Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə23/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   19   20   21   22   23   24   25   26   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
52 
 
  İMM-də SM-yə dair fəaliyyətlər 
 Xəstələr 
üçün  məlumatlandırma  sessiyaları  İMM-də  müalicənin  aşağıdakı 
mərhələlərində tətbiq edilir:  

 
Qəbul bölməsində, diaqnozun təsdiq olunduğu dövrdə:  

 
Vərəm ehtimal edilən bütün məhbuslar İMM-nin qəbul bölməsində vərəm xəstəliyi 
təsdiqlənənə  qədər  saxlanılır.  Bu  müddətdə  xəstəliyin  xüsusiyyətləri,  yoluxma 
yolları və risk faktorları, qorunma və s. haqqında məlumatlandırılır.  

 
Müalicənin başlanğıcında: 

 
Vərəm diaqnozu təsdiqləndikdən sonra xəstə kimyəvi terapiyanın Intensiv Fazasına 
başlamaq üçün müalicə bölməsinə göndərilir. Xəstə tibbi proseduralar, müalicənin 
müddəti, tam müalicə üçün lazım olan şərtlər, dərmanların əlavə təsirlər ehtimalı, 
onların  idarə  olunması,  müalicəyə  düzgün  riayət  edilməməsinin  riskləri  və  s. 
haqqında məlumatlandırılır.  

 
Davamedici Fazanın başlanğıcında; 

 
Müalicənin  Intensiv  Fazası  bitdikdən  sonra  müalicənin  davam  etdirilməsi  üçün 
xəstə başqa bölməyə göndərilir. Xəstə müalicənin nəticələri, hətta özünü yaxşı hiss 
etsə  belə  müalicənin  sonadək  davam  etdirilməsinin  əhəmiyyəti  haqqında  və  s. 
məlumatlandırılır. 

 
Müalicə tamamlandıqda; 

 
Xəstə  bəlğəm  sınaqların  nəticələri,  müalicənin  uğurlu  və  ya  uğursuz  olması 
haqqında məlumatlandırılır.  

 
Əgər müalicənin tibbi baxımdan, könüllü və ya digər səbəblərə görə yarımçıq kəsilməsi 
baş verərsə - səbəbinə uyğun maarifləndirmə aparılır. 

 
Əgər  xəstə  müalicə  altında  olarkən  azadlığa  buraxılarsa  və  ya  başqa  müəssisəyə 
köçürülərsə - uğurlu  nəticə əldə  etmək, ailə üzvlərini və digər şəxsləri qorumaq üçün 
müalicəni  davam  etdirməyin  əhəmiyyəti  və  bunun  üçün  vasitələr  barədə 
maarifləndirmə aparılır. 
İMM-nin  Təlim  mərkəzində  bütün  penitensiar  sistem  əməkdaşları  (əməliyyat  işçiləri, 
tərbiyəçilər-dəstə  rəisləri,  nəzarətçilər  və  mühafizəçilər),  tibbi  işçilər  üçün  vərəmə  nəzarət 
sahəsində müxtəlif mövzularda treninqlər keçirilir. 
İMM-nin bölmələrində maarifləndirmə sessiyaları 
Bu sessiyalar hər şöbənin həkim və orta tibbi personal tərəfindən aparılır. 
Qrup halında sessiyalar həkimlər tərəfindən ən azı ayda 3 dəfə aparılır.  

 
Bölməyə yeni gətirilmiş xəstələrin siyahısı hazırlanır; 

 
Təyin edilmiş vaxtda xəstələr maarifləndirmə sessiyasına dəvət edilir; 

 
Bölməyə uyğun mövzuda maarifləndirmə sessiyası keçirilir. 
Orta tibb işçisi hər xəstə ilə ayda 1 dəfə fərdi dərslər aparır. 
İMM-də keçirilən SM protokolu üçün bax: Əlavə 14. 
 
 
 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
53 
 
Fəsil 8: İMM-dən azadlığa buraxılandan sonra müalicənin fasiləsizliyinin təmini  
Bu  Təlimat  tərtib  edildiyi  dövrdə  müalicəsi  tamamlanmadan  azadlığa  buraxılan 
məhbusların  müalicəsinin  izlənilməsi  məsələləri  ilə  qeyri-hökümət  təşkilatı  (QHT)  məşğul 
olur.  Onun  qarşısında  olan  məsələ  müalicənin  davam  etdirilməsinin  və  monitorinqinin 
təşkilidir. Azadlığa buraxılan məhbusların müalicəsində fasiləsizliyə və sona çatdırılmasına 
nəzarət  edilməsi  məsuliyyəti  ƏN,  MVNP  və  SN  üzərindədir.  QHT-nin  iş  prinsipləri  ilə 
tanışlıq üçün bax: Əlavə 15. 
QHT İMM-dən təqdim edilən tibbi sənədləri ETAXİ-yə və ya mülki vərəm əleyhi tibb 
müəssisələrinə  çatdırmaqla  müalicəsi  başa  çatmadan  azadlığa  buraxılan  vərəmli  xəstələrin 
qeydiyyata götürülməsini təşkil edir, onların müalicəni davam etdirmələrinə nəzarət edir və 
dəstək göstərir. Müalicəsi başa çatmadan azadlığa buraxılan vərəmli xəstə  ilə ən azı bir ay 
əvvəl  görüşür,  onun  müalicəsinin  mülki  sektorda  davam  etdirilməsinn  təşkili  üçün  bütün 
lazımi  məlumatları  (onun  ailəsi,  yxınları  barəsində)  əldə  edir,  psixo-sosial  dəstək  göstərir, 
müalicənin  mülki  sektorda  davam  etdirilməsinin  və  tam  kurs  müalicə  almanın  vacibliyinə 
dair onlar arasında maarifləndirmə işi aparır. 
Azadlığa  buraxılan  vərəmli  xəstənin  müalicə  və  müayinələrinə  dair  sənədlərin  və 
qeydiyyat vərəqələrinin surətini (epikriz, TB 01, TB 09 və s.) xəstənin müalicəsi aparılacaq 
tibb müəssisəsinə təqdim edir. 
Xəstəyə  təyin  edilmiş  müalicə  sxeminə  uyğun  olaraq  İMM-dən  əldə  olunmuş  2-ci  sıra 
VƏD-lərin 1 aylıq ehtiyatını təhvil alır (bu prosedura sonrakı dövrdə hər xəstə üçün ayda bir 
dəfə  olmaqla  təkrarlanır  və  müalicə  başa  çatana  kimi  davam  edir)  və  müvafiq  tibb 
müəssəsinə təhvil verir və müalicə ərzində monitorinq aparılır. 
Müalicə başa çatana qədər xəstə sövqedicilərlə (qida məhsulları, nəqliyyat xərcləri) ilə 
təmin edilir.  
Həmin xəstlərlə işləyən mülki tibb işçiləri sövqedicilərlə təmin olunurlar.  
Bu  QHT  ƏN  TBİ  və  MVNP  arasında  məlumat  mübadiləsini  təmin  edir.  Qeyd  edilən 
fəaliyyətlər  xəstə,  QHT,  ƏN  TBİ  və  MVNP  arasında  bağlanmış  müqavilələr  çərçivəsində 
həyata keçirilir.  
 
 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
54 
 
Fəsil 9: PSVNP-da dərman vasitələrinin idarə edilməsi 
Bu  fəaliyyət  ƏN  TBİ-nin  Tibbi  təchizat  şöbəsi  tərəfindən  həyata  keçirilir.  PSNVP-nin 
uğurlu  aparılmasında  əsas  məqamlardan  biri  də  vərəmin  müalicəsində  və  YT-nin 
idarəolunmasında  istifadə  edilən  dərman  vasitələri  ilə  fasiləsiz  təchizatın,  qeydiyyat  və 
bölüşdürmənin təmin edilməsidir. Aşağıdakı sxemdə VƏD-lə təchizatın düzgün təşkili tsikli 
göstərilmişdir:  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Dərmanların seçilməsi aşağıdakı tələblərə cavab verməlidir: 

 
Dərmanların  keyfiyyətinə  nəzarət  beynəlxalq  tanınmış  sertifikatlarla  təsdiq 
edilməlidir;  

 
Vərəmli  xəstələrin  tam  müalicə  kursunu  təmin  edən  dərmanlarla  təchizatın  sistemi 
tətbiq edilməlidir; 

 
Mövcud  ehtiyatlar  optimal  istifadə  olunmalıdır:  qiymət  və  keyfiyyət  nisbəti 
gözlənilməlidir. 
1-ci sıra VƏD-lərin satınalınması dövlət vəsaiti hesabına açıq və beynəlxalq standartlara 
cavab  verən  tender  vasitəsi  ilə  həyata  keçirilir.  Hazırki  dövrdə  2-ci  sıra  VƏD-lərin 
satınalınması Qlobal Fondun həyata keçirilən qrantları çərçivəsində aparılır.  
Kombinə  olunmuş  çox-tərkibli  (dörd-  və  iki-tərkibli)  1-ci  sıra  VƏD-lər  vərəmin 
müalicəsinin  effektivliyini  artırmaqla  yanaşı,  YT-lərin  idarəolunması  üçün  bir-tərkibli 
preparatlar əhəmiyyətli rol oynayır. 
Istifadə edilən dərmanların keyfiyyətinə nəzarət məqsədilə İMM-də istifadə olunan 1-ci 
və  2-ci  sıra  VƏD-lərin  nümunələri  təsadüfi  seçmə  yolu  ilə  SN-nin  Dərman  Vasitələrin 
Analitik  Ekspertiza  Mərkəzinin  laboratoriyasında  dövri  olaraq  yoxlanılır.  Qeyd  edilən 
yoxlama qaydaları üçün bax: Əlavə 16.  
 
 
 
Istifadəçilər və 
istehlakçılar üçün 
məlumat 
 
Tələb olunan 
dərmanların 
hesablanması 
 
Sifariş 
Satınalma 
Bufer 
ehtiyatının 
idarəedilməsi 
 
Saxlanma 
Bölüşdürülmə 
Qablaşdırılma 
Çatdırılma 
Keyfiyyətə 
nəzarət 
Keyfiyyətə 
nəzarət 
 
Keyfiyyətə 
nəzarət 
Keyfiyyətə 
nəzarət 
 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə