Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə39/43
tarix31.12.2021
ölçüsü1,53 Mb.
#81960
1   ...   35   36   37   38   39   40   41   42   43
Abbasov-Ramil

 

 


72 

3.3. Biznesin inkişafının sosial nəticələri və prespektiv istiqamətləri

 

 



Sağlam  biznes  mühiti  cəmiyyətin  sosial  təminatının  qarantilənməsinin  ən 

başlıca  aspektlərindən  biridir.Dünya  ölkələri  təcrübəsinin  araşdırılması  və  tədqiqi 

nəticəsində  belə  nəticəyə  gəlmək  olar  ki,  iqtisadi  dayanıqlılığın,  əhalinin  sosial 

təminatının  yaxşılaşdırılmasının,  iqtisadi-sosial  inkişafın  təmin  edilməsinin  və 

ölkələrarası əlaqələrinin inkişafına nail olunmasının ən başlıca əsasını ölkədə biznes 

mühitinin  yaxşılaşdırılması və  yaradılması  təşkil edir.  Bütün dünya  ölkələrinin  əsas 

məqsədlərində 

əhalinin  yaşayış  səviyyəsinin  yəni,  maddi  rifah  halının 

yaxşılaşdırılması və ölkənin iqtisadi gücünün artması durur. Bütün bunlara isə sağlam 

biznes mühiti yaratmaq vasitəsi ilə nail olmaq olar. 

Sağlam biznes mühiti çox geniş bir iqtisadi kateqoriyadır.Onun təmin edilməsi 

isə  eyni  dərəcədə  çətin  bir  işdir.Sağlam  biznes  mühitinin  qısa  açılışı  haqqında  deyə 

bilərik  ki,  ölkədə  hər  hansı  uzunmüddətli  prespektivli  sahələrin  müəyyən  edilməsi, 

onların dövlət tərəfindən investisiyalaşması, məhsulların xarici bazarlara çıxarılması 

və  dövlət  hesabına  reklam  olunmasının  təmin  edilməsi,  müxtəlif  növ  vergi  və  digər 

güzəştlərin  həyata  keçirilməsi,  monopoliyaların  qarşısının  alınması,  bazarın 

tənzimlənməsinə  dövlət  nəzarətinin  olması,  bəzi  yolverilməz  halların  qarşısının 

alınması,  digər  xarici  ölkələrin  investorlarının  investisiya  yatırımları  etmələrinə 

şəraitin  yaradılmasının  təmin  edilməsi  və  digər  sahələrin  təmin  edilməsi  aid 

edilir.Bundan əlavə biznesin inkişafına bir sıra makroiqtisadi amillərdə təsir göstərir 

ki, bu amillərdə xarici və daxili amillər olaraq iki hissəyə ayrılır. 

Daxili amillərə misal olaraq: 

 

Əlverişli kredit şəraitinin olması   



 

Ölkədəki işsizliyin səviyyəsi və inflyasiya mühitinin hazırkı vəziyyəti 



 

Vergilərin və ya vergitutma dərəclərinin sərt olub olmaması 



Biznesin inkişafına təsir edən xarici makroiqtisadi amillərə isə; 

 



Valyuta  məzənnələri  və  milli  valyutanın  xarici  valyutalara      nisbətən 

dayanıqlılıq səviyyəsi 

 

Ölkənin məhsul və ya kapital ixrac və idxalına verilmiş sərbəstliyin səviyyəsi 




73 

 



Ölkənin xarici tədiyyə balansının vəziyyəti 

Biznesin  inkişafının  təmin  edilməsində  ən  başlıca  yeri  elmi  texniki tərəqqinin 

naliyyətləri  tutur.  Müasir  dövürdə  biznesin  səmərəlilik  göstəricilərinin  artmasında 

bilavasitə  rolu  olan  ETT  rəqabətli  mühit  şəraitində  yeni  texnalogiyaların  və 

avadanlıqların  yaranması  ilə  öz  müsbət  təsirinin  biznes  mühitinə  göstərir.  ETT-i 

köklü dəyişikliklər, ara formaların yaradılması və yeni təkmilləşmələrin nəticəsində 

biznesə bir neçə istiqamətlər üzrə təsir edir: 

 



Məhsulların səmərəlilik göstəricilərinin və rəqabətqabiliyyətlilik dərəcəsinin 

artırılması 

 

Ehtimal olunan mənfi nəticələrin müəyyən olunması 



 

Yeni biznes fəaliyyəti sahələrinin genişləndirilməsi 



Yeni  avadanlıq,  maşın  və  texnologiyaların  tətbiqi  nəticəsində  istehsalın 

artmasına  nail  olunursa  bu  ETT-nin  sayəsində  baş  vermiş  irəliləyişlərdəndir.Məhz 

ETT-nin  vasitəsi  ilə  intensiv  üsulla  məhsul  istehsal  etməklə  məhsuldarlığı  əsaslı 

dərəcədə artırmaq və iqtisadi səmərəliliyə nail olmaq mümkündür. 

Azərbaycan  iqtisadi  və  coğrafi  mövqe  cəhətdən  çox  əlverişli  bir  mövqedə 

yerləşir.  Hələ  qədim  zamanlardan  Avropa-Asiya  ticarət  yollarının  ölkə  ərazisindən 

keçməsi  ölkənin  iqtsadi  mövqeyini  daha  da  əlverişli  etmişdir.  Ölkədə  istehsalın 

gücləndirilməsi və yeni prespektiv sahələrin tapılması və həmin sahələrə yatırımların 

edilməsi  ilə  iqtisadi  səmərəlilik  göstəricilərini  yaxşılaşdırmaq  olar.  2016-cı  ildə 

ölkədə prespektivli sahələrə kredit qoyuluşunun həcmi 15820 milyon manat olmuşdur 

ki, bu da ötən ilki göstəricidən xeyli az kredit qoyuluşu deməkdir. Tikinti sektoruna 

qoyulan investisiyalar və əldə edilən gəlirlərdə xeyli dərəcədə azalmışdır ki bunun da 

nəticəsində ÜDM-un həcmində azalma müşahidə edilmişdir. Maliyyə bazarında milli 

valyutanın sabitliyini təmin etmək üçün Mərkəzi Bank bir sıra tədbirlər reallaşdırsa 

da son illərdə bu öz bəhrəsini vermir.Milli valyuta olan manatın alıcılıq qabiliyyətinin 

aşağı düşməsi bir sıra problemlərə gətirib çıxarmışdır.Valyutanın dəyişən məzənnəsi 

xarici investorların yatırım etmələrinə və ölkəyə sərmayə axının daxil olmasına mane 

olur. Odur ki, fikrimizcə ölkənin milli valyuta sabitliyinin yaradılmasının ilk variantı 




74 

ÜDM-də  neft  və  qaz  istismarının  həcminin  azaldılması  və  istehsal  müəssisələrinin 

istehsal  gücünün  artırılmasıdır.  Ölkənin  ixrac  payının  böyük  hissəsinin  heft 

ixracından  ibarət  olduğuna  görə  dünya  bazarında  neftin  qiymətindəki  cüzi 

dəyişikliklər ölkənin maliyyə sisteminə böyük təsirlərlə iz qoyur. Buna görə də, neft 

və qazdan əldə edilən gəlirlərlə yeni sahələrə yönəlməli və istehsal payı artırılmalıdır. 

Ölkənin biznes sektorunun inkişaf etməsi həm    dövlət üçün həm də cəmiyyət 

üçün  daha  səmərəlidir.  Adambaşına  düşən  gəlirlər  artırılmalıdır.  Biznesin  inkişaf 

etdirilməsi  ölkədə  bir  neçə  problemin  həllini  asanlaşdırır.  Beləki  yeni  biznes 

sahələrinin  yaranması  və  inkişafı  ölkədə  işsizlik,  istehlak  məhsullarına  təlabat, 

əhalinin  adambaşına  düşən  gəlir  normaların  yüksəldilməsi  və  s.də  problemli 

stuasiyaların həllində böyük köməklik göstərəcəkdir. 

Ölkənin  real  bazar  sektorunun  inkişafının  tənzim  edilməsi,  bir  sıra 

iqtisadi-sosial  islahatların  həyata  keçirilməsi  yerinə  yetrilməsi  mühüm  olan  bir 

prosesdir.  Ölkədəki  maliyyə  bazarının  inkişafına  mənfi  təsir  edəh  hallar  aradan 

qaldırılmalı iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, ölkənin makroiqtisadi 

göstəriclər  cədvəlindəki  göstəricilərin  real  olaraq  analiz  olunması  istiqamətində 

addımların  atılması  labüd  bir  məsələdir.Son  illərdə  həyata  keçirilən  islahatların 

məntiqi  sonluğu  olaraq  ölkənin  kiçik  biznes  və  ya  kiçik  sahibkarlıqla  məşğul 

olanların  sayı  xeyli  artmışdır.  Bu  da  iqtisadi  dayanıqlı  inkişafa  yol  açan  bir 

prosesdir.Ölkə  əhalisinin  gəlirlərinin  artmasını  da  ölkənin  sosial  vəziyyətinin 

yaxşılaşdırılmasına  misal  kimi  göstərmək  olar.Ümumiyyətlə  2016-cı  ildə  əhalini 

gəlirlərinin  və  eyni  zamanda  sərəncamda  qalan  gəlirlərinin  həcminin  2015-ci  ildəki 

göstəriciləri  ilə  nisbətindən  məlum  olur  ki,  2016-cı  ildə  əsasən  əhalinin  gəlirlilik 

səviyyəsi  artmışdır.Bunu  aşağıdakı  cədvəldən  qeyd  edilmiş  müqayisəli  təhlildə  də   

aydın şəkildə görmək mümkündür. 

Ölkədə  biznes  mühitinin  inkişaf  etməsi  ən  əsas  olaraq  ölkənin  sosial 

təbəqəsinin  işsizlik  probleminin  aradan  qaldırılmasına  gətirib  çıxarır.  2016-cı  ilin 

göstəricilərinə əsasən ölkə üzrə iqtisadi məşğul əhalinin sayı 4733700 nəfər olmuşdur 

ki,  halbuki  iqtisadi  fəal  əhalinin  sayı  5006800  nəfər  olub.  Hazırki  vəziyyəti  təhlil 




75 

etdikdə  ölkə  iqtisadiyyatının  hərəkətverici  qüvəssi  olan  əhalinin  işsizlik  səviyyəsi 

kifayət qədər böyükdür. Bunun da sosial nəticəsi olaraq adambaşına düşən gəlirlərin 

miqdarı  aşağı  düşmüşdür.  Bu  da  ölkə  əhalisinin  yoxsullaşma  dərəcəsinin  artmasına 

səbəb olur. Dünyanın İEÖ-də işsizlik problemin həll olunması istiqamətində görülən 

işlərin  praktik  olaraq  ölkə  iqtisadiyyatında  təcrübə  etmək  onların  müsbət 

cəhətlərindən maksmum yararlanmaq lazımdır. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə