Dərslik adu-nun vəsaiti ilə çap olunur. Bakı Mütərcim 2017 Elmi redaktor



Yüklə 3,62 Mb.
Pdf görüntüsü
səhifə28/177
tarix23.12.2022
ölçüsü3,62 Mb.
#97743
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   177
Adil Babayev

QƏDĠM ÇĠN DĠLÇĠLĠYĠ 
Dilçilik bir elm kimi hindlilərdə və yunanlarda 
yaransa da, dilçilik məsələləri ilə qədim Çində daha 
əvvəllər məĢğul olmuĢlar. Məlumdur ki, Çində ġərqin ən 
mədəni ölkələrindən biri kimi yazı, incəsənət və 
mədəniyyətin baĢqa sahələri ilə daha erkən 
maraqlanmıĢlar. Hələ y. e. ə. VIII əsrdə imperator 


Syuan-Vamn dövründə ilk yazı islahatı keçirilmiĢdi. O 
vaxt Çin alimləri heroqliflərdəki artıq xətləri ixtisar edib 
sadələĢdirmiĢ və standart Ģəklə salmıĢlar. Çin dilində 
yazı «daĢ və metal üçün iĢarə» mənasını indi də 
saxlamaqdadır. 
Qədim Çin yazısı uzun müddət iĢləndi. Yalnız 
bizim eranın I və II əsrlərində müasir Çin sistemli 
heroqliflər meydana gəldi. Bu, Çin yazısının son – əsaslı 
islahatı idi. Müasir Çin yazısı həmin heroqliflərə 
əsaslanır və üç yazı üslubuna malikdir: 
1)
nizamnamə yazısı (çjenĢu),
2)
yarımnizamnamə yazısı (sinĢu),
3)
fövri yazı (tsaoĢu). 
Yazı snsteminin belə amilləri baĢqa xalqlarda, o 
cümlədən ərəblərdə, romalılarda, slavyanlarda da 
olmuĢdur. Bu, əslində funksional üslubdur. 
Çin dilçiliyində əsl qrammatik tədqiqatlar 
heroqliflərin sistemləĢməsi və sabitləĢməsi dövrünə 
təsadüf edir. Çin
dilçiliyinin əsasını dörd əsər təĢkil edir: «Erya», 
«Faryan». «ġoven tszetszi» və «ġimin». 
Əslində «Erya» əsl qrammatika əsəri hesab edilə 
bilməz. Bıı yalnız qədim Çin dini kitabıdır. Bu kitab 
qədnn Çin falçılıq kitabları kimi dini mahiyyət kəsb edir. 
Ġlk dəfə bu əsəri Konfüsiya tədqiq etmiĢdir. 
Bizim eranın əvvəllərinə yaxın Yan Syun 
«Faryan» əsərini yazdı. «Erya»dan fərqli olaraq
«Faryan» xalq danıĢıq dilinin tədqiqinə həsr edilmiĢdir. 
Yan Syun sübut etmiĢdir ki, dil mətnlərlə yanaĢı xalq 
danıĢıq nitqi də həm leksik, həm də qrammatik cəhətdən 
tədqiq edilməyə layiqdir. Yan Syun dövrünün çox böyük 


alimi olmuĢdur. Yan Syunun bu əsərində Çin sözləri, 
onların etimologiyası haqqında da ətraflı məlumat 
vardır. Alim canlı Çin dilinin bütün sözlərini tədqiqata 
cəlb etdiyi üçün onu Çin dialektologiyasının banisi hesab 
etmək olar. 
Yan Syundan sonra Syu ġen leksik material 
üzərində ciddi tədqiqat aparır. O, «ġoven tszetszi» adlı 
əsərində heroqlıflər əsasında sözlərin yaranması və 
yazılması haqqında ətraflı məlumat verir. 9353 heroqlif 
əsasında 540 dil elementinin yaranmasını göstərir. 
Bu əsər qrammatika sənətinin inkiĢafında xüsusi 
mərhələ təĢkil edib, «Faryandan da bir addım irəli 
getmiĢdir. 
Çin dilçiliyinin qədim dövrünün dördüncü 
mükəmməl əsəri adların tədqiqinə həsr edilmiĢ 
«ġimin»-dir. Eramızın II əsrində yaĢamıĢ Lyu Si «Erya» 
prinsiplərinə əsaslansa da. ondan irəli getmiĢdir. Lyu Si 
sözün həqiqi (etimoloji) mənasını onun yazılması ilə 
deyil, deyilməsi ilə əlaqələndirirdi. Bu, əslində, düzgün 
prinsipdir. Çünki heroqliflərin xarici forması ilə sözün 
ilkin mənasını müəyyənləĢdirmək çətindir. Lyu Sinin bu 
metodu Çin dilçiliyinin sonrakı inkiĢafına güclü təsir 
göstərmiĢdir. Beləliklə, bir neçə əsr ərzində qədim Çin 
filologiyası formalaĢıb, özünəməxsus keyfiyyətlərini 
müəyyənləĢdirmiĢdi. 
Hind dilçiliyinin tarixi çox-çox qədimlərə gedib 
çıxır. Hələ 2500 ildən daha çox əvvəl müqəddəs Veda 
himnlərinin düzgün tələffüzü üçün hind kahinləri 
elmi-sabit məxrəc haqqında düĢünürdülər. Vedanqların – 
Veda himnlərinin səhv tələffüzü günah hesab edilirdi. 
Yeri gəlmiĢkən, vaxtilə Quran ayələrini də səhv 


oxumamaq üçün ərəb alimləri hərəkələrdən istifadə 
etmiĢdilər. 
Hind kahinləri özlərini tamamilə elmə həsr edərək 
dünyəvi iĢlərdən əl çəkir, bütün günlərini Vedanqlar 
üzərində keçirirdilər. Müasir dilçiliyə qədim hindlilərdən 
dörd Vedanq gəlib çatmıĢdır. Bunlardan birincisi ġikĢa 
adlanır ki, burada tələffüz qaydalarından və səslərin 
xarakterindən bəhs edilir. Vyakaranada adlanan ikinci 
Vedanq 
qrammatika 
məsələlərindən 
danıĢır. 
Vedanqların üçüncüsü Nirukta adlanır ki, burada sözlər 
onların sistemi və etimologiyası məsələləri Ģərh edilir. 
Dördüncü Vedanqın adı Çxandadır. Burada dilçilik 
məsələlərindən daha çox poetika məsələləri Ģərh edilir. 
Hind kahinləri də yunanlar kimi dilçilik problemləri ilə 
poetika məsələlərini qarıĢıq Ģəkildə götürürdülər. 
Vyakaranada üzərində ən çox çalıĢan məĢhur hind alimi 
Panini olmuĢdur. Onun Ģəxsiyyəti və yaradıçılığı 
haqqında dilçilikdə çoxlu, həm də ziddiyyətli fikirlər 
mövcuddur. Hətta dünya dilçiliyində paniniĢünaslıq 
xüsusi bir sahə təĢkil edir, hətta Panininin yaradıcılığının 
y. e. ə. Vll – II əsrlər arasında olduğunu da güman etmək 
olar. Amma daha geniĢ yayılmıĢ fikir bundan ibarətdir 
ki, Panini y. e. ə. IV əsrdə yaĢamıĢdır. Panininin yaratmıĢ 
olduğu linqvistik-filoloji traktat qədim dilçiliyin ən 
böyük elmi məxəzidir. Panini ezu tərəfindən «Səkkiz 
kitabə» adlandırılan monumental əsərində qeyd edir ki, 
mən özümdən əvvəlki fikirləri sistemləĢdirmiĢəm. Bu, o 
dövr alimləri üçün səciyyəvi idi. Çünki alimlər bəzən 
özlərini tanıtmamaq üçün, həm də elmin daha qədimlərə 
aid olduğunu göstərmək üçün belə edirdilər. Panini 
sanskritin də ilk tədqiqatçılarındandır. Qədim hind dili 


olan sanskritin normaları formalaĢıb sabitləĢdiyi vaxt 
Panini Veda ilə sanskriti müqayisə edib hind dilinin 
mükəmməl normativ
qrammatikasını yaratdı. Bu əsər 3996 tərifdən 
ibarətdir, Ģerlə yazılmıĢdır. O dövrün ənənəsinə görə 
elmi və bədii əsərlər, Ģerlə yazılmalı idi. Bu, bir tərəfdən 
əsərin əzbərlənməsıni, ikinci tərəfdən düzgün tələffüz 
edilməsini Ģərtləndirirdi. 
Hind alimləri yalnız yazısı, olan dilləri tədqiqat 
üçün qabil hesab edirdilər. Qədim Çin və Aralıq dənizi 
hövzəsi yazılarından fərqli olaraq, hind yazısı sait və 
samitləri baĢqa cür göstərirdi. Sait səslər bir xətdə, 
samitlər isə baĢqa xətdə; əsas xətdə samitlər, köməkçi 
xətlərdə isə saitlər göstərilirdi (ərəb hərəkələri kimi). 
Panininin qrammatikası həm fonetika, həm də 
morfologiya məsələlərini əhatə edir. Panini özündən 
sonra elə zəngin elmi irs qoymuĢdur ki, onun çoxlu 
Ģərhçiləri – təfsirçiləri olmuĢdur. Bunlardan ən məĢhuru 
y. e. ə. III əsrdə yaĢamıĢ Katyayana Vararuçini 
göstərmək olar. Vararuçi sanskrit üzərində tədqiqat 
aparsa da, Prakrit ilə də tanıĢ olmuĢdur. Dilçilikdə ilk 
dəfə Vararuçi sübut etmiĢdir ki, sonrakı hind dillərinin 
hamısı öz ilkin əsasını sanskritdən götürmüĢdür. Dilçilik 
tarixində fonetika ilə morfologiyanın sıx əlaqəsindən 
bəhs edən Vararuçi dilin səs sistemində gedən 
dəyiĢikliyin morfologiyaya olan təsirini tutarlı Ģəkildə 
göstərmiĢdir. Vararuçidən sonra hind dilçi-filosof alimi 
Bxartxarinin tədqiqatı da diqqətəlayiqdir. Y. e. ə. I əsrdə 
yaĢamıĢ Bxartxari «Vakyanadiya» adlanan əsərində 
cümlə və hökm məsələsinə toxunur. Bu əsərdə Bxartxari 
cümləni ünsiyyətin ən əsas vahidi hesab edir. Çünki o, 


ünsiyyət üçün fikri anlaĢmanı əsas götürürdü. 
Hind dilçiliyi çox sürətlə inkiĢaf edirdi. Hind 
alimləri morfologiya və leksikologiya sahəsində daha 
böyük uğurlar əldə etmiĢdilər. Belə ki, onlar 
morfologiyada dörd nitq hissəsi – ad, fel, en qoĢma vo 
hissəcik müəyyən etmiĢdilər. Onlar ad dedikdə isimləri – 
əĢya bildirən sözləri, fel deyəndə bütün zamanları əhatə 
edən hərəkət bildirən sözləri nəzərdə tuturdular, hətta 
isimlərin yeddi halını da göstərirdilər. Onlar isim 
hallarına ad vermir, nömrələyirdilər. 
Hind dilçiliyinin leksikoqrafıya təmayülü də güclü 
idi. Ġlk əvvəl hind dilçiləri Vedanqlardakı anlaĢılmayan 
sözləri siyahıya köçürür, Niqxantavas adlandırırdılar. 
Bizim eranın Vı
və ya VI əsrində yaĢamıĢ Amara sanskrit dilinin 
mükəmməl lüğətini hazırlamıĢdır ki, indi də həmin lüğət 
sanskritoloqların istifadə etdiyi ən mötəbər mənbədir. 
Görkəmli dilçi alim Vilhelm Tomsen qədim hind 
dilçiliyinə və özündən sonrakı dilçilik məktəblərinin 
inkiĢafına güclü təsirindən bəhs edərək yazırdı: 
«Hindlilərdə dilçiliyin qalxmıĢ olduğu yüksəklik 
müstəsna əhəmiyyətə malikdir. Avropada dilçilik hələ 
hindlilərdən nə qədər öyrənsələr də XIX əsrə qədər 
həmin yüksəkliyə qalxa bilməmiĢdin). 

Yüklə 3,62 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə