Dövlətşah Səmərqəndi və onun “Təzkirət üş-Şüəra” təzkirəsi:
Dövlətşah Səmərqəndi M.Ovfi “Lübab ül-əlbab” təzkirəsini yazandan
265 il sonra “Dövlətşah Səmərqəndi “Təzkirət üş-şüarə” (“Şairlər təz-
kirəsi”) əsərini yaratmışdır. Bu təzkirə Şərq ədəbiyyatının önəmli bir
qaynağı sayılır” [26, s. 11]. Bu mənada, Şərq ədəbiyyatı tarixində Döv-
lətşah ibn Əlaəddövlə Bəxtişah əl-Qazi əs-Səmərqəndinin yeri, ədəbiyyat-
şünaslıq sahəsindəki xidmətləri haqqında məlumat da maraqlı olar – fikri
ilə bir sıra araşdırmalara nəzər salmalı olduq.
Bəzi mənbələrdə onun fars olduğu yazılsa da, türk alimi Əhməd
Atəşin tədqiqlərinə görə, “o, ... bir türk bəyzadəsi idi”. Ümumiyyətlə,
36
Türkiyə ədəbiyyatı mənbələrində Dövlətşah Səmərqəndi belə təqdim
edilir: “XV əsrin ən məşhur ədəbiyyat tarixçisi. 1431-ci ildə Səmər-
qənddə doğuldu. Əmir Əlaəddövlənin oğludur. Zadəgan bir Türk ailəsin-
dəndir”. Dövlətşahın doğum tarixi dəqiq deyil, lakin məşhur “Təzkirət
üş-şüəra” əsərini (bəzən bu əsərə “Təzkireyi-Dövlətşah” və ya “Şairlər
təzkirəsi” da deyilir) 50 yaşında yazdığını və 1487-ci ildə tamamladığını
nəzərə alanda (əsəri iki-üç ilə yazmışdır), onun doğum tarixi 1495 –
1496-cı illərə təsadüf edir.
Bəli, M.Ovfinin ərəb təzkirəçilik ənənəsinin təsiri ilə farsca yazdığı
“Lübab ül-əlbab” (XIII əsr) əsərindən sonra XV əsrin ədəbiyyatşünas
alimi Dövlətşah Səmərqəndinin məşhur “Təzkirət üş-şüəra”sı ortaya
qoyuldu. Ə.Nəvainin tövsiyəsi ilə yazdığı bu tarixi əsərini D.Səmərqəndi
Herat hökmdarı Sultan Hüseyn Bayqaraya və onun vəziri, şair Əlişir
Nəvaiyə ithaf etmişdi. Ə.Nəvainin həyat və yaradıcılığı haqqında xüsusi
hissənin yazılması, bəlkə də bu aralarındakı səmimi münasibətdən irəli
gəlmişdir.
D.Səmərqəndi “Təzkirət üş-şüəra” əsərini yazarkən bir çox tarixi
mənbə və məxəzlərdən, özündən əvvəl yazılmış lüğət kitablarından,
təzkirələrdən faydalanmışdır: Əbu Tahir Xatuninin “Mənaqib üş-şüəra”,
M.Ovfinin “Lübab ül-əlbab” kitablarından, müxtəlif tarixi və coğrafi
əsərlərdən – İstaxrinin “Kitab məsalik ul-mamolik”, Qardizinin “Zayn ul-
axbor”, Əbulfəzl Bayhaqinin “Tarixi Ali Sabuktakin” kimi bir çox
mənbələrdən, eyni zamanda bəhs edilən təzkirədə adları çəkilən şair və
ədiblərin əsərlərindən geniş istifadə etmişdir.
Yeri gəlmişkən, burada üzə çıxan bir məsələnin üzərində durma-
ğımız zəruridir. Dövlətşah Səmərqəndi özündən əvvəl Şeyx Əttarın
təzkirə yazması haqqında xəbər vermişdir. Agah Sırrı Ləvənd də “Əlişir
Nəvai” əsərində 1436-cı ildə Heratda Bəxşi tərəfindən “Təzkirət ül-
övliya” adlı əsərin uyğur hərfləri ilə türk dilinə tərcümə olunması haq-
qında danışmışdır. Lakin bu əsərin Şeyx Əttara aid olduğunu söyləmək
çətindir. Çünki Məhəmmədəli Tərbiyət də “Danişməndani-Azərbaycan”
əsərində Mir Qasım Ənvarın “Təzkirət ül-övliya” və ya “Məqamat ül-
arifin” (“Ariflər məkanı”) adlı əsərinin olmasından danışır. Mir Qasım
Ənvar (1356-1434) Dövlətşah Səmərqəndidən bir qədər əvvəl yaşa-
mışdır. Qasım Ənvar, Şah Qasim Ənvar, Qasimi təxəllüsləri ilə yazıb-
yaradan Müinəddin Əli ibn Nəsir ibn Harun ibn Əbülqasım Hüseyni
Sərabi Təbrizidir. Onun zəngin lirik irsi və “Ənis ül-arifin” poeması sufi
panteist poeziyanın parlaq nümunələrindən sayılır. Uzun müddət Herat
və Səmərqənddə yaşadığından Orta Asiyada sufizmin və sufi poeziya-
37
sının inkişafına mühüm təsir göstərmiş, Əlişir Nəvai onun şeirləri ilə
tərbiyələnmişdir” [9, s. 21]. Ə.Nəvai “Məcalis ün-nəfais” təzkirəsində bu
haqda belə yazmışdır: “O zamanlar 3 ilə 4 yaş arasında idim. Əziz kişilər
oxumamı istəyirdilər, bəziləri də şeir oxumama heyrət edərdilər. Və onun
məsnəviləri “Ənis ül-aşiqin” Mövlana Cəlaləddin Rumi, sirri mübarək
olsun, həzrətlərinin məsnəvisinin (Məsnəvi) “Rəməl müsəddəs” deyilən
vəznində idi” [11, s. 292].
“Təzkirət üş-şüəra” VII-XV əsrlərdə yaşayıb-yaradan ziyalılar
haqqında faktiki ədəbi-tarixi məlumatlar, xüsusən Xorasan, Mavəraün-
nəhr, İran, Azərbaycan, Hindistan və başqa vilayətlərdə fars-tacik şeiriy-
yatı inkişafına təkan verən 154 şair haqqında yazılmış rəvayət və heka-
yətlərdən ibarətdir. Əsər müqəddimə, yeddi hissə və nəticədən ibarətdir.
Müqəddimədə əsərin yazılma səbəblərindən bəhs edən müəllif yazır: “Bu
kitabı göylər kimi yeddi təbəqəyə (əsərin fəsilləri təbəqə kimi təqdim
olunub –
A.Ü.
) ayırdım. Bunun hər təbəqəsində təxminən iyirmiyə qədər
fazildən bəhs olunmaqdadır. Bundan başqa bu təbəqələrə bəzi ərəb
şairlərinin həyatlarından bəhs edən bir müqəddimə və bu gün şərəfli
şəxsiyyətləri ilə cahanı bəzəyən fazil və şairlərə dair bir xatimə əlavə
etdim” [27, s. 32], daha sonra VII və X əsrin birinci yarısına qədər olan
ərəbdilli 10 şairdən Labud (VII əsr), Əbu Nuvas (vəfatı – təx. 814), Əbu
Təyyub əl-Mutanəbbi (vəfatı – 963), Əbu Alo əl-Maari (973-1058) və
başqalarından bəhs edilmişdir. Birinci və ikinci hissədə X əsrin ikinci
yarısından sonrakı – XI əsrdə İran və əsasən, Özbəkistanda yaşayıb-
yaradan 40 məşhur şairin qısa tərcümeyi-halı və yaradıcılığı, üçüncü,
dördüncü və beşinci hissələrdə Xarəzmşahlar – Anuş Təkinlər (1077-
1231), Elxanilər (1256-1353) və Müzəffərilər (1314-1393) zamanında
olan 54 şair haqqında məlumatlar yazılıb.
Axırıncı iki hissədə (altı və yeddinci hissələr) Əmir-Teymur və
Teymurilər zamanında olmuş 41 şair haqqında məlumatlar verilib. Müəl-
lif bu əsərində klassik ədəbiyyatın ümumi inkişaf xətti, Şərq şeiriyyətində
geniş yayılmış rübai, qəsidə, qəzəl, həcv janrlarının, eləcə də müxtəlif
şeir şəkillərinin təkmilləşdirilməsi məsələlərinə də diqqət yetirmişdir.
Qeyd etdiyimiz ədəbi növlər barədə Cövhər Zərgər, Xoca Girmani, Cəlal
Təbib, Xoca İsmətulla Buxari (dastan janrı), Fərruxi, Nizami Aruzi
Səmərqəndi, Qətran ibn Mənsur Termizi, Rəşidəddin Vətvat, Muiniddin
Juvayni, Yəhya Kamal Nişapur, Şeyx Azəri, Sahib Bəlx, Simiy Nişapuri
və başqa mütəfəkkirlərin, şair və yazıçıların yaradıcılıqlarından söz açar-
kən bəhs etmişdir. Nəticədə XV əsrin ikinci yarısından keçən tarixdə və
təzkirə müəllifinin müasiri olan məşhur şair və ədiblərdən Sultan Hüseyn
38
Bayqara, Əbdürrəhman Cami, Əlişir Nəvai, Şeyx Əhməd Suhayli, Xoca
Əfzələddin, Mahmud Kirmani, Xoca Şihabuddin, Abdulla Marvorid və
Xoca Asəfi haqqında hekayətlər var. Əsər Özbəkistan və Təbrizin X-XV
əsrlərdəki tarixi məlumatlarla zəngin mədəni həyatının öyrənilməsində
mühüm mənbədir. Dövlətşah Səmərqəndinin haqqında bəhs etdiyimiz
əsərinin bəzi hissələri 1819-cu ildə Rusiyada (V.A.Jukovski və F.Erd-
man), Fransada (Silvestr de Sasi), İngiltərədə (E.Braun və A.Folkner),
Türkiyədə (1843, Fəhim Süleyman əfəndi), Almaniyada (Xammer) və
Hollandiyada tərcümə edilərək nəşr olunmuşdu.
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun nadir əlyazmalar
fondunda “Dövlətşah Səmərqəndi. “Təzkirət üş-şüəra” əsərinin əlyaz-
ması nüsxəsi M-73 şifrədə mühafizə edilir.
Təbəqələr şəklində sistemləşdirilən “Təzkirət üş-şüəra” da Azər-
baycan klassikləri haqqında maraqlı və qiymətli mənbələr vardır. Belə ki,
Azərbaycan klassiklərindən – XII-XV əsrlərdə Şirvanşahlar dövlətinin
ədəbi mühitinin, Şirvanda yaşayıb-yaratmış şairlərdən Əbul-üla Gəncəvi,
Fələki, Əfzələddin Xaqani, Fələki Şirvani, Mücirəddin Beyləqani, Seyid
Zülfüqar Şirvani, Nizami Gəncəvi, Əsirəddin Əmani, Marağalı Əhvədi,
İzzəddin Həsənoğlu, Hümam Təbrizi, Keçəçi Təbrizi, Mir Qasım Ənvar,
o cümlədən III Mənuçöhr və I İbrahim Şeyxşah (Şirvan şahları) haqqında
bioqrafik məlumatlar və qeydlər var [9, s. 21]. Bu haqda tədqiqatçı Könül
Nəhmətovanın “Məhəmmədəli Tərbiyətin “Danişməndani-Azərbaycan”
monoqrafiyasında geniş yazılmışdır. Dövlətşah Səmərqəndinin təzkirəsi
Azərbaycan ədəbiyyatşünaslığı üçün həm də ilk dəfə olaraq Həsənoğlu
haqqında xəbər verməsi baxımından mühüm mənbədir. Təzkirədə Həsən-
oğlunun İsfərainli (Əsfərainli) olması, farsca və türkcə şeirlər yazması,
əsərlərinin Azərbaycanda və Rumda məşhur olması haqqında bəhs edilir.
Türkiyə tədqiqatçısı Əhməd Atəşin qeydlərində də göstərildiyi kimi,
“Uzun illər Teymuri şahzadələrinin xidmətində və saraylarında yaşayıb
çalışdıqdan sonra, Əlişir Nəvainin yazdığına görə, öz istəyi ilə bunlardan
ayrılmış və Xorasandakı malikanəsinə çəkilərək guşənişin bir həyat
keçirmişdir”.
Əlişir Nəvainin “Məcalis ün-nəfais” təzkirəsinin “Xorasanın və
bəzi yerlərin mirzələri və digər azadələri” haqqında bəhs edən V Məclisi
Əmir Dövlətşahın təqdimi ilə açılır: “Əmir Dövlətşah Firuz Şah Biginin
əmisi oğlu Əmir Əlaəddövlə İsfərainin (Əsfərainlinin) oğludur. Firuz Şah
Biginin qüdrət və böyüklüyü hər kəsin yanında günəşdən daha parlaqdır,
tərifə ehtiyacı yoxdur. Əmir Əlaəddövlə mərifətli kişi idi. O, xoştəbiətli,
dərviş libaslı və çox istedadlı gəncdir. Görünüşcə əmirlik, ululuq və şux
39
geyimli olan ata və əcdadının yolundan vaz keçib bir köşəyə çəkilmiş,
kasıb və sadə həyat tərzi qənaəti ilə fəzilət və kamillik əldə etməklə ömür
keçirdi. Bu müxtəsərin (“Məcalis ün-nəfais” təzkirəsinin – A.Ü.) yazıl-
dığı sıra o da bir şairlər məcmuəsi yazmağa başlamışdır. Bu yaxında fani
aləmdən (bu dünyadan) köçdüyü xəbəri gəldi. Əgər doğrudursa, Allah
ona rəhmət eləsin” [11, s. 395-396].
Dövlətşah Səmərqəndi [27, s. 234-238] 60 ilə yaxın ömür yaşamış
və 1495-ci ildə vəfat etmişdir.
Bu tədqiqatın davamı Ə.Nəvainin “Məcalis ün-nəfais” təzkirəsi
haqqındadır.
Dostları ilə paylaş: |