Pedaqoji proses deyilir. Təhsil


• fəaliyyətdə motivasiyanın yaradılması



Yüklə 2,93 Mb.
səhifə2/3
tarix22.12.2022
ölçüsü2,93 Mb.
#97558
1   2   3
innovasiya Əliyeva Aytən

• fəaliyyətdə motivasiyanın yaradılması
Tərbiyəçi pedaqoji prosesdə həm subyekt, həm də obyekt kimi iştirak edir.
Pedaqoji prosesin sə­mə­rəli təşkili üçün aşağıdakı şərtlərin nəzərə alınması zəru­ri­dir.
1.Pedaqoji prosesin cəmiyyətin tələblərinə, uşaqların yaş və fərdi xüsusiyyət­lə­rinə, arzusuna, maraq və tələbat­larına əsasən təşkil edilməsi.
2.Tərbiyəçinin kommunikativ mədəniyyəti (uşaq­lar­la emosional kontakt qur­maq, öz emosiyalarını idarə etmək bacarığı, onların vəziyyətini başa düşmək və s.).
3.Tərbiyəçinin zəngin biliyə, öyrətmə qabiliyyətinə və əxlaqi-iradi keyfiyyət­ləri aşılama bacarığına və pedaqoji prosesin təşkili metodikasına yiyələnməsi;
4.Pedaqoji prosesin müvafiq proqrama və təlim-tərbiyə vasitələri ilə uşaq bağçasında müəyyən rejimə əsasən və əlverişli şəraitdə keçirilməsi.
Pedaqoji prosesin təşkilinin keyfiyyəti idarəetmə fəaliyyətindən asılıdır. Bu prosesdə aşağıdakı məsələlər nəzərə alınır:

-müəssisə rəhbəri, tərbiyəçi və uşaqların əmək­daşlığı, qarşılıqlı fəaliyyəti;


-yeni təlim metod və texnologiyalarının seçilməsi və tətbiqi;
-uşaqların bilik, bacarıq və vərdişlərlə silahlanması işinə nəzarətin müntəzəm həyata keçirilməsi.
1.Tərbiyəçinin fəaliyyəti üzərində inzibati-amirlik metodundan imtina edilməsi.
2. Bağça müdirinin tərbiyəçiyə təzyiqi, pedaqoji pro­se­sin təşkilində onun müstəqilliyinə, yaradıcılığına şərait yarat­maması.
3.Bağça müdirinin tərbiyəçinin fəaliyyətinə hu­manist mövqedən yanaşması.
4.Tərbiyəçinin təlim fəaliyyətinin hərtərəfli öyrənil­məsi və qabaqcıl iş təcrübəsi kimi pedaqoji şurada müza­kirə edilməsi.
5.Bağça müdirinin tabeliyində olan işçilərin qay­ğısına qalması, onların peşəkarlığınının yüksəldilməsi üçün tədbir­lərin həyata keçirməsi.
6.Bağça müdirinin valideynlərlə mütəşəkkil iş apar­ması.
Tərbiyəçinin fəaliyyətinə nəzarət edən, onu qiymətləndirən bağça müdiri bu prosesi demokratik və humanist prinsiplər əsasında həyata keçirməlidir. Bunun üçün aşağıda göstərilən məsələlərin nəzərə alınması vacibdir.
Məktəbəqədər təhsil müəs­sisəsi­nin müdiri pedaqoji prosesdə yuxarıda göstərilən ­mə­sələlə­rə başlıca prinsip kimi əməl edərək aşağıdakı kom­petensiyara yiyələnir.
1.İxtisas hazırlığı.
2.Təşkilatçılıq bacarığı.
3.Kommunikativ qabiliyyətlər.
1) təlim-tərbiyədə məqsəd və məzmunun eyni olması, qanunauyğunluqlara malik olması ilə;
2) təlim-tərbiyənin prinsiplərində, metodlarında, təşkili formalarında ümumiliyin olması ilə. Bu ümumilik həmin proseslərin məqsəd və məzmun cəhətdən qovuşma­­sına, pedaqoji prosesin təşkilinə imkan verir.
Pedaqoji proses müxtəlif cəhət­dən təmin olunur:

Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə