Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə21/68
tarix28.11.2023
ölçüsü0,94 Mb.
#136315
1   ...   17   18   19   20   21   22   23   24   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

İmadəddin Nəsimi
(1369-1417). Seyid Əli ibn Seyid 
Məhəmməd İmadəddin Nəsimi. Nəsiminin həyatı. Doğulduğu yer
və illə bağlı mübahisələr. Gəncliyində sufiliyə meyl etməsi. 
Azərbaycan, fars və ərəb dillərini dərindən bilməsi. Antik yunan 
qədim Şərq fəlsəfəsini, həmçinin Quranı və müxtəlif dinləri 
yaxşı mənimsəməsi. F. Nəimi ilə tanışlığı. Nəsiminin F. Nəiminin 
müridi kimi hürufilik ideyalarını yayması. Nəiminin edamından 
sonra Türkiyəyə getməsi. Osmanlı dövlətində Nəsimiyə 
münasibət. Gəzdiyi yerlər. Hələb şəhərinə gəlməsi. Burada Sultan 


30 
Müəyyədin əmri ilə edam olunması. Öldürülməsinin səbəbləri. 
Bununla bağlı tarixi məlumat və rəvayətlər. Nəsiminin qəbri. 
Nəsimi nəslindən olanların indi də Hələbdə yaşaması. Orta əsr 
mənbələri Nəsimi haqqında. 
Y a r a d ı c ı l ı ğ ı. Nəsiminin lirik şeirlər ustadı olması. 
Üç dildə – Azərbaycan, fars və ərəb dillərində şeirlər yazması. İki 
dildə – Azərbaycan və fars dillərində divanlarının gəlib bizə 
çatması. İstifadə etdiyi janrlar. Nəsimi fəlsəfi poeziyanın 
görkəmli nümayəndəsi kimi. Yaradıcılığının birinci və ikinci 
dövrləri və bu dövrləri fərqləndirən səciyyəvi xüsusiyyətlər. 
Şeirlərinin mövzu dairəsi: sufiyanə şeirləri, hürufilik görüşləri ilə 
bağlı şeirləri, dünyəvi motivli şeirləri, ictimai-fəlsəfi şeirləri, sırf 
ictimai məzmunlu şeirləri və s. Nəsiminin məhəbbət lirikası. İlahi 
və dünyəvi eşqin tərənnümü. Yaradıcılığından nümunələrin 
təhlili. Nəsimi hürufilik ideyalarının və baxışlarının coşqun 
təbliğatçısı kimi. 
Sənətkarın şeirlərində rəmzi anlayışlar, simvolik işarələr və 
hürufi istilahları. “Bəhrül-əsrar” (“Sirlər dəryası”) qəsidəsi. 
Nəsimi poeziyasında insan obrazı və onun özünüdərki problemi. 
Maddi həyatın ötəriliyi. Şairin xalq ədəbiyyatının zəngin 
qaynaqlarından məharətlə bəhrələnməsi. Nəsimi şeirlərinin 
sənətkarlıq xüsusiyyətləri. Bədii-fəlsəfi fikrimizin inkişaf 
tarixində və Azərbaycan ədəbi-bədii dilinin yüksəlişində 
Nəsiminin rolu və mövqeyi. Azərbaycan, həmçinin Yaxın və Orta 
Şərq ədəbiyyatına Nəsiminin təsiri. Azərbaycan ədəbiyyatında 
Nəsimi ənənələri. Nəsimi irsinin öyrənilməsi, tədqiqi və nəşri 
sahəsində görülən işlər. 

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə