Payız Əfsanələri



Yüklə 23,28 Kb.
səhifə3/3
tarix11.12.2023
ölçüsü23,28 Kb.
#145322
1   2   3
Əsasnamə (1)

4. MÜNSİFLƏR HEYƏTİ:
Münsiflər heyəti yüksək ixtisaslı mütəxəssislərdən, Azərbaycanın əməkdar mədəniyyət və incəsənət xadimlərindən ibarətdir. Müsabiqənin təşkilat komitəsi münsiflər heyəti ilə əlaqəli deyil! Münsiflər heyəti mükafat verməmək, ayrı-ayrı yerləri öz istəyi ilə dublikat vermək hüququna malikdir! Münsiflər heyətinin qərarı qəti və müzakirə edilə bilməz!

5. MÜKAFATLANDIRMA:
İştirakçılara hər yaş kateqoriyasında hər nominasiyada İŞTİRAKÇI, FƏAL İŞTİRAKÇI, I, II, III dərəcəli DİPLOMANT, və I, II, III dərəcəli LAUREAT adları verilir. Münsiflər heyəti Qran Pri və ya digər titulları verməmək hüququna malikdir və onları təkrarlamaq da hüququ var.

6. MALİYYƏ ŞƏRTLƏRİ:
Hər bir müsabiqədə xeyriyyə təqaüdün məbləği mükafat və çap məhsullarının bazar qiymətləri nəzərə alınmaqla ayrıca müəyyən edilir. Ödənişlər;
Solo çıxışlar üçün 20 azn
Duet çıxışlar üçün bir iştirakçı 10 azn ümumilikdə 20 azn
Gruplar və ansambllar üçün bir iştirakçı 10 azn təşkil edir.

7. GİRİŞ/ XEYRİYYƏ TƏQAÜDLƏRİ
Hər bir müsabiqədə xeyriyyə təqaüdün məbləği mükafat və çap məhsullarının bazar qiymətləri nəzərə alınmaqla ayrıca müəyyən edilir. Ümumi məbləğ 10 azndir.

8. FOTO VƏ VİDEO ÇƏKİLİŞ
Foto və video çəkiliş hüququ təşkilatçılara məxsusdur. İştirakçılar, ərizəni göndərməklə, foto və video çəkiliş hüququ təşkilatçılara məxsus olduğu ilə razılaşırlar. Fərdi foto və video çəkiliş təşkilatçiların xüsusi icazəsi ilə aparıla bilər.

9. ƏLAVƏ MƏLUMAT:
Ərizə təqdim edərkən, yarışma iştirakçılarının müəllimləri / valideynləri avtomatik olaraq bu NİZAMNAMƏNİN bütün bəndləri ilə, həmçinin iştirakçının bütün yarış tədbirlərində iştirak edəcəyi barədə razılığı təsdiqləyirlər.
Təşkilat Komitəsi.
Təşkilat Komitəsi, münsiflər heyətinin üzvləri və yarışmanın digər iştirakçıları ilə əlaqədar daxili yarış qaydalarının kobud şəkildə pozulmasına, nizam-intizamın pozulmasına və qeyri-etik davranışa görə iştirakçını, yaradıcı heyətini, rəhbərini diskvalifikasiya etmək hüququna malikdir.
Yüklə 23,28 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə