Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ


VIII Mövzu: Süleyman Sani Axundov və Üzeyir bəy



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə51/68
tarix28.11.2023
ölçüsü0,94 Mb.
#136315
1   ...   47   48   49   50   51   52   53   54   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

VIII Mövzu:
Süleyman Sani Axundov və Üzeyir bəy 
Hacıbəylinin həyatı və yaradıcılığı. 
Süleyman Sani Axumdov. 
Həyatı- maarifçi, pedaqoq-
müəllim kimi fəaliyyətinin əsas məqamları.
 
Yaradıcılığı. 
Dramaturgiyası. “Tamahkar” komediyasında M.F.Axundovun 
dramaturji ənənələrinin davamı. Komediyanın mövzusu. Hacı 
Murad obrazı ilə Hacı Qara (M.F.Axundov) obrazlarını tipoloji 
cəhətdən yaxınlaşdıran və ayıran cəhətlər. “Hacı Murad”da 
müəllifin İnsanın xislətinə bədii nüfuz cəhdi. Hacı Murad, 
Məhərrəm bəy obrazlarında pula, dünya malına ehtiraslı 
münasibətin mənasızlığının bədii ifadəsi.
 
Əsərdə azad sevgi uğrunda mübarizə xətti. Şərəf, İmran, 
Gülgəz obrazlarında bədiiləşən mənəvi-əxlaqi zənginliyin pul
dünya malı ehtirasına qarşı qoyulması. Komediyada İnsanın 
mənəvi azadlığı ideyasına verilən maarifçi bədii həll. 
“Dibdat bəy” və “Türk birliyi” əsərləri kiçik həcmli 
maarifçi-satirik komediyalar kimi.
Bədii nəsri. S.S.Axundovun yaradıcılığı bədii təkamül 
mərhələsində. “Yuxu”, “Qonaqlıq”, “Kövkəbi-hürriyyət” sim-
volik üslubda yazılmış hekayələr kimi. Hekayələrin lirik-
romantik pafosu. “Yuxu” hekayəsində elmə, maarifə çağırış. 
“Qonaqlıq” və “Kövkəbi-hürriyyət”də ictimai-siyasi mövzuların 
simvolik ifadəsi. Sonuncu hekayədə “kövkəbi-hürriyyət”, “qara 
bulud” və s. kimi rəmzi obrazlar. Müəllifin şərti-metaforik 
düşüncə tərzinə meyli.
“Qorxulu nağıllar” silsiləsi S.S.Axundov yaradıcılığının 
zirvəsi, inqilabdan qabaqkı uşaq nəsrinin klassik nümunələri 
kimi. Silsiləyə daxil olan əsərlər. Hekayələrdə gerçək həyat 
lövhələrinin təsviri. Süjetlərin maarifçi-əxlaqi tendensiyaya tabe 
tutulması. Hər hekayədə müəyyən bir əxlaqi ideyanın bədii 
təcəssümü.
Hekayələrdə Xeyirlə Şərin mübarizəsi ilə əyanişələn 
konfliktlər. Xeyirin qələbəsinə inam pafosu. 


81 
Nağılçı-təhkiyəçi obrazı. Silsilədə bədii cəhətdən 
mükəmməl işlənmiş uşaq obrazlarının zəngin qalereyası. 
Hekayələrdəki xeyirxah qoca surətləri. Nağıl təhkiyəsi ilə realist 
təsvirin sintezindən yaranan sənətkarlıq xüsusiyyətləri. 
S.S.Axundovun sovet dövrü yaradıcılığı haqqında ümumi 
məlumat. 

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə