Magistratura məRKƏZİ Əlyazması hüququnda


Biznesin istehlak bazarının təkmilləşdirilməsi və



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə34/43
tarix31.12.2021
ölçüsü1,53 Mb.
#81960
1   ...   30   31   32   33   34   35   36   37   ...   43
Abbasov-Ramil

 

3.2.Biznesin istehlak bazarının təkmilləşdirilməsi və 

əhalinin təlabatlarının formalaşmasında prespektiv rolu 

 

 



Mövzunun əvvəlində qeyd etmək lazımdır ki, bazar – istehlakçıların gündəlik 

təlabat duyduqları  əmtəə  və  ya  məhsullar  üçün  müraciət  etdiyi,istehsalçılar üçün isə 

istehsal  etdikləri əmtəələri təklif  etmək  üçün çıxardıqları  məkandır.  İnsan təlabatları 

sonsuz bir anlayışı əhatə edir ki, o daima formalaşır, inkişaf edir və yeni-yeni istəklər 

üzərində özünü formalaşdırır.Bu təlabatları ödəmək insanların və insanların gündəlik 

yaşam ehtiyyaclarını qarşılamaq yükünün böyük hissəsi iqtisadiyyat elminin üzərinə 

düşür.Bütün bunları nəzərə  alan  Fiziokratların  görkəmli  banisi  Fransua  Kene  təkrar 

istehsal  anlayışını  elmə  gətrmişdir.Təkrar  istehsal  dedikde  əmtəə  və  xidmətlərin 

təkrar  istehsalı  əsas  götürülür.Amma  işçi  qüvvəsi  və  iqtisadi  sosial  münasibətlərin 

təkrar istehsalı da təkrar istehsal prosesi zamanı nəzərdə tutulan amillər sırasındadır. 

  İstehlak  bazarında  tədarük  məqsədi  ilə  alınan,  insanların  gündəlik  təlabat  və 

ehtiyyaclarını  ödəyən  ərzaq  və  qeyri-ərzaq  məhsullarını  özündə  birləşdirən  iqtisadi 

münasibətlər  toplusunun  tənzimlənməsi  nəzərdə  tutulur.Qeyd  etmək  lazımdır  ki, 

istehlak  bazarını  tədqiq  etmək  üçün  istehlakçıların  davranışlarını,  onların  məhsul 

seçimi  zamanı  üstünlük  verdikləri  amilləri,  onların  seçiminə  keyfiyyət  və  qiymət 

amillərinin nə dərəcədə təsir etdiyini öyrənmək lazımdır. 

  SSRİ-nin  dağılması  ona  daxil  olan  ölkələrdə  planlı  təsərrufatçılığın  ləğv 

olunmasına  səbəb  olmuşdur.Bu  prosesin  sürətli  həyata  keçməsi  iqtisadiyyatın  digər 

sahələri  ilə  yanaşı  istehlak  bazarına  da  öz  mənfi  təsirini  göstərmişdir.İqtisadiyyatda 



64 

transformasiya  istiqamətli  dəyişikliklərin  təsir  ilə  keçmiş  Sovet  dövləti  ərəfəsində 

mövcud olan iqtisadi  əlaqələr kəsilmiş, istehsalın həcmi azalmış, iqtisadi durğunluq 

mərhələsinə  gətirib  çıxarmışdır.İstehlak  sektoru  məhsulları  istehsalnın  azalması 

lazımı  istehlak  əmtəələrinin  qiymətlərinin  artmasına  səbəb  olmuşdur.Bu  artımın 

həmçinin,  iqtisadi  kateqoriyalarda  dəyişikliklər  aşağıdakı  amlillərin  təsiri  ilə 

formalaşmışdır: 

 



İstehsal bazarında istehlak yönümlü məhsulların daha az istehsalı və nəticə 

etibarı ilə təklifin tələbdən aşağı səviyyədə olması 

 

Bütün  iqtisadi  əlaqələrin  kəsilmsi  və  xarici  bazardan  lazımı  istehlak 



məhsullarının idxalının kəsəkin şəkildə azalması 

 



Bazarda  rəqabətqabililiyətlilik  dərəcəsinin  aşağı  olması,  mövcud  iqtisadi 

sahələrdə inhisarın olması 

 

Bazarın  istehlak  sektorunda  “kölgəli  iqtisadiyyatın”  genişlənməsinə  şərait 



yaradan dövlət tərəfindən nəzarətin zəif olması 

Bazarın  iqtisadi  tarazlığının  təmin  edilməsi,  həmçinin  istehlak  sferası 

məhsullarının  qiymətlərinin  sabitləşməsi  üçün  bazarda  təklif  olunan  məhsulların 

artırılması,  insanların  təlabatlarına  uyğun  keyfiyyətdə  məhsulların  təklifi, 

istehlakçıların alıcılıq qabiliyyətinin yüksəldilməsi istehlak bazarının inkişaf etməsinə 

zəmin  yaradan  amillərdir.  1993-1995-ci illər  ərəfəsində  ölkənin  parçalanmış  iqtisadi 

sisteminin  yenidən  qurulması  istehlak  bazarının  öz  fəaliyyətinin  təmin  edilməsi  və 

istehlak  sektorundakı  problemlərin  aradan  qaldırılması  məqsədi  ilə  H.Əliyev 

tərəfindən  iqtisadi  islahatların  həyata  keçrilməsi  barəsində  sərəncamlarından  sonra 

ölkənin  makro  iktisadi  göstəriciləri  və  iqtisadi  sabitlik  nisbətən  formalaşmağa 

başladı.Aparılan islahatların nəticəsi olaraq 2015-ci ilin UDM-un həcmi 26-27 dəfə, 

satış  sahəsinin  pərakəndə  hissəsi  14-15  dəfə  artmışdır.Ölkə  əhalisinin  hər  nəfərinə 

məhsul  istehsalı  19-20  dəfə  artmışdır  ki  bu  da  dərin  islahatların  nəticəsi  sayəsində 

olmuşdur. 

Digər  bazarlardan  fərqli  olaraq  istehlak  bazarına  iqtisadi  böhranlar  tez  bir 

zamanda  təsir  edir.  Məlumdur  ki,  istehlak  bazarında  təklif  olunan  əmtəələrin 




65 

hamısının  istehlakçılar  tərəfindən  alınması  labüd  deyil.Yalnız  istehlakçıların 

stimullaşdırılması halında bu istiqamətdə irəliləyişlər əldə oluna bilər.İstehlakçıların 

stimullaşdırılmasının bir neçə yolu vardır.Bura aşağıdakıları aid etmək olar. 

 

İstehlakçılara lazım olan istehlak əmtəələrin yüksək keyfiyyətli olması 



 

Satış  zamanı  istehlakçılara  edilən  güzəştlərin  və  müxtlif  xidmətlərin  həyata 



keçirilməsi 

 



İstehlakçılara lazım olan əmtəələrin qiymətlərinin aşağı olması 

 



Satış 

zamanı  marketinq  fəaliyyətinin  reallaşdırılması  və  reklam 

fəaliyyətlərinin təşkil edilməsi. 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə