% çoxluq təşkil edir. 

Milli  iqtisadiyyatın  inkişaf  etməsinin  daha  bir  yolu  isə  uğurlu  beynəlxalq 

iqtisadi  əməkdaşlığın  aparılmasındadır.Bu  iqtisadi  inkişaf  istiqamətində  iqtisadi 

əməkdaşlığın müxtəlif formalarından səmərəli istifadə etmək lazımdır.Azərbaycan öz 

inkişaf  yolunda  açıq  iqtisadiyyat  siyasəti  aparır  ki,  burda  da  ən  əsas  məsələ  təbii 

sərvət və ehtiylardan səmərəli istifadə,yeni müəssisələrin yaradılması və ölkəyə xarici 

investorların  investisiya  yatırmalarına  münbit  şərait  yaradilmasından  ibarətdir. 



51 

Sosial-iqtisadi inkişaf üçün bu göstərilənlərin tam şəkildə həyata keçrilməsi zəruridir. 

Xarici  investisiyaların  ölkəyə  cəlb  olunmasında  dövlət  daha  bir  neçə  vacib  addım 

atmalıdır.Dünya  təcrübəsində  investisiya  cəlb  edilməsinin  bir  neçə  yolları 

vardır.Məsələn  ABŞ da ölkədə investisiya  cəlb  edilməsi  üçün  investorların  işini  bir 

qədər  sadələşdirilmiş  formada  yəni,  onların  qeydiyyatdan  keçməsi  qanunvericiliklə 

tələb edilmir.Avropa ölkərində isə bu proses bir qədər də sadələşdirilib.Almaniya və 

Lüksemburqda  isə  ölkəyə  xarici  investorları  cəlb  edilməsi  məqsədi  ilə  onlar  üçün 

kapitalın  ixracı  və  idxalına  görə  heç  bir  qadağa  qoyulmamışdır.belə  ki  investorlar 

sərbəst şəkildə kapital ixracı və idxalını reallaşdıra bilərlər.Bundan başqa Avropanın 

bəzi ölkələrində, məsələn Portuqaliyada güzəştli rejim yaradılıb ki, burada da məqsəd 

xarıcı  investisiyanı  cəlb  etməkdən  ibarətdir.Portuqaliyada  dövlət  tərəfindən  xüsusi 

“sənaye  meydançaları”  yaradılıb  ki,  burada  ölkənin  zəruri  istehsal  infrastrukturu 

qurulub    və  xarici  investorlar  tərəfindən  güzəştlər  əsasında  istifadə  edilmə  azadlığı 

var. 

  İnvestorlar  yatırım  edərkən  ölkədə  diqqət  yetirdikləri  ən  mühüm  amillərdən 



biri  də  ölkənin  investorlara  tətbiq  etdiyi  vergi  sistemidir.Tətbiq  edilən  vergi 

dərəcələrinə  görə  ölkələr  bir-birlərindən  fərqlənirlər.Avropa  ölkələrində  məsələn 

Finlandiyada  mənfəət  vergisi  37%,İngiltrədə  isə  25%-35%  arasında  dəyişdiyi  halda 

şərq hegamonu Yaponiyada bu göstərici 35 %-dir.İnvestorlardan mənfəət vergisindən 

başqa  əlavə  dəyər  vergisi  də  tutulur  ki,bu  vergi  İngiltərədə  15%,İtaliyada  19%-ə 

bərabər  olur.Ölkəmizdə  isə  bu  rəqəmlər  xeyli  aşağı  yəni,  əlavə  dəyər  vergisi  18%, 

mənfəət vergisi isə 20% olaraq qəbul edilmişdir. 

İtaliyanın,Fransanın  və  başqa  bir  çox  ölkələrin  bəzi  regionlarına(hansı  ki  o 

regionlar  iqtisadi  cəhətdən geri  qalmış  regionlar  hesab  edilir)  investisiya  yatıran hər 

hansı  bir  xarici  investora  fəliyyət  göstərəcəyi  müddət  ərzində  10  il  vergi 

ödənişlərindən  azad  edilir.Bunun  vasitəsi  ilə  dövlət  ölkənin  iqtisadi  rayonlarının 

inkişafı  istiqamətində  mühüm  addım  atmış  olur.İnvestisiya  cəlb  etməyin  başqa  bir 

yollarından  biri  də  Azad  iqtisadi  zonaların  yaradılması  təşkil  edir.Hazırda  dünyada 

fəaliyyət  göstərən  azad  iqtisad  zonaların  böyük  əksəriyyəti  İEÖ-lərin  payına 




52 

düşür.Təkcə ABŞ-da bu göstəricinin 180 olması bu sahənin nə qədər önəmli olmasını 

göstərir.Azərbaycanda bu sahə üzrə bir sıra işlər aparılır.Ölkəmizdə investisiya cəlb 

edilməsində  maneçilik  törədən  amillərdən  biri  də  ölkədə  xarici  investorların  risk 

qiymətləndirilməsi  şirkətlərinin  olmamasıdır.Məlum  məsələdir  ki  investorlar  yatırım 

edəcəyi  ölkənin  siyasi-iqisadi  vəziyyətinə  bələd  olmadığından  bu  tip  şirkətlərə 

müraciət  edərək  yatırımın  risk  səviyyəsini  müəyyən  edir.Ölkədə  bu  tip  şirkətlərin 

olması  investorların  işini  asanlaşdırır.Bu  da  ölkəyə  yatrımların  edilməsinə  eyni 

zamanda  maliyyə  bazarının  inkişaf  etməsinə  gətirib  çıxarır.Başqa  bir  mühüm 

problemlərdən biri də Respublikada investisiya banklarının olmamasıdır.Hər hansi bir 

maliyyə ehtiyacı olan investor kommersiya banklarında yüksək faizin tətbiq edilməsi, 

banka  qoyulan  depozitə  görə  isə  aşağı  faizlərin  tətbiqi  investorların  işlərini 

çətinələşdiri  və  bu  da  maliyyə  bazarında  inkişafa  mane  olur.Respublikamızda 

maliyyə  bazarının inkişaf  etməsi  məqsədi  ilə investisiya  sahəsində  bir  sıra islahatlar 

aparılıb ki, buna da misal olaraq investorların hüquqlarının pozulması halında şikaət 

edərək haqqlarını tələb edə bilərlər. 




Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə