Magistratura məRKƏZİ Əlyazması hüququnda


Sxem3.2     SWOT təhlili



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə33/43
tarix31.12.2021
ölçüsü1,53 Mb.
#81960
1   ...   29   30   31   32   33   34   35   36   ...   43
Abbasov-Ramil

Sxem3.2

   

SWOT təhlili

 

S W O T 


 

        Strengths                Weaknesses                opportunites                              Threats                                                                 

      (Güclü tərəflər)      (Zəif tərəflər)              (İmkanlar)                                (Təhlükələr)     

 

Mənbə:   

S.İ.Hümbətova,İ.Q.Quliyeva:“Biznesin(müəssisənin) qiymətləndirilməsi”, Bakı  _ 

2015, [29.səh.-13].

                                 

 

        SWOT  analizi  vasitəsi  ilə  şirkətin  qarşılaşa  biləcəyi  təhlükələrin  müəyyən 



edilməsi, zəif tərəflərin göz önünə gətrilməsi, xarici eyni zamanda daxili imkanların 

müəyyən edilməsini reallaşdırmaq olar. 

Sahibkarlıq  fəaliyyəti  iqtisadiyyata  və  eyni  zananda  maliyyə  bazarının  vəziyyətinə 

müsbət təsir etdiyini nəzərə alaraq dövlət tərəfindən sahibkarlıq fəaliyyətinin inkşaf 

etməsi  üçün  bir  sıra  tədbirlərin  həyata  keçrilməsi  vacib  bir  məsələdir.Dövlətin  bu 

sahədəki  görülməsi  vacib  olan  tədbirlərinə  misal  olaraq  aşağıdakı  punktlarda 

verilənləri göstərə bilərik: 

 

1.  Sahibkarların  uğurlu  fəaliyyətini  təmin  etmək,onların  fəaliyyətinin  daha 



güvənli təşkil edilməsi üçün onların hüquqi mühavizəsi mexanizmini yaxşılaşdırmaq 

 

2.  Sahibkarlıq  fəaliyyətində  inkişafa  mane  olan  risk  amili  dərəcəsinin 



azaldılması, həmçinin qeyri-müəyyən halların aradan qaldırılması 

 

3. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların gəlirlərinin artırılması və onların 



bu  sahəyə  maraqının  təmin  edilməsi  eyni  zamanda  da  bir  sıra  dövlət  güzəştlərini 

həyata keçirmək lazımdır. 

        Əvvəldə  qeyd  etdik  ki,  biznes”  anlayışı  “sahibkarlıq”  anlayışından  fərqlidir.Bu 

fərq  isə  özünü  həm  məzmunca  həm  də  iştirakçı  sayına  görə  biruzə  verir. 

Ümumiləşmiş  şəkildə  biznesin  məqsədlərininə  aid  olan  amilləri  aşağıdakı  şəkildə 

qruplaşdırmaq olar. 

 

1.  Bizneslə  məşğul  olan  şəxsin  öz  biznesinin  inkişafı  üçün  lazımı  maliyyənin 



əldə edilməsi 


59 

2. Gəlirin(mənfəətin) qazanılması 

3. Optimal səviyyədə istehlakçı (ehtiyyacının)təlabatlarının ödənilməsi 

4. Öz istehsal və fəaliyyət sahəsinə görə bazarda rəqibləri qabaqlamaq 

5.  Biznesdə  çalışan  şəxslərin(əməkdaşların)  əməyinin  sərgiləmək  imkanının 

tanınması 

          Biznes  geniş  sahə  olduğu  üçün  onu  bir  istiqamətdə  öyrənmək  mümkün 

deyil.Biznesin növlərinə: 

1.İstehsal biznesi 

2.Kommersiya biznesi 

3.Maliyyə biznesi   

4.Konsultativ biznes formaları daxil edilir. 

        Eyni  zamanda  biznesdə  iştirakçıların  sayına  görə,  kollektiv  və  fərdi  biznes, 

təşkilati-hüquqi  forma  cəhətdən  cəmiyyət,  yoldaşlıq  və  korporativ  formalara 

malikdir. 

        İstehsal  biznesi  iqtisadi  fəaliyyətdə  ən  mühüm  biznes  sahəsi  hesab 

olunur.Ölkənin  iqtisadi  vəziyyətinin  və  ÜDM-un  həcminin  artırılması  üçün  ən  çox 

ehtiyyac duyulan biznes növü kimi istehsal biznesini göstəsrsək heç də yanılmarıq.Bu 

biznes  növündə  məhsulların  istehsal  olunması  reallaşdırılır  ki,  bu  da  cəmiyyətin 

təlabatlarını ödəməkdən və yeni təlabatlar öyrənib onlar üzərində    işlər    görməkdən   

ibarətdir.Həmçinin  biznesin  digər  növləri  də  istehsal  biznesinin  inkişafı  ilə  əlaqədar 

inkişaf  edir.Dünya  ölkələrindən  də  aparılmış  təcrübələrə  əsaslanaraq  qeyd  etmək 

lazımdır  ki,istehsal  sahəsi  ölkənin  iqtisadiyyatının  özək  hissəsin  təşkil  edir.Bu  sahə 

dövlət  tərəfindən  nəzarətə  götrülməli,  bu  sahə  ilə  məşğul  olan  biznesmen  və  ya 

sahibkara  öz  fəaliyyətlərini  stimullaşdırmaq  və  ölkənin  ÜDM-da  paylarını  artırmaq 

üçün bir sıra iqtisadi güzəştlərlə dəstək olunmalıdır. Məlumdur ki, ölkəmizdə neft və 

qaz gəlirləri ölkə büdcəsinin böyük əksəriyyətini təşkil edir. Amma iqisadi cəhətdən 

inkişaf  etmiş  Avropa  ölkələrində,  Amerika  və  Yaponiyada  bu  göstəricilər  çox 

fərqlidir.Bu  tip  dövlətlərin  əsas  gəliri  yerli  istehsal  xidmətlərindən  gələn  gəlirlər 

təşkil  edir.Azərbaycanda  da  bu  sahəyə  diqqət  edilməsi  vacib  bir  amildir.  Ölkədəki 




60 

istehsal müəssisələrin sayının artması ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılmasına, 

əhalinin  işsizlik  probleminin  həll  olunmasına,  əhalinin  maddi  rifah  halının 

yaxşılaşdırılmasına  və  ən  əsası  da  ölkədə  istehsal  olunacaq  məhsulların  dünya 

bazarına  çıxarılmasına  gətirib  çıxaracaq  ki,  bu  da  ölkənin  iqtisadi  nüfuzunun 

güclənməsinə  gətirib  çıxaracaqdır.  2016-cı  ildə  əsas  kapitala  yönəlmiş  vəsaitlərin 

həcmi  13009,3  milyon  manat,  sənaye  məhsulunun  həcmi  isə  28833  milyon  manat, 

neft sektorunda isə 18516 milyon manat təşkil etmişdir. 

        Azərbaycanda  istehsal  sahələrinin  genişləndirilməsi  üçün  böyük  imkanlar  var. 

Bu  sahələrdən  maksimum  istifadə  etməklə  dövlətin  xarici  ölkələrdən  iqtisadi 

aslılığını  azaltmaq  lazımdır.Misal  üçün  ölkənin  K/T-da  istehsal  olunan  pambıq 

xammal şəklində xarici ölkələrə ixrac olunması fikrimizcə absurd bir haldır. Belə ki, 

ölkədə geyim və paltar məhsullarının böyük əksəriyyəti hətta 80%-indən çoxu xarici 

ölkələrdən  idxal  olunaraq  təmin  edilir.Bu  vəziyyətin  dövlət  tərəfindən  nəzarətdə 

saxlanılması  bambıqdan  parça  və  paltar  istehsalı  müəssisələri  yaratmaq  onların  iş 

prinsipinə  dövlət  tərəfindən  yüksək  nəzarətin  təşkili  vasitəsi  ilə  qısa  bir  zamanda 

xarici  ölkələrdən  idxal  olunan  məhsulları  artıq  yerli  müəssisələr  tərəfindən 

ödəniləcəkdir.  Təkcə  pambıq  yox  bir  çox  məhsullar  xarici  bazara  hazır  məhsul 

şəklində  deyil  xammal  halında  çıxarılır.Bu  da  iqtisadi  inkişafa  effektiv  təsir  etmir. 

Ölkədə  istehsal  müəssisələrin  yaradılması  yerlərdə  işsizlik  probleminin  həllinə, 

həmçinin  ölkəyə  lazım  olan  məhsulların  yerli  istehsal  hesabına  ödənilməsinə  dövlət 

dəstəyi lazımdır. 

        Ölkədə  istehsal  müəssisələrində  yeni  dəzgah  və  avadanlıqların  gətirilməsi,  işçi 

ixtisaslarının  artırılmasına  şəraitin  yaradılması,vergi  dərəcələrinin  azaldılması, 

istehsalın təkmilləşdirilməsi istiqamətində atılacaq ilk addımlardandır. 

        Biznesin  digər  bir  növü  kommersiya  biznesidir.Bu  biznesin  əsas  məzmununu 

hazır  məhsulların  alqı-satqısı  təşkil  edir.Kommersiya  biznesi  istehsal  biznesinə 

sxemcə çox oxşardır.Lakin kommersiya biznesinin fərqi ondan ibarətdir ki, bu biznes 

növündə məhsul hazır şəkildə alınır və istehlakçıya satılır. 

        Maliyyə  biznesinin  kommersiya  biznesi  ilə  oxşarlığı  daha  çoxdur.  Belə  ki, 




61 

maliyyə biznesində alqı-satqı obyekti olaraq qiymətli kağızlar çıxış edir. 

        Azərbaycanda  daha  az  inkişaf  etmiş  biznes  forması  olan,  Avropa  və  Amerika 

qitələrində daha böyük inkişaf mərhələsinə çatmış biznes növlərindən biri konsultativ 

biznesdir ki, bu biznesin  əsas fəaliyyətinə  yeni sahibkarlara məsləhətlərin verilməsi, 

onlara  görəcəkləri  fəaliyyət  üzrə  yardımların  göstərilməsi  və  s.  təşkil  edir.  Bu 

biznesin  inkişaf  etməsi  ölkədə  sahibkarların  sərmayyə  qoyuluşlarının  daha  səmərəli 

sahələrə  yatrılmasına  köməklik  edib,  həmçinin  də  onların  uğur  qazanmasına  xidmət 

edəcəkdir.Nəticədə Maliyyə bazarında canlanmanın yaranmasına şərait yaradacaqdır. 

        Ümumiyyətlə,  qeyd  etmək  lazımdır  ki,  müəssisənin  maliyyə  ehtiyyatı  əsasən 

əldə olunan gəlirlərdən formalaşır. Müəssisə gəliri əsasən üç əsas fəaliyyət əsasında 

əldə edir. 

1. Əsas fəaliyyət 

2. Investisiya fəaliyyəti 

3. Maliyyə fəaliyyəti 

        Əsas  fəaliyyətdən  qazanılan  gəlirlər  əsasən  müəssisənin  istehsal  etdiyi 

məhsulların  satışından,  hər  hansı  bir  xidmətin  reallaşdırılmasından  və  s.-lərdən  əldə 

edilən  gəlirlərdir.  Bu  isə  müəssisənin  real  gəlirlərinin  əsas  hissəsi,  əsasən  daimi  iş 

strukturundan  əldə  edilən  gəlirlərin  böyük  əksəriyyəti      deməkdir.  Müəssisənin 

investisiya  fəaliyyətindən  alınan  gəlirlər  isə  müəssisə  tərəfindən  dövriyyədənkənar 

aktivlərinin satışlarının həyata keçrilməsindən əldə edilən gəlirlər aid edilir. Şirkətin 

səhm  və  isteqrazlarının  investorlara  paylanmasından  əldə  edilən  gəlirlər  maliyyə 

fəaliyyətindən əldə edilən gəlirlər hesab olunur. 

        Bazar  münasibətləri  şəraitində  bir  məhsulun  bir  neçə  firma  və  ya  şirkət 

tərəfindən  istehsal  edilməsi  firmalararası  rəqabətin  yaranmasına  gətirib  çıxarır.  Bu 

zaman müəssisə mövcud rəqabətə davam gətirmək və bazarda istehlakçı təlabatlarını 

ödəməklə  öz  mövqeyini  qoruyub  saxlamaq  üçün  bir  sıra  tədbirlər  görməlidir  ki, 

bunların  içərisində  edilməsi  ən  mühüm  olanı  məhsul  istehsalına  çəkilən  xərclərini 

eyni zamanda məhsulun maya dəyərininin aşağı salınması aid edilir. 

 

 




62 

Müəssisənin gəlirlərinə onun müəyyən zaman kəsiyində məhsul satışından əldə 

edilən  gəlirlərin  məcmusu  aiddir.Əldə  edilən  gəlirlərdən  müəssisədə  çalışan  işçilərə 

əmək  haqqının  verilməsi,  rüsm  və  vergilərin  ödənilməsi,  istehsal  üçün  alınmış  olan 

avadanlıqların  amortizasiya  xərclərinin  ödənilməsi,  matrealların  alınmasına  çəkilən 

xərclərin çıxılması nəticəsində yerdə qalan hissə müəssisənin xalis mənfəəti adlanır. 

        Qısaca olaraq qeyd edək ki, gəlirlərdən istehsal xərclərinin çıxılması nəticəsində 

gəlirlərin  qalan  hissəsi  mənfəət  adlanır.Bu  sahədə  təklif  olaraq  dövlətin  antiinhisar 

siyasətini  gücləndirməsini  və  azad  rəqabətli  bazar  mühitinin  formalaşdırılmasını, 

müəssisə və ya təşkilatların fəaliyyətlərinin hüquqi cəhətdən dövlət dəstəklənməsini 

təklif  edirik.Gələcəkdəki  dövrlərdə  həyata  keçirilən  islahatlarda  bu  amillər  nəzərə 

alınarsa  bazar  mühitinin  sağlamlaşdırılmasında  böyük  irəliləyişlərin  olacağını 

düşünürük. 

        Məlumdur  ki,  mənfəət  müəssisənin  əsas  fəalliyyət  nəticəsidir.“Müəssisənin 

rəqabətqabiliyyətliliyi  uzunmüddətli  perspektivdə  onun    biznesinin  gəlirliyinin 

təmin  olunmasının  potensial  imkanları  ilə  xarakterizə  olunur.”[29.səh.-18].Belə  ki 

onun  artması  müəssisənin  geniş  təkrar  istehsalı,  işçilərin  əmək  haqqının  və  iş 

şəraitinin  yaxşılaşdırılmasını  təmin  edir.Bundan  əlavə  bank  ödənişləri  və  s.-də 

mənfəət hesabına ödənilir. 

        Müəssisələrin  fəaliyyətinin  gücləndirilməsində  başqa  bir  tərəfdən  baxdıqda 

dövlətin maraqı xüsən nəzərə çarpmalıdır. Belə ki, müəssisə fəaliyyət göstərirsə orda 

bir  çox  işçi  qüvvəsinin  işlə  təmin  olunmasına  gətirib  çıxarır  ki  bu  da  işsizlik 

səviyyəsinin  azalmasına  köməkik  göstərir.  Bütün  bunlarla  yanaşı  müəssisələr 

ÜDM-un  həcminin  artmasına  xidmət  edir.  Azərbaycanda  ÜDM-un  tərkibində 

müəssisələrin payı o qədər də ürəyaçan deyil.Bunun üçün dövlət tərəfindən bir sıra 

tənzimlərin həyata keçirilməsi labüddür. İstehsal fəaliyyəti ilə məşğul olan hər hansı 

bir şəxsin (istər fiziki şəxs istər sə də hüquqi şəxs) vergi dərəcəsini azaldmaq, onların 

maliyyə  ehtiyyaclarına  dəstək  olmaq  üçün  müəyyən  maliyyə  təşkilatları  yaratmalı, 

monapoliyaya qarşı təcili tədbirlər görməlidir. 

        Azərbaycanda  regionlarda  dövlət  müəssisələrinin  yaradılmasında,  əhalinin  işlə 




63 

təmin  olunmasında,  bir  sıra  anbarların  yaradılaraq  pulsuz  olaraq  sahibkarlar  və  ya 

fermerlərə  verilməsində  dövət  mühüm  işlər  görməlidir.Ölkə  başçısının  11  fevral 

2004-cü  ildə”Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət 

Proqaramı” haqqında verdiyi əmri ilə ölkə regionlarında qeyri-neft sektorunun inkişaf 

etdirilməsi,  Prespektivli  sahələrə  investisiya  yatırımlarının  təmin  edilməsi,  işsizlik 

problemin  həll  edilməsi  və  nəticə  etibarı  ilə  iqtisadi  artımın  təmin  olunmasına 

istiqamətlənən bir addım kimi qiymətləndirmək olar. 




Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə