Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
61
Xəstələrin qeydiyyat kitabı (TB 03) - hər müalicə bölməsində saxlanılır. Burada müalicə
proqramına qoşulmuş hər bir xəstə haqqında bütün məlumatlar, bəlğəm müayinəsinin
nəticələri xəstəliyin təyinatı və müalicənin nəticələri haqqında məlumat qeyd olunur.
Qeydiyyata düşmüş hər bir xəstə nömrələnir, daha sonra xəstənin nömrəsi TB müalicə
kartında qeyd olunur.
Laborator qeydiyyat kitabı (TB 04) - Diaqnoz məqsədi ilə və müalicənin gedişində
laboratoriya tərəfindən həyata keçirilən bəlğəm müayinəsinin nəticələri əks etdirir.
Rüb üzrə bəlğəm konversiyası (TB 06) – müalicə proqramına qoşulmuş bəlğəm
yaxma
müsbət xəstələrdə intensiv mərhələnin sonunda bəlğəmin konversiyasını əks etdirir.
Yeni və təkrar hallar haqqında rüblük hesabat (TB 07) - bura rüb ərzində aşkar olunmuş
və eləcə də müalicəyə qoşulmuş yeni ağciyər bəlğəm yaxma müsbət halların sayı daxildir.
Bu formada residiv hallar, yeni ağciyər bəlğəm negativ halların sayı və əvvəlki rübdə
müalicə müəsisəsində qeydə düşmüş ağciyərdən kənar halların sayı daxildir.
Müalicənin nəticələri haqqında rüblük hesabat (TB 08) 4 rüb əvvəl qeydiyyata alınmış
hər AV xəstə üçün müalicə nəticəsi qeyd olunur. Hesabatlar hər rübün sonunda iki nüsxədə
doldurulmalıdır: biri müalicə müəssisəsində qalır, digəri TBİ-yə göndərilir. İldə bir dəfə SN-
nin statistika bölməsinə göndərilir.
Köçürülmə forması (TB 09) - səhiyyə işçisi tərəfindən yazılır. Xəstə və onun müalicəsi
haqqında əsas məlumat qeyd olunur. Xəstə qeydə alındıqdan sonra başqa müalicə
müəssisəsinə göndərilirsə, bu forma həmin müəssisəyə göndərilir. Bu forma xəstə müalicəni
başa çatdırmadan azadlığa çıxdığı zaman istifadə edilir və onun kəsmə talonu mövcuddur.
Xəstə mülki sektorda qeydiyyata götürüldükdən sonra kəsmə talonu İMM-yə geri göndərilir.
Dərmanlara davamlı vərəm
ÇDV-nin qeydiyyatı və hesabatı üçün ÜST tövsiyələrinə əsasən işlənmiş formalar tətbiq
olunur. Həmin formalar DHV formaları ilə oxşardır və ÇDDV barədə spesifik məlumatların
əlavə edilməsi ilə fərqlənir.
PS-də elektron məlumat bazasının tətbiq edilməsi ilə əlaqədar, həmin formaların bir
qismi standart hesabatlara daxildir.
Əldə edilmiş göstəricilərin verifikasiyası
Məlumatların verifikasiyasını ƏN TBİ-nin əlaqələndirici quruumun tərkibində olan
monitorinq üzrə mütəxəssis həyata keçirir. Məlumatların verifikasiyası İMM-nin hesabat
rəqəmlərinin və bu informasiyanın mənbələrinin tutuşdurulması şəklində aparılır. Sənədlə
təsdiq edilmiş mövcud göstəricilərin elektron göstəricilərlə uyğunsuzluğu olduqda, bütün
məlumat bazalarında dürüstləşmə aparılır. Elektron bazalara məlumatları keyfiyyətli daxil
edilməsinə nəzarət İMM-nin baş həkimi tərəfindən olunur. Əldə edilmiş məlumatların ilkin
mənbə ilə başdan-başa müqayisəsini ayda bir dəfədən az olmamaqla seçilmiş şöbədə
aparılır. Səhvləri və bir xəstəyə aid məlumatın elektron bazaya təkrar daxil edilməsini
istisna etmək üçün, oxşar halların avtomatlaşdırılmış axtarışı və daxil edilmiş məlumatırın
manual tutuşdurulması aparılır.
Məlumatların təhlili və istifadəsi
İMM-nin baş həkimi hər rüb olmaqla bütün daxil olan xəstələri gəldikləri İT-lər və CM-
lər üzrə bölüşdürməklə təhlil aparır. Bu göstəricilər vərəm ocaqlarının vaxtında aşkar
edilməsi və müvafiq tədbirlərin görülməsi üçün zəruridir.
İMM-nin baş həkimi, habelə müəssisəyə daxil olan məhbusların qəbul şöbəsində olduğu
müddəti təhlil edir. Bu məlumat diaqnozun təyin edilməsi və müalicəyə başlamaq üçün
vaxtın azaldılmasına xidmət edir.
ƏN TBİ-nin əlaqələndirici qurum vərəm ehtimal edilən şəxslərin İT-lərdən və CM-
lərdən İMM-yə keçirilməsinə sərf edilən müddəti müəyyən edən təhlil aparır və bunu TSH-
Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
62
lərin həkimlərinin fəaliyyətinin keyfiyyəti ilə əlaqələndirir. Vərəmin aşkarlanması üzrə
TSH-lərin fəaliyyətini qiymətləndirmək üçün, həmin müəssisədə kütləvi skrininq vaxtı aşkar
edilmiş xəstələrin sayı və kütləvi skrininqdən kənar həkim tərəfindən aşkar edilmiş
xəstələrin sayı müqayisə edilir.
Bununla yanaşı, bu və ya digər müəssisədə saxlanılan İİV-ə yoluxmuş bütün şəxslərlə
müqayisədə ildə iki dəfədən az olmayaraq vərəmə görə müayinədən keçən İİV-ə yoluxmuş
şəxslərin sayı təhlil edilir.
ƏN TBİ-nin əlaqələndirici qurumu tərəfindən sağalmış halda CM-lərə və İT-lərə geri
göndərilmiş məhbusların üzərində nəzarət olunur. Bu, CM-lərdən və İT-lərdən müayinə
üçün göndərilən bəlğəm nümunələrinin sayı, keyfiyyəti və dispanser qeydiyyatının
aparılmasına nəzarət etməklə həyata keçirilir.
Skrininq komandasının işini qiymətləndirmək üçün, kütləvi skrininq başlandığı tarixlə
vərəm ehtimal edilən şəxslərin İMM-yə daxil olduğu tarix tutuşdurulur. Bu iş üç əsas
hissədən (müəssisənin həkimlərinin işi, skrininq komandasının işi və vərəm ehtimal edilən
şəxslərin köçürülməsi üzrə iş) ibarət olduğundan, hər hissəyə cavabdeh əməkdaşların
fəaliyyəti ayrılıqda qiymətləndirilir və yekun olaraq bu işin effektivliyi müəyyən olunur.
ƏN TBİ-nin əlaqələndirici qurumu tərəfindən, habelə ölüm, yayılma, DDV-nin
səviyyəsi və s. daxil olmaqla PSVNP-nin əsas göstəriciləri təhlil olunur.
Proqramın fəaliyyətinin qiymətləndirilməsi nəticələrinə əsasən ƏN TBİ-nin rəhbərliyi
səhvlərin təhlili və onların aradan qaldırılması üçün tövsiyələr vermək məqsədilə tibbi və
digər heyət üçün dövrü olaraq müşavirələr keçirir.
Qeydiyyat və hesabatvermə sistemi
Hal-hazırda ƏN TBİ həm kağız, həm də elektron formalı qeydiyyat və hesabat
sistemindən istifadə edir. Bunlar vərəm üzrə milli məlumat bazası ilə inteqrə edilmişdir.
Hazırda qeydiyyat və hesabat üçün iki əsas elektron məlumat proqramları tətbiq edilir: EPI
info 6 və e-TB Manager. Sonuncu işlənmə mərhələsindədir və mövcud EPI info 6 proqramı
ilə paralel aparılır. EPI info 6-dan e-TB Managerə tam keçidin yaxın iki il ərzində baş
tutması gözlənilir.
Hesabat
Bütün hesabat formaları kohort təhlili prinsipləri əsasında hazırlanır. Kohort - müəyyən
vaxt ərzində (rüb, semestr, il) ərzində müalicəyə başlayan bir qrup xəstələrdir.
Superviziya
ƏN TBİ-nin əlaqələndirici qurumu tərəfindən əsas göstəricilər üzrə rübdə bir dəfədən az
olmayaraq köməkçi göstəricilər üzrə isə altı ayda bir dəfədən az olmayaraq nəzarət
başçəkmələri (superviziya) həyata keçirilir. Yoxlama vərəqələri nəzarət başçəkməsi
keçirilən müəssisənin xüsusiyyətlərini əks etdirir. Yoxlama vərəqələrinin nümunəsi üçün
bax: Əlavə 19.
ƏN TBİ-nin vərəm üzrə koordinatoru mülki sektorda ölkə üzrə nəzarət səfərlərinə cəlb
olunur. PSVNP-nin əməkdaşları tərəfindən azad olunmuş xəstələrə təqdim edilən tibbi
xidmətinin keyfiyyətinə nəzarət üzrə başçəkmələr aparılır.
Xarici monitorinq
PS-də vərəmə nəzarət fəaliyyətinin xarici monitorinqi Qlobal Fondun Layihə İcra
Qrupu, Fondun Yerli Agentliyi, bilavasitə Qlobal Fondun nümayəndələri, eləcədə ÜST,
yerli və ya beynəlxalq təşkilatların (ÜST, Yaşıl İşıq Komitəsi, Qlobal Dərman Təchizatı və
s.) monitorinq səfərləri zamanı həyata keçirilir. Xarici monitorinqin məqsədi proqramın
fəaliyyətinin və onun ÜST tövsiyələrinə müvafiq tətbiqinin tam qiymətləndirilməsidir.
Dostları ilə paylaş: |