Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ


IV Mövzu: Arif Ərdəbili və Əssar Təbrizinin həyatı və



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə19/68
tarix28.11.2023
ölçüsü0,94 Mb.
#136315
1   ...   15   16   17   18   19   20   21   22   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

IV Mövzu: Arif Ərdəbili və Əssar Təbrizinin həyatı və 
yaradıcılığı. 
Həyat və yaradıcılığı ilə bağlı orta əsrə aid məxəz və 
mənbələrdə heç bir məlumatın olmaması. “Fərhadnamə” poeması 
şairin həyatı haqqında məlumat verən yeganə mənbə kimi. Nəsli, 
atası, ailəsi. Şirvanşah Kavus ibn Keyqubadın (1346-1372) 


27 
hakimiyyəti zamanı saraya dəvət olunması. Şairin saray həyatı. 
Ərdəbilə qayıtması. Öz doğma şəhərinə münasibəti. Vəfat etdiyi 
yer və tarix barədə məlumatların yoxluğu. 
“Fərhadnamə” (1369) A.Ərdəbilinin yaradıcılıq irsindən 
bizə gəlib çatan yeganə əsər kimi. A.Ərdəbili Nizami 
ənənələrinin davamçısı kimi. Arifin Nizamiyə iradları və onun 
səbəbləri. A.Ərdəbili yaradıcılığında bədii metod. Realist təsvir 
üsuluna meylin qüvvətli olması. 
Poemanın iki hissədən ibarət olması. Bədii strukturu. 
Məzmunu, ideyası. Süjetin dinamikliyi və xarakterlərin 
zənginliyi. Əsas obrazların təhlili. 
Mövzunun mənşəyi. Əsərdə tarixi həqiqətlə bədii həqiqətin 
vəhdəti. Arifin istifadə etdiyi mənbələr. 
Nizaminin “Xosrov və Şirin” poeması ilə “Fərhadnamə”nin 
fərqli və oxşar cəhətləri. “Xosrov və Şirin” (yaxud “Fərhad və 
Şirin”) Şərq ədəbiyyatında geniş yayılmış ənənəvi mövzu kimi. 
“Fərhadnamə” poemasının ədəbiyyatımız tarixində əhəmiyyəti. 
A.Ərdəbili və onun “Fərhadnamə” əsərinin tədqiqi.
Əssar Təbrizi. 
Mövlana Şəmsəddin Hacı Məhəmməd ibn 
Əhməd Əssar Təbrizinin həyatı. 
Ə.Təbrizinin əsərləri: “Mehr və Müştəri” poeması, 
“Saqinamə” məsnəvisi, “Əlvafi fi tedadül-qəvafi” adlı nəzəriyyə-
yə dair əsəri və s. Şeirlər divanının gəlib bizə çatmaması. 
“Saqinamə” bədii-fəlsəfi düşüncənin maraqlı nümunəsi kimi. 
Əsərin həcmi. Məsnəvidə şairin toxunduğu məsələlər, həyat və 
zaman haqqında düşüncələri. 
“Mehr və Müştəri” (1376) epik sənətin kamil nümunəsi 
kimi. Poemanın vəzni, həcmi və yazılma səbəbi. 
İki dostun sevgisindən bəhs etməsi. Poemanın mövzusu və 
ideya-məzmun xüsusiyyətləri. Süjeti və kompozisiyası. Süjetin 
gərginliyi, dinamikliyi və çevikliyi. Hadisələrin bolluğu və 
cazibədarlığı. Obrazlar aləmi. Şərin məhvə məhkumluğu, xeyirin 
qələbəsi ideyası. 


28 
Poemada təsəvvüf görüşləri. Əsas ideyanın sufi görüşlərlə – 
“vəhdəti-vücud” fəlsəfəsi ilə bağlılığı. Əsərdə şairin astronomik 
görüşləri. Süjet və hadisələrin, əsərdəki obrazların orta əsrlərin 
astronomik sistemlə bağlı təsəvvürlərinə uyğun qurulması. 
Mövzunun folklorla, xüsusilə “Mehr və Mah” dastanı ilə 
bağlılığı. Şərq ədəbiyyatında “Mehr və Müştəri”yə yazılan 
nəzirələr. Poemanın Azərbaycan dilinə tərcümə və nəşri (1988). 
Ə. Təbrizi Avropa və Azərbaycan ədəbiyyatşünaslığında.

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə