Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ


XII Mövzu: C. Məmmədquluzadənin dramaturgiyası



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə56/68
tarix28.11.2023
ölçüsü0,94 Mb.
#136315
1   ...   52   53   54   55   56   57   58   59   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

XII Mövzu:
C. Məmmədquluzadənin dramaturgiyası.
“Çay dəstgahı”- ilk qələm təcrübəsi, alleqorik mənzum dram 
kimi. “Kişmiş oyunu” məzhəkəsi. 
“Ölülər” C.Məmmədquluzadənin dramaturgiya sahə-
sindəki axtarışlarının zirvəsi kimi. Əsərdə sosial mühitin mənəvi 
eybəcərliyinə yönələn gülüşün ifşaedici xarakteri. Əsərin maarifçi 
ideyası. Əsərdə maarifçi idealın İslam dünyagörüşü ilə bağlılığı: 
“Ölülər”in poetikası və İslam- birləşən mövqelər. Komediyanın 
süjet xəttinin əsasında dayanan hadisə. Şeyx Nəsrullah obrazının 
sosial məzmunu. “Ölülər” mühitini təmsil edən obrazlar. 
“Ölülər”dəki gülüşün tragikomik xarakteri. “Ölülər” əsərində 
möminliyin, nadanlığın və cəhalətin mahiyyətinə nüfuz. 
“Ölülər”in mömin olduqları üçün yox, mömin olmadıqları üçün 
tənqidinin maarifçi estetik “yük”ü. “Ölülər”də həqiqi möminin 
obrazı. İsgəndər obrazının ideya-estetik “yük”ü. İsgəndərin tək 
olmadığını sübut edən mətn faktı və onun estetik ifadəsi. 
İsgəndərin əlindəki “şərab butulkası”nın ədəbiyyatşünaslığımız-
dakı yozumları. Komediyanın səhnə taleyi. Ədəbi tənqiddə əsərə 
verilən qiymətlər. 
“Anamın kitabı”nda milli birlik uğrunda mübarizə 
ideyası. Əsərdə azərbaycançılıq ideologiyasının şərti- metaforik 
təcəssümü. Zəhrabəyim böyük hərfli Vətənin obrazı kimi. 
Rüstəm bəy, Mirzə Məhəmmədəli, Səməd Vahid obrazlarında 
milli idealsızlığın tənqid hədəfi kimi seçilməsi. İctimai şüurda 
özünə yer edən yad təsirlərin qardaşların əməl və düşüncə-
lərindəki əksi. Gülbaharın milli birlik, bütövlüyə köklənən 
xarakteri və qardaşlarının kitablarını yandırmasının daşıdığı 
estetik “yük”. Əsərdə ananın qoynundan çıxardığı “Kitab”ın 
simvolikası. 
“Kamança” pyesində Azərbaycan-erməni münasibətləri
“Lal” səhnəciyində vətəndaşlıq borcu problemlərinin estetik 
mənalandırılması. 


87 
C.Məmmədquluzadənin 
publisistikası. 
Publisistik 
yaradıcılığının mərhələləri. “Molla Nəsrəddin” jurnalında çap 
etdirdiyi felyetonların problematikası, mövzu və məzmun dairəsi. 
Sovet dövrü yaradıcılığı haqqında ümumi məlumat. 

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə