Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
66
Aşkar edilmiş vərəm hallarının epidemioloji kontaktları üzərində müşahidəni
təmin etmək, onların tibb kitabçalarında bu barədə müvafiq qeydiyyat aparmaq
və GEM-i məlumatlandırmaq.
Vərəmə görə risk qrupuna aid şəxslər üzərində müşahidəni təmin etmək.
Fərdi infeksiyaya nəzarət tədbirlərini təmin etmək.
İxtisaslaşdırılmış müalicə müəssisəsinin
tibbi heyətin öhdəlikləri
İMM-nin tibbi heyətin öhdəlikləri əməkdaşların çalışdıqları şöbələrin standart əməliyyat
prosedurları ilə bağlıdır. tibb heyəti arasında konkret vəzifələrin bölüşdürülməsi səlahiyyəti
tibb xidmətinin baş həkiminə məxsusdur.
Qəbul
şöbəsi
Qeydiyyat kitabında və elektron məlumat bazasında bütün daxil olan
məhbusların qeydiyyatını aparmaq.
Bütün daxil olan məhbuslara xəstəlik tarixi açmaq və bütün aparılan müayinə və
analiz nəticələrinin qeydiyyatını aparmaq.
Bütün daxil olan məhbusları onların ilkin bakterioloji statusuna görə
bölüşdürmək və ayrılıqda saxlamaq.
Yaxın 3 gün ərzində üç bəlğəm nümunəsinin toplanmasını təmin etmək.
Daxil olduqdan sonra ilk 3 gün ərzində şüa müayinəsinin keçirilməsini təmin
etmək.
Daxil olduqdan sonra ilk 3 gün ərzində hepatitlərə və İİV-ə (könüllülük əsasda)
görə analizlər daxil olmaqla qanın kliniki-laborator müayinəsini aparmaq.
Ehtiyac olan digər əlavə üsullarla müayinələri təmin etmək.
Aparılmış bütün müayinələrin nəticələrini xəstəlik tarixində əks etdirmək və
müayinələr başa çatdıqdan sonra ən yaxın müddətdə keçirilən konsiliuma təqdim
etmək.
Zəruri hallarda və ağır kliniki əlamətlər olduqda xəstənin dərhal intensiv terapiya
və ya reanimasiya şöbəsinə köçürmək.
Konsiliumun qərarına əsasən xəstəni 1 gün ərzində müvafiq müalicə şöbəsinə
köçürmək.
Vərəm təsdiq edilməmiş məhbusların bütün müayinə nəticələrinin fərdi tibb
kitabçalarına daxil etmək və onları cəza çəkdikləri müəssisəyə geri göndərmək.
Simptomatik və təxirəsalınmaz müalicə aparmaq üçün zəruri dərman ehtiyatına
və digər vasitələrə malik olmaq.
Dərman vasitələrinin istifadəsinin və məxaricinin ciddi qeydiyyatını aparmaq.
Yeni daxil olanlar barədə gündəlik hesabat vermək. Müvafiq formada rüblük
hesabat təqdim etmək.
Infeksiyaya nəzarət vasitələrin (sorucu-çıxarıcı ventilyasiya, ultrabənövşəyi
şüalandırıcılar) lazımi qaydada fəaliyyət göstərməsinə və onlara standartlara
uyğun xidmət edilməsinə nəzarət etmək. Xüsusi kitabda avadanlığın yararlılığı
barədə məlumatın qeydiyyatını aparmaq.
Fərdi infeksiyaya nəzarət vasitələrinin tətbiqini təmin etmək.
Şöbədə olan bütün məhbuslar arasında zəruri səhiyyə maarifçiliyi işi aparmaq.
Bütün tibbi məlumatın tələb olunan qaydada doldurulmasını, saxlanmasını və
qeydiyyatını təmin etmək.