Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ


IV Mövzu: Əbdürrəhim bəy Haqverdiyevin həyatı və



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə48/68
tarix28.11.2023
ölçüsü0,94 Mb.
#136315
1   ...   44   45   46   47   48   49   50   51   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

IV Mövzu:
Əbdürrəhim bəy Haqverdiyevin həyatı və 
maarifçi realist yaradıcılığı. 
Həyatı. Bədii yaradıcılığı. 
Yaradıcılığının əsas mərhələləri. Birinci mərhələyə daxil olan 
əsərləri. Yaradıcılığının birinci mərhələsində Ə.Haqverdiyev 
maarifçi-realist sənətkar kimi. Dini inanc maarifçi dünyagörü-
şünün tərkib hissəsi kimi. “Quranla silahlanan” (Y.Qarayev) 
maarifçi dünyagörüşünün Ə. Haqverdiyevin dram estetikasına 
təsiri. “Yeyərsən qaz ətini...” pyesində süjetin inkişafında 
hədislərə 
istinad. Əsərdə məişət problemlərinin təsviri, 
ikiarvadlılığın tənqidi. Pulun mənəviyyata təsiri, Hacı Mehdinin 
xarakteri və taleyində izlənən maarifçi ideya. Ələsgər “müəllif 
ideyasının ifadəçisi” (M.Məmmədov) kimi. Dramaturgiya 
tariximizdəki bir sıra obrazlarla (Axundovun, N.Vəzirovun 
yaradıcılığında) onun tipoloji yaxınlığı. 
 
Əsərin atalar sözündə ifadə olunan ideyaya tabe tutulan 
ikiplanlı süjet xətti. Dramatik münaqişənin zəifliyi. 
Ə.Haqverdiyevin yaradıcılığında faciə əsas ədəbi janr 
kimi. “Dağılan tifaq” ədəbiyyatımızda faciə janrının ilk 
mükəmməl nümunələrindən biri kimi. Əsərdə mülkədar həyatının 
təsviri. “Dağılan tifaq”ın real həyati müşahidələrdən doğan süjet 


76 
xətti və konflikti. Nəcəf bəy özünəməxsus həyat fəlsəfəsi olan 
mülkədar obrazı kimi. Əsərdə mülkədar həyatına tənqidi 
münasibətin maarifçi səciyyəsi. Nəcəf bəyin maddi və mənəvi 
iflasının müəllif yozumu. Nəcəf bəyin tifaqının dağılmasında 
Allaha sayğısız münasibətinin rolu. Süjetə verilən bədii həlldə 
dini dünyagörüşündən çıxışın aparıcılığı. Mülkədarlığın ölümə 
məhkumluğuna dair ədəbiyyatşünaslıq yozumlarının əsassızlığı. 
Əsərdə patriarxallığın sonunu və burjualaşma prosesini əks 
etdirən obrazlar. “Dağılan tifaq” feodal-iqtisadi münasibətlərin-
dən burjua iqtisadi münasibətlərinə keçidin ifadəsi kimi. Nəcəf 
bəy obrazının fəci məzmunu. Məşədi Cəfər və Cavad obrazla-
rında “yaranmaqda olan yeni ictimai münasibətlər”in (M.Məm-
mədov) ifadəsi. Əsərdə Sona obrazı və qadın hüquqsuzluğu 
problemi.
“Dağılan tifaq”ın süjet və kompozisiya xüsusiyyətləri. 
“Bəxtsiz cavan” faciəsində mülkədar həyatı mövzusunun 
davamı. “Bəxtsiz cavan”da tarixiliyin həqiqətləri. Əsərdə 
burjualaşma prosesinin təsviri və bu prosesin milli əxlaqa təsiri 
məsələsi. Mülkədar-kəndli münasibətlərinə maarifçi baxış. Hacı 
Səməd ağa obrazındakı tipikliyin səciyyəsi. Müəllifin bu obraza 
ictimai-satirik münasibəti. Mülkədar obrazı kimi Nəcəf bəylə 
Hacı Səməd ağanı fərqləndirən tipoloji keyfiyyətlər. Fərhad 
maarifçi-ziyalı obrazı kimi. Onu “müəllif ideyalarının ruporu” 
kimi təqdim edən ədəbiyyatşünaslıq görüşlərinin əsassızlığı. 
Fərhadın dünyagörüşündəki demokratizm. Fərhad “russoçu” 
qəhrəman kimi. Dramaturgiyamızdakı ziyalı obrazları silsiləsində 
Fərhadın yeri.
Əsərdə dramatik münaqişənin tərəfləri və sosial 
məzmunu.
“Ağa Məhəmməd Şah Qacar” tarixi faciə janrının 
nümunəsi kimi. Əsərin mövzusu. Faciənin süjet xəttini təşkil edən 
tarixi hadisələr. Ağa Məhəmməd Şah Qacar mürəkkəb və 
ziddiyyətli tarixi şəxsiyyətin bədii obrazı kimi. Əsərdə 


77 
hakimiyyət ehtirası və vətənin taleyi problemi. Faciədə İran-
Azərbaycan münasibətlərinin bədii əksi. 
Ə.Haqverdiyevin ilk nəsr əsərləri. “Ata və oğul”, “Ayın 
şahidliyi” maarifçi nəsr nümunələri kimi. Hər iki əsərdə 
Haqverdijevin dini baxışlarının əksi. Din xadiminin obrazının 
müsbət planda təqdimi. Ata- Hacı Xəlil və oğul- Əkbər obraz-
larında əks olunan estetik qayə. 
“Ayın şahidliyi” lirik-dramatik hekayə kimi. Əsərin 
Allahın nahaq qanı yerdə qoymayacağına müəllif inamı ilə 
hərəkətə gələn süjet xətti və ideyası. 

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə