Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə35/43
tarix31.12.2021
ölçüsü1,53 Mb.
#81960
1   ...   31   32   33   34   35   36   37   38   ...   43
Abbasov-Ramil

      Sxem 3.3   

İstehlak bazarının formalarının qurluş sxemi 

 

     



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Mənbə:

  “Biznesin  Təkili  və 

İdarə  edilməsi”  dərslik,  “İqtisad  Universiteti”  nəşriyyatı.  Bakı, 

_2011 [19,səh-15]. 

Məlumdur  ki,  hər  bir  istehsalçı  özü  də  bir  istehlakçıdır.  O  da  hər  hansı  bir 

istehlak  şeylərini  alır,  tədarük  edir,  şəxsi  təlabatlarını  ödəyir.  Bütün  bunlar 

istehlakçıların  nə  istədiklərini,  necə  və  hansı  keyfiyyətdə  məhsul  istədiklərini  başa 

İstehlak bazarı 

Ərazi əlamətinə 

görə 


Proporsionallıq 

səviyyəsinə görə 

Məhsulların tipinə görə 

Müştərilərin xarakterinə görə 

            1.Daxili   

2.Xarici 

Daxili   

Milli,lokal,regional 

1.Tarazlaşdırılmış         

2.Tarazlaşdırılmamış 

Qiymət, Növ 

Yaş, cins və s. 




66 

düşməyə  imkan  verir.  Alınan  məhsulların  istehlakçı  təlabatlarını  tam  ödəməsə   

istehlakçıda həmin məhsulun keyfiyyətinə qarşı məmmunluq hissi yarana bilməz və 

istehlakçı həmin məhsuldan üz çevirib bazarda analoji məhsullarla maraqlanacaqdır. 

Buna  görədə  istehsal  edən  fiziki  və  ya  hüquqi  şəxs  müştəri  (istehlakçı) 

məmmunluğunu nəzərə almalıdır. Məhsulu minumum xərclə maksimum keyfiyyətdə 

istehsal  etmək  həmin  məhsulun  istehlakçılar  tərəfindən  bazarda  yüksək  alıcılıq 

qabiliyəti ilə alınmasına səbəb olacaqdır. 

Bazarda təklif olunan əmtəə və ya xidmətlər bir çox istehsalçi tərəfindən təkilif 

olunur.  Bu  zaman  istehlakçı  eyni  məhsulu  iki  tərəf  arasında  müqayisə  edəcək, 

məhsulun  satılması  zamanı  güzəştlər  və  hər  hansı  bir  xidmətin  olub-olmaması  ilə 

maraqlanacaq ki, bu da həmin məhsulların alınmasında son seçim olacaqdır. 

Azad  bazar  şəraitində  istehlakçı  tərəfindən  diqqət  yetirilən  ən  böyük  amil 

qiymət  amilidir.İnhisarın  olmaması,  rəqabətli  mühitin  formalaşması  ilə    bazardakı 

məhsulların  qiymətlərinin  müxtəlif  müəssisələrdə  müxtəlif  cür  olmasına  gətirib 

çıxarır.  İstehlakçı  öz  aylıq  istehlak  səbətinə  uyğun  miqdarda  və  qiymətdə  məhsul 

alacağı 

şəraitdə 

bu 

məhsulların 



keyfiyyəti 

qədər 


qiyməti 

ilə 


də 

maraqlanacaqdır.Təbiidir ki,eyni keyfiyyətdə və ölçüdə olan məhsulun qiyməti ucuz 

olan  məhsula  təlabat  daha  çox  olacaqdır.  Əvvəldə  qeyd  etdiyimiz  kimi  burada 

istehsalçılar  məhsulun  maya  dəyərinin  aşağı  salınması  nəticəsində  məhsulun 

qiymətinin aşağı düşməsinə nail ola bilərlər ki, bu da onların istehsal etdiyi məhsulun 

bazarda daha çox alınmasına gətirəcəkdir.   

Bazarda diqqət edilməsi mühüm olan amillərdən biri də marketinq tədqiqatı və 

reklamın  həyata  keçirilməsidir.  Marketinq  tədqiqatı  o  deməkdir  ki,  istehsalçı  firma 

bazarı tam olaraq araşdırmalı və bunun məntiqi nəticəsi olaraq öz iqtisadi fəaliyyətini 

qurmalıdır.Marketinq  tədqiqatında  bazarda  digər  təşkilat,  firma  və  müəssisələrin 

fəaliyyətlərini  öyrənməli,  istehlakçıların  hansı  məhsula,  hansı  keyfiyyətdə  və  hansı 

qiymətdə ehtiyyac duyduğunu müəyyənləşdirməlidir.İstehsalın    bitməsi ilə    reklam 

fəaliyyətini  həyata  keçirmək  lazım  gəlir.  Belə  ki,  bir  məhsulun  istehlakçıya 

çatdırılmasının ən optimal variantı onun yaxşı reklamının həyata keçirilməsidir. 




67 

Keçid  iqtisadiyyatı  yaşayan  ölkəmiz  üçün  istehlak  bazarının  inkişaf  etməsi 

üçün  dövlət  nəzarətinin  güclənməsi,  hüquqi  cəhətdən  istehakçıların  hüquqlarının 

gücləndirilməsi  iqtisadi  islahatlar  və  tənzimləmələr  əsasında  mümkün  ola 

bilər.İqtisadi  sistemin  gücləndirilməsi,  istehlak  bazarının  təkamül  etməsi  üçün  iki 

amil xarici və daxili amillər böyük rol oynayır. Xarici iqtisadi amilləri qeyd edərkən 

göstərməliyik ki, ölkənin dünya ölkələrinə iqtisadi cəhətdən nüfüz etməsi və iqtisadi 

münasibətlərin  olması  nəinki  istehlak  bazarının  inkişafına  hətta  bütünlükdə 

iqtisadiyyatın  bütün  sahələrinin  inkişafına  səbəb  olan  amil  olduğunu  görmüş 

olarıq.Bütün dünya ölkələrində olduğu kimi Azərbayacanda iqtisadiyyatında da xarici 

iqtisadi əlaqələrin olması mühüm əhəmiyyət kəsb edir. 

                                                                                                                                                                                                                 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə