34
rəvayətlər işığı”) əsərini yazdı. Məhəmməd Ovfi 1222-23-cü
illərdə
yazdığı “Lübab ül-əlbab” təzkirəsində Özbəkistan, Xorasan, İraq, Azər-
baycan, Qəznə və Qərbi Hindistanda X-XII əsrlərdə yaşayıb-yaradan 299
şair və ədib haqqında ümumi məlumat verir. Əsər Uç vilayətinin hakimi
Raziyuddin Əbubəkrin tapşırığı ilə yazılmışdır.
Bu əsər fars şeiriyyəti
haqqında bizə gəlib çatan təzkirələrin ən qədim nüsxəsidir, hazırki günə-
cən ilk mənbə olaraq öz əhəmiyyətini saxlayır. Əsərdə adları keçən
müəlliflərin əsərləri moğol talanları dövründə məhv edildiyindən, “Lübab
ül-əlbab” onlar haqqında məlumat verən yeganə mənbədir.
“Lübab ül-əlbab” təzkirəsinin fars mətni 1903 və 1907-ci illərdə
E.Braun və Mirzə Məhəmməd Qəzvin tərəfindən nəşr edilmişdir.
Məhəmməd Ovfi ikinci məşhur əsərini – “Hekayətlər məcmuəsi”ni
(“Javomi ul-hikoyat”ini) 1227-1228-ci illərdə yazmışdı (bəzi mənbələrdə
isə 1227-1236-cı illər arasında göstərilir, amma M.Ovfinin ölüm tarixi bir
çox mənbələrdə 1233-cü il göstərildiyindən, 1227-1228-ci illər daha eti-
barlı tarixdir). Əsər dörd fəsildən, hər bir fəsil isə 25 bölmədən ibarətdir.
Əsas məzmunu – Hindistan, İran, Orta Asiya və Özbəkistanın
ictimai-
siyasi və mədəni həyatına aid 2113 tarixi lətifədən ibarətdir. Orta Asiya-
nın qədim türk xalqları və Buxara sədrləri haqqında mühüm məlumatlar
yazılan dördüncü fəsil təbii ki, bizim üçün daha əhəmiyyətlidir [2].
Türk ədəbiyyatı tarixçisi, tənqidçi, şair və ədəbiyyat müəllimi, elm,
fikir, sənət adamı olan, “Ədəbi bilgilər” (1940), “Mətnlərlə ədəbi bil-
gilər” (3 cilddə, 1955-1960) və onlarla elmi əsərlərin müəllifi Nihad Sami
Banarlı (1907-1974) Dövlətşah təzkirəsi haqqında yazarkən bildirmişdir.
“Ovfinin təzkirəsi bir talesizlik üzündən ancaq 1594-cü ildən sonrakı
illərdə ortaya çıxdığı üçün XV əsrdən bəri İran və türk təzkirələrinin əsas
nümunəsi kimi Dövlətşah təzkirəsi olmuşdur” [12, s. 364-365].
Dostları ilə paylaş: