Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə18/68
tarix28.11.2023
ölçüsü0,94 Mb.
#136315
1   ...   14   15   16   17   18   19   20   21   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

III 
Mövzu:
Azərbaycan 
ədəbiyyatında 
sufizm. 
M.Şəbüstəri, M.Əvhədinin həyatı və yaradıcılığı. 
Sufizmin 
tarixinə və mahiyyətinə dair. Sufizmin təşəkkülü və onu 
şərtləndirən amillər. Sufizm islam hadisəsi kimi. Onun başqa din 
və təlimlərlə (iudaizm, xristianlıq, asketizm, hind fəlsəfəsi, 
neoplatonizm və s.) bağlı cəhətləri, Zünnun əl-Misri, əl-
Mühasibi, Cüneyd Bağdadi, Həllac Mənsur, əl-Bistami, İmam 
Qəzali, Şəhabəddin Sührəverdi, ibn əl-Ərəbi, Cəlaləddin Rumi və 
s. kimi şəxsiyyətlərin sufizmin bir dini-fəlsəfi baxışlar sistemi 
kimi formalaşmasında və onun müəyyən təlimlərinin 
yaranmasında rolu. 
Təsəvvüf görüşlərinin bədii ədəbiyyatda əksi və onun 
səbəbləri. XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatında təsəvvüf 
görüşlərinin güclü şəkildə təzahürü. XVII əsrdən nisbətən 
zəifləməsi. XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatında Zülfüqar 
Şirvani, Şəms Təbrizi, Hümam Təbrizi, İzzəddin Həsənoğlu, 
Mahmud Şəbüstəri, Marağalı Əvhədi, Əssar Təbrizi və s. kimi 
sənətkarların yaradıcılığında sufizm ideyalarının bu və ya digər 
dərəcədə əks olunması. 
Mahmud Şəbüstəri
(1287-1320). Sədəddin Mahmud ibn 
Əbdülkərim ibn Yəhya Şəbüstərinin həyat və yaradıcılığı. 
Şəbüstər qəsəbəsində doğulması. Mükəmməl təhsil görməsi. 
Dövrün ən görkəmli elm və fəzilət sahiblərindən biri kimi şöhrət 
və nüfuz qazanması. Bir sıra ölkələrə səyahəti. Qısa ömür 
yaşaması. Şəbüstərdə vəfatı və dəfni. Qəbri.


26 
Mənzum “Gülşəni-raz” (1317) məsnəvisinin müəllifə daha 
çox şöhrət gətirməsi. “Gülşəni-raz” sufi-panteist ideyaların kamil 
bədii-poetik ifadəsi kimi. Əsərin təhlili. Bir sıra sufi islahatların, 
təsəvvüflə bağlı anlayış və terminlərin izahı. “Gülşəni-raz”a bir 
sıra şərhlər yazılması. Onun bədii-fəlsəfi fikir tariximizdə yeri. 
Əsərin nəşri tarixi. M.Şəbüstəri irsinin tədqiqi. 
M.Şəbüstəri yaradıcılığının özündən sonrakı bədii-fəlsəfi 
irsə təsiri. 
Marağalı Əvhədi
(1274-1338) Şeyx Safi ibn Hüseyn 
Əvhədəddin (Əvhədi) Marağayinin həyat və yaradıcılığı. 
Doğulduğu yer. Təhsili və ilk təxəllüsü. Səyahətə çıxıb müxtəlif 
yerləri gəzməsi. Uzun müddət İsfahanda yaşaması. Öz əsərlərində 
şairin həyatına dair tərcümeyi-hal faktları. Marağada vəfatı və 
qəbri. 
Əvhədinin əsərləri: şeirlər divanı, “Dəhnamə” (“Məntiq-ül 
üşşaq” – 1307) və “Cami-cəm” (1333) poemaları. Əsərlərini fars 
dilində yazması. Lirik şeirlərinin mövzu dairəsi. Dünyəvi motivli 
şeirləri. Məhəbbət lirikası. Sufi-panteist və dini-fəlsəfi mövzulu 
şeirləri. M.Əvhədinin sələfləri və xələfləri. 
“Dəhnamə” poeması. Poemanın mövzu və ideyası. Aşiq və 
məşuq obrazları. Eyni mövzuda yazılan başqa “Dəhnamə”lər. 
“Cami-cəm” poemasının Əvhədiyə daha çox şöhrət 
gətirməsi. Əsərin Sənai Qəznəvinin “Hədiqə”sinə nəzirə kimi 
yazılması. Poemanın vəzni, həcmi, mövzu və ideyası. Fəsilləri. 
İ
nsanın maddi və mənəvi yaşayış qaydaları haqqında sənətkarın 
qənaətləri. “Cami-cəm” təsəvvüf görüşlərinin mükəmməl bədii-
poetik nümunəsi kimi. Əsərin Azərbaycan dilinə tərcümə və nəşri 
(1970). 
M.Əvhədi irsinin tədqiqi və nəşri. 

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə