Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə28/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   24   25   26   27   28   29   30   31   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
63 
 
Kontaktlar və risk qrupları arasında aparılan profilaktikanın monitorinqi  
Risk  qruplarına  pozitiv  xəstələrlə  kontaktda  olmuş,  müxtəlif  xroniki  xəstəliklərə  düçar 
olmuş (ağciyərlərin və ürək-damar sisteminin xəstəlikləri, şəkərli diabet  və digər endokrin 
xəstəliklər),  İİV-ə  yoluxmuş  şəxslər,  habelə  venadaxili  narkotik  istehlakçıları  və  s.  aiddir. 
Pozitiv vərəm halı ilə epidemioloji kontaktda olmuş şəxslər iki il ərzində hər altı aydan bir 
Xpert TB/RIF vasitəsilə yoxlanılırlar. 
Vərəmli xəstələrin müalicəsinin monitorinqi  
Təlimatın 5-ci Fəsilində qeyd edilir. 
İnfeksiyaya nəzarətin monitorinqi 
Infeksiyaya nəzarət tədbirlərin monitorinqi üç istiqamətdə aparılır: 
a.
 
İnfeksiyaya inzibati nəzarət tədbirlərinin monitorinqi;  
b.
 
Ətraf mühitin qorunması tədbirlərinin monitorinqi; 
c.
 
Heyətin fərdi qoruyucu tədbirlərinin monitorinqi. 
 
İnfeksiyaya  inzibati  nəzarət  tədbirlərinin  monitorinqi  SN-nin  və  ÜST-ün  tövsiyələrinə 
əsasən  yenilənmiş  normativ  aktların  olmasının,  infeksiyaya  nəzarət  qaydalarına  riayət 
edilməsinin zəruriliyi və müəssisə rəhbərliyinin işçi heyəti fərdi qoruyucu vasitələrlə təmin 
etmək  öhdəlikləri  barədə  əməkdaşlara  verilən  məlumat  vərəqlərinin  mövcudluğunun 
yoxlanmasını  ehtiva  edir.  İnfeksiyaya  inzibati  nəzarət  tədbirlərinin  monitorinqi  üçün 
xəstələrin şöbələr üzrə köçürülmələri və yerləşdirilməsi yoxlanılır.   
Bu baxımdan xəstələrin: 

 
Yoluxuculuq statusuna, və  

 
Dərmanlara davamlılıq göstəricilərinə görə bölüşdürülməsi başlıca məsələdir. 
Xəstələrin  yuxarıda  qeyd  edilən  xüsusiyyətlərə  görə  ayrı-ayrılıqda  saxlanmasının 
monitorinqi  tibbi  sənədlərin,  arayışların  və  laboratoriya  qeydlərinin  qiymətləndirilməsi 
əsasında həyata keçirilir. 
Ətraf mühitin qorunması tədbirlərinin monitorinqi çərçivəsində şöbələrə keçidin tambur 
sistemi,  ultrabənövşəyi  süalandırıcıların,  hava  mübadiləsi  sistemində  HEPA-filtrlərinin, 
palatalarda mənfi təzyiqin olması və s. yoxlanılır. Ölçmələrin nəticələri “Infeksiyaya nəzarət 
protokolu”nda qeyd edilmiş  standartlarla müqayisə  edilir. Palatalara, dəhlizlərə  və binalara 
fiziki baxış infeksiyaya nəzarətə cavabdeh şəxsin iştirakı ilə keçirilir.  
Heyətin  fərdi  qoruyucu  tədbirlərinin  monitorinqi  işi  hər  müəssisədəki  risk  dərəcəsi 
barədə  onların  məlumatlı  olmasının,  xüsusi  nazik-lifli  maskalarla  və  respiratorlarla  təmin 
edilməsinin və bu vasitələrdən istifadənin yoxlanmasını ehtiva edir.  
Bütün qeyd edilən tədbirlər rübdə ən azı bir dəfə olmaqla həyata keçirilir. 
Laboratoriya xidmətin monitorinqi  
Laborator xidmətin monitorinqi aşağıda qeyd edilənləri ehtiva edir: 
a.
 
Bəlğəm  yaxmasının mikroskopiyasını və Xpert TB/RIF edən periferik laboratoriyaların 
fəaliyyətlərinin monitorinqi; 
b.
 
Əkmə müayinəsini aparan laboratoriyaların fəaliyyətlərinin monitorinqi;  
c.
 
DHT edən laboratoriyaların fəaliyyətlərinin monitorinqi;  
d.
 
Laboratoriyalar  arasında  qarşılıqlı  əlaqənin,  eləcə  də  laboratoriya  və  müalicə  şöbələri 
arasında məlumat mübadiləsinin monitorinqi. 
Laborator  xidmətin  monitorinqi  ƏN  TBİ-nin  əlaqələndirici  qurumun  vərəmin  laborator 
diaqnostikası  üzrə  aparıcı  mütəxəssisi  tərəfindən  rübdə  bir  dəfə  olmaqla,  habelə  Milli  və 
Supra-milli İstinad Laboratoriyalarının nümayəndələri tərəfindən həyata keçirilir.  
 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
64 
 
Səhiyyə maarifçiliyi işinin monitorinqi 
ƏN  TBİ-nin  əlaqələndirici  qurumun  tibbi  heyətin  peşə  hazırlığının  artırılması  və 
sanitariya-maarifi  işi  üzrə  məsul  şəxsi  tərəfindən  TSH-lərdə  və  müalicə  müəssisələrində 
səhiyyə maarifçiliyi fəaliyyətlərin və təlimlərin monitorinqi aparılır. 
Dərmanların idarə edilməsinin monitorinqi 
 
Monitorinq zamanı dərman preparatlarının qeydiyyatına, istifadəsinə, hesabatına, saxlanma 
qaydalarına  nəzarət  edilir.  Dərmanların  qediyyat  jurnalına  baxış  zamanı  mədaxil  olunan 
dərmanların  qeydiyyatının  jurnala  salınmasına,  məxaric  və  qalıqların  qeyd  olunmasına 
diqqət  yetirilir.  Dərman  preparatlarının  faktiki  qalığı  jurnal  qalığı  ilə  üst-üstə  düşməlidir. 
Monitorinq zamanı, habelə dərmanların saxlanma şəraitinə, temperatur və rütubət rejiminə 
baxılır. 
Eləcədə,  aptek  anbarının  sənədləri,  dərman  maddələrinin  qəbulu  və  şöbələrə  verilməsi 
jurnallarındakı  qeydlər  müqayisə  edilir.  Qeyd  edilən  tədbirlər  rübdə  bir  dəfədən  az 
olmamaqla aparılır.  
Dərmanların keyfiyyətinə xarici nəzarət SN-nin müvafiq standart əməliyyatlar proseduruna 
uyğun olaraq aparılır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
65 
 
Əlavələr 
Əlavə 1: Tibb heyətinin vərəmə görə öhdəlikləri və standart əməliyyatlar proseduru 
CM-lərin və İT-lərin TSH-lərinin heyətinin öhdəlikləri 

 
Məhbus  müəssisəyə  daxil  olduqdan  sonra  ilk  üç  gün  ərzində  vərəmə  görə 
skrininq keçirmək. 

 
Bütün  müəyyən  edilmiş  simptomları  və  əlamətləri  məhbusun  tibb  kitabçasında 
və xüsusi sorğu anket vərəqəsində qeyd etmək.  

 
Xüsusi kitabda vərəm ehtimal edilən şəxslərin qeydiyyatını aparmaq. 

 
Vərəm ehtimal edilən məhbusu digər məhbuslardan ayırmaq.  

 
Vərəm  ehtimal  edilən  şəxsdən  bəlğəm  toplamaq  və  nümunəni  laboratoriyaya 
göndərmək.  

 
Əldə  edilmiş  skrininq  nəticələrinə  əsasən  və  klinik  vəziyyətinə  görə  zəruri 
hallarda məhbusu İMM-yə göndərmək. 

 
İMM-dən müalicədən sonra qayıtmış bütün məhbusları vərəmə görə hər 6 aydan 
bir  dəfə  müayinə  etmək,  onların  bəlğəmini  toplamaq  və  laboratoriyaya 
müayinəyə göndərmək.  

 
Bütün İİV-ə yoluxmuş şəxsləri hər 6 aydan bir vərəmə görə yoxlamaq. 

 
İzoniazidlə  profilaktika  təyin  edilmiş  İİV-ə  yoluxmuş  şəxslərin  izoniazid 
qəbuluna gündəlik nəzarət etmək. 

 
Vərəmə  görə  kütləvi  müayinələrin müntəzəm  və keyfiyyətli  keçirilməsini təmin 
etmək. 

 
Vərəm  üzrə  səhiyyə marifçiliyi  materiallarının  məhbuslar və  işçi  heyət  arasında 
paylaşdırmaq, müvafiq maarifçilik işi aparmaq. 

 
Aşkar  edilmiş  vərəm  hallarının  epidemioloji  kontaktları  üzərində  müşahidəni 
təmin etmək. 

 
Vərəmə görə risk qrupuna aid şəxslər üzərində müşahidəni təmin etmək. 

 
Fərdi infeksiyaya nəzarət tədbirlərini təmin etmək. 
Müalicə müəssisəsinin tibb heyətinin öhdəlikləri 

 
Məhbus  müəssisəyə  daxil  olduqdan  sonra  ilk  üç  gün  ərzində  vərəmə  görə 
skrininq keçirmək. 

 
Bütün  müəyyən  edilmiş  simptomları  və  əlamətləri  məhbusun  adına  açılmış 
xəstəlik tarixində qeyd etmək.  

 
Vərəm ehtimal edilən şəxslərin qeydiyyatı aparılır. 

 
Vərəm ehtimal edilən məhbusu digər məhbuslardan ayırmaq.  

 
Vərəm  ehtimal  edilən  şəxsdən  bəlğəm  toplamaq  və  laborator  müayinəsini 
aparmaq.  

 
Xüsusi nəqliyyat vasitəsi çağırmaq və vərəm müəyyən edilmiş məhbusu İMM-yə 
göndərmək. 

 
İMM-dən  müalicədən  sonra  köçürülmüş  bütün  məhbusları  vərəmə  görə  hər  3 
aydan  bir  yoxlamaq,  onların  bəlğəmini  toplamaq  və  laborator  müayinəsini 
aparmaq. 

 
Vərəm  üzrə səhiyyə marifçiliyi  materiallarının məhbuslar və işçi heyət  arasında 
paylaşdırmaq, müvafiq maarifçilik işi aparmaq. 

 
Bütün  İİV-ə  yoluxmuş  şəxsləri MM-də saxlandıqları  müddətdə hər 6 aydan bir 
vərəmə görə yoxlamaq. 

 
İzoniazidlə  profilaktika  təyin  edilmiş  İİV-ə  yoluxmuş  şəxslərin  izoniazid 
qəbuluna gündəlik nəzarət etmək. 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə