Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə42/43
tarix31.12.2021
ölçüsü1,53 Mb.
#81960
1   ...   35   36   37   38   39   40   41   42   43
Abbasov-Ramil

 

 

 

 

 

 

 

 

 

 


78 

NƏTİCƏ VƏ TƏKLİFLƏR 

  “Biznesin  maliyyə-kredit  infrastrukturunun  inkişafı”  mövzusunda  hazırlanan 

dissertasiya işində maliyyə bazarının təhlili, onun inkişafına təsir göstərən müsbət və 

mənfi  halların  müəyyən  edilməsi və  təhlili nəticəsində  aşağıda  göstərilmiş  nəticə  və 

təklifləri qeyd etmək olar: 

1. Ölkədə maliyyə bazarının inkişaf etdirilməsi istiqamətində bir neçə tədbirlər və 

islahatlar  həyata  keçirilmişdir.  Bu  tədbirlərə  misal  olaraq  maliyyə  bazarının  əsas 

tərkib  hissəsi  olan  qiymətli  kağızlar  bazarının  normativ-hüquqi  bazasının 

formalaşdırılmasını  misal  göstərmək  olar.  Qiymətli  kağızlar  bazarına  dövlət 

nəzarətinin  gücləndirilməsinə  və  bu  sahənin  inkişaf  etdirilməsinə  dövlət  diqqəti 

artırılmalıdır. 

2.  Dövlət  tərəfindən  qiymətli  kağızların,  səhmlərin  və  isteqrazların 

buraxılmasının  sürətinin  artırılması,  fond  bazarının  inkişaf  xüsusiyyətləri  üzrə  qərb 

iqtisadiyatına inteqrasiya edilməsi təşkil edilməlidir. 

3. Respublikanın ticarət dövriyyəsinin əsasını neft-qaz ehtiyyatlarının ixracı təşkil 

edir.Ölkənin  maliyyə  ehtiyyatlarının  formalaşmasında  əsas  payı  bu  sahədən  əldə 

edilən  gəlirlər  təşkil  edir.  Dünya  bazarındakı  mövqeyindən  aslı  olmayaraq  ölkə 

iqtisadiyyatının  tükənən  və  eyni  zamanda  bərpa  olunmayan  ehtiyyatlar  üzərində 

qurulması məqsədəuyğun deyildir.Təklif edirik ki, ölkənin xarici ticarət əlaqələrinin 

obyekti  kimi  neft  və  qaz  ehtiyyatları  ilə  yanaşı  qeyri-neft  sektorunun  ticarət 

dövriyyəsində payının artırılmasına şərait yaradılsın. 

4. Kredit bazarının iştirakçıları olan bankların inkişaf etməsinə mane olan amillər 

əsasən    girovlar  və  faiz  dərəcələrinin  yüksək  olmasıdır.  Bu  zaman  istənilən  bir 

biznes  fəaliyyəti  ilə  məşğul  olan  sahibkar  çatışmayan  maliyyə  ehtiyyatı  üçün 

banklara  müraciət  etdikdə  qeyd  edilən  amillər  onların  kredit  vasitəsi  ilə 

maliyyələşməsinə  mane  olur.Kredit  risklərinin  artırılmasına  səbəb  kredit  götürən 

tərəfin  aşağı  dəqiqlikli  məlumatlarının    mövcudluğu    və  zəif    korporativ   

idarəetmənin    olması    çıxış  edir.  Həmçinin  kreditorların  dövlət  tərəfindən  hüquqi 

müdafiəsi  zəif  olduğundan  bu  risk  dərəcələri  bir  qədərdə  artmış  olur.  Ölkədə 



79 

kreditlərin  verilməsi  ilə  bağlı  ətraflı  məlumatlar  toplayan  qrumlar(kredit  büroları) 

yaradılmalıdır ki, gələcəkdəki riskli halların vaxtında qarşısını almaq mümkün olsun. 

Həmçinin  fikrimizcə  Respublikamızda  qərb  təcrübələrindən  istifadə  edərək 

Korporativ İdarəetmə İnistitutlarının yaradılması ilə ölkədə sahibkarlıq fəaliyyətinin 

və korporasiyaların inkişafında əsaslı irəliləyişlər əldə ediləcəkdir. 

  5.  Ölkədə  bank  sferasının  inkişaf  etdirilməsi  və  onların  maliyyə  bazarında 

rolunu  artırmaq  üçün  mühüm  addımlar  atılır.Bu  addımlara  bank  aktivlərininn 

dəyərlərinin  artırılmasını  aid  misal  çəkmək  olar.Banklarda  əhalinin  yerləşdirmiş 

olduğu  depozitlərin  sığortalanması  sistemində  bir  sıra  təkmilləşdirmələrin 

reallaşdırılması bu sahənin inkişafı üçün mühüm məsələdir. 

6.  Ölkədə  sahibkarların  maliyyələşdirilməsi  üçün  böyük  rolu  olan  investisiya 

banklarının  yaradılması  zərurudir.İEÖ-in  əksəriyyətində  bu  tip  bankların  olması 

həmin ölkələrin sahibkarlığının inkişafına müsbət tövhə verir. 

7.  İnkişaf  etmiş  ölkələrin  iqtisadiyyatına  nəzər  salsaq  orada  ölkəyə  investorların 

fəaliyyət  göstərə  biləcəkləri  şərait,  yəni  “sənaye  meydançalarının”  yaradıldığını  və 

müsbət  nəticə  verdiyini    görərik.Respublikamızda  bu  tip  şəraitlərin  yaradılması  və 

nəticədə  ölkəyə  investisiya  axınının  təmin  edilməsi  maliyyə  bazarının  inkişafı  üçün 

atılması lazım olan addımlardandır. 

8.  Ölkənin  xarici  ölkələrdən  aslılıq  səviyyəsinin  azaldılması  üçün  prespektiv 

sahələrin maliyyələşməsinə dövlət yardımı edilməlidir. Belə ki, kənd təsərrufatı üzrə 

çoxlu  məhsullar  yetişdirilməsi  üçün  əlverişli  şəraitin  olduğu  halda  bir  sıra  vacib 

məhsulları  hələ  də  xarici  ölkələrdən  idxal  edirik.Yerlərdə  sahibkarların  üzləşdikləri 

problemləri həll etməklə bu sahənin inkişafını stimullaşdırmaq lazımdır.Təklif edirik 

ki,  dövlət  sahibkarlara  ölkə  üçün  mühüm  əhəmiyyət  kəsb  edən  kənd  təsərrufatı 

məhsullarının  yetişdirilməsi  istiqamətində  göstərişlər  verərək,  məhsul  yığımında  isə 

onlardan  məhsulu  məhz  dövlət  özü  yüksək  qiymətə  alsın.  Belə  olan  halda  həm 

ölkənin xarici bazardan aslılıq dərəcəsi azalar həm də bölgələrdə bu sahəyə maraq və 

diqqət artmış olar.Həmçinin ölkənin bölgələrdəki məşğulluq problemi müəyyən qədər 

aradan qaldırılar. 




80 

9. Ölkənin ÜDM-da neft sektorunun payının azaldılması eyni zamanda qeyri-neft 

sektorunun  payının  gücləndirilməsi  istiqamətində  tədbirlər  görülməlidir.  Mənfəət  və 

ümumi  vergi  güzəştlərinin  tətbiq  edilməsi  bu  tədbirlərə  misal  ola  bilər.Bu  zaman 

istehsal olunan məhsulların qiymətləri də aşağı olar ki, buda ölkənin istehlak bazarına 

müsbət təsir edəcəkdir. Əhalinin maddi rifah halı yaxşılaşacaqdır. 

10.  Gömrük  sferasında  islahatların  aparılması  vacib  bir  amildir.  Belə  ki,  ölkəyə 

hər  hansı  bir  məhsul  istehsalı  üçün  gətirilən  maşın,  texnika  və  texnologiya  və  s. 

istehsal  vasitələrindən  gömrük  rüsumları  ləğv  edilməsi  yerli  istehsalın  artırılmasına 

geniş  mənada  köməklik  göstərə  bilər.  Həmçinin  ölkədə  yerli  istehsal  məhsulları 

xaricdən  idxal  olunan  məhsullara  qarşı  müdafiə  olunmalıdır.Bu  istiqamətdə  isə 

bazarın tənzim olunması məsələsi yenidən gözdən keçirilməlidir. 

11.  Düzgün  pul-kredit  siyasətinin  tətbiqi  nəticəsində  ölkədə  inflyasiyanın 

yüksəlməsinin  qarşısını  almaq  lazımdır.  İnflyasiyanın  qoyulan  hədd  səviyyəsindən 

qaxmaması  üçün  ölkənin  hər  ayına  uyğun  eyni  bərabər  səviyyədə  büdcə  xərcləri 

təmin  edilməli,başqa  sözlə  desək  dövriyəyə  xərclərə  uyğun  həcmdə  pul  ehtiyatları 

buraxılmalıdır. 

  Onu  da  qeyd  etmək  lazımdır  ki,  ölkəmizin  maliyyə  bazarındakı  və  kredit 

sektorundakı  geriliyinin  səbəblərindən  biri  də  informasiya  təminatının  aşağı 

səviyyədə  olmasıdır.Bu  geriliyin  aradan  qaldırılması  və  mövcud  bazar 

infrastukturunun optimallaşdırılması ölkə iqtisadiyyatının canlanmasında müsbət rol 

oynayacaqdır. Xarici inkişaf etmiş ölkələrin sınaqdan keçirilmiş maliyyə siyasətinin 

tətbiqi  ilə  ölkənin  maliyyə  bazarının  dayanıqlı  inkişafını  təmin  etmək 

lazımdır.Banklarda  sahibkarlara  uzunmüddətli  kreditlərin  müxtəlif  güzəştlərlə 

verilməsinə  dövlət  nəzarətinin  artırılması,  kredit  bazarının  tənzimlənməsi  və 

kreditlərin  verilməsi  və  ödənilməsində  qeyri-müəyyənlik  hallarının  aradan 

qaldırılması kredit sektorunun inkişaf etməsinə səbəb olacaqdır. 

 

 



 


81 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə