Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə24/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   20   21   22   23   24   25   26   27   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
55 
 
İMM-nin apteki 
Vərəmin  müalicəsində  istifadə  edilən  bütün  VƏD  və  digər  dərmanlarla  bağlı 
tələbnamələrin  hazırlanması  və  tərtibatı,  dərmanların  sifarişi,  qəbulu,  saxlanması  və 
bölüşdürülməsi üçün bütün prosedurlara İMM-nin aptekinin rəisi cavabdehdir. Dərmanların 
bütün  hərəkətlərinin  ciddi  qeydiyyatı  aparılır.  Şöbələr  tərəfindən  qəbul  edilmiş  və  istifadə 
edilməmiş dərmanlar növbəti gündən gec olmadan aptek anbarına geri qaytarılır.  
Dərmanların saxlanmasına nəzarət hesabına aşağıdakılar təmin edilir: 

 
Dərmanların təmiz yerdə və düzgün şəraitdə saxlanması; 

 
Dərmanların mövcud ehtiyatının tez yoxlanılması imkanı; 

 
Dərmanların saxlanması və şöbələrə buraxılması jurnallarının mövcudluğu; 

 
Şöbələrdə dərman ehtiyatı saxlanmasının olmaması; 

 
Məsul şəxslərdən başqa kənar şəxslərin dərman anbarına girişinə məhdudiyyət; 

 
Anbarın  temperatur  və  rütubət  rejiminin  gündəlik  olaraq  ölçülməsi  və  müvafiq 
qeydiyyatın aparılması.  
Dərmanların sifarişi 
İMM-nin hər şöbəsi növbəti gün üçün zəruri olan dərmanların əvvəlcədən sifarişini edir. 
Sifariş tərtib edilərkən aşağıdakılar nəzərə alınır: 

 
Sifariş günü söbədə olan xəstələrin sayı; 

 
Təyinatlara müvafiq olaraq hər xəstənin müalicə rejimi; 

 
Istifadə edilməmiş dərmanların qalığı. 
Hər gün dərmanlar paylandıqdan sonra tibb bacısı növbəti gün üçün sifariş tərtib edir və 
istifadə  edilməmiş  dərmanları  aptekə  geri  qaytarır.  Həmin  gün  aptek  hər  şöbə  üçün 
sifarişləri icra edir və dərmanları müvafiq çantalara qablaşdırır. Növbəti gün səhər vaxtı tibb 
bacısı  aptek  tərəfindən  hazırlanmış  çantaları  təfil  götürür  və  öz  şöbəsində  xəstələrə 
dərmanarı paylaşdırır. 
Istifadə olunan dərmanların əsaslandırılması 
Hər ayın sonunda aptek rəisinin rəhbərliyi altında onun köməkçisi anbarda olan mövcud 
qalığı  hesablayır  və  inventarizasiyasını  edir.  Dərmanların  istifadəsi  hesabat  formalarında  / 
aylıq hesabatlarda olan rəqəmlərlə müqayisə edilir və təkrar yoxlanılır. 
PS-də VƏD-lərin arzuolunmaz dövriyyəsinə nəzarət  
Vərəmli  xəstələrin  müalicəsi  yalnız  İMM-də  həyata  keçirilir.  İT-lərin  və  CM-lərin  tibb 
heyəti tərəfindən hər-hansı VƏD-in təyin edilməsi yolverilməzdir. Onlar müəssisəyə VƏD-
lərin keçirilməsinin və istifadə edilməsinin yol verilməməsinə cavabdehlik daşıyırlar. 
Aptek və dərmanların bölüşdürülməsinə nəzarətin aparılması üçün superviziyalar 
Şöbənin baş tibb bacısı hər xəstəninn müalicə kartında qeyd edilən həkim təyinatlarını 
dərman  sifarişləri  ilə  müqayisə  edir.  VƏD-lərin  qeydiyyatına  /  uçotuna  və  sifarişin 
hazırlanmasına  cəlb  olunmuş  heyət  peşə  hazırlığını  artırmaq  üçün  müntəzəm  olaraq 
təlimləndirilir. 
 
 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
56 
 
Fəsil 10: Heyətin təlimləndirilməsi 
ƏN  TBİ-nin  fəaliyyətinin  prioritet  istiqamətlərindən  biri  heyətin  peşə  biliklərinin  və 
hazırlıqlarının  inkişaf  etdirilməsi  və  möhkəmləndirilməsidir.  Bu  məqsədlə  2012-ci  ildə 
İMM-nin  nəzdində  Vərəm  üzrə  Təlim  mərkəzi  yaradılmışdır.  Təlimlərin  mövzularından, 
habelə  tibbi  və  inzibati  heyətin  hazırlanmasından  və  təkmilləşdirilməsindən  asılı  olaraq 
kursların gedişatında İMM-nin müxtəlif müalicə şöbələri, laboratoriyası və digər bölmələri 
istifadə olunur. 2012-ci ildəki ÜST Qiymətləndirmə missiyası zamanı bu Təlim mərkəzinin 
ÜST-ün Əməkdaşlıq Mərkəzi kimi təkməlləşdirilməsi tövsiyəsi verilmişdir.  
Təlimlərin planlaşdırılması 
Təlimlərin planlaşması zamanı bir sıra məsələlər həll edilməlidir: 

 
Təlimi necə təşkil etmək; 

 
Təlim keçənlər kim olmalıdır (iş funksiyaları və  xüsusiyyətlərinə görə hər dinləyici 
qrupu üçün); 

 
Təlimdən neçə iştirakçı keçməlidir; 

 
Təlimin gedişində hansı üsullar və materiallar istifadə edilməlidir; 

 
Təlim harada və kim tərəfindən keçiriləcəkdir; 

 
Təlimlərin qrafiki necə tərtib edilməlidir; 

 
Təlimlərin  effektivliyinin  yoxlanılması  və  əldə  edilmiş  biliklərin  keyfiyyətinin 
qiymətləndirilməsi necə aparılacaqdır. 
Tibb  işçilərinin  peşə  vərdişlərinin  əldə  edilməsi  və  lazımi  səviyyədə  saxlanılması  üçün 
müxtəlif və müntəzəm tədris tədbirləri keçirilməlidir: 

 
Yeni işə başlayanlar üçün və biliklərin təzələnməsi üçün kurslar; 

 
Xüsusi mövzularda seminarlar; 

 
Vərəm üzrə milli və beynəlxalq konfranslarda iştirak; 

 
Müasir tibbi ədəbiyyata çıxış. 
ƏN  TBİ-nin  əlaqələndirici  qurumunun  aparıcı  mütəxəssisi  təlimlərin  illik  planının 
hazırlanması üçün məsuldur, təlim materiallarının işlənməsini və adaptasiyasını təmin edir, 
digər  proqramlarla  və  profil  təşkilatları  ilə  fəaliyyəıtləri  əlaqələndirir,  habelə  təlimlərin 
bütövlükdə  qiymətləndirilməsini  aparır.  Bütün  təlimlər  icra  edilən  işlə  bilavasitə  bağlı 
olmalı  və  dinləyicilərin  fəliyyət  dairəsini  əks  etdirməlidir.  Təlimlərin  hazırlığı 
proyektorların, yazı taxtasının, dəftərxana və digər ləvazimatları daxil olmaqla bütün zəruri 
materialların hazırlanmasını ehtiva edir. 
Təlimlərin keyfiyyətinin qiymətləndirilməsi 
Təlimlərin  qiymətləndirilməsi  əvvəlcədən  planlaşdırılır  və  onun  keçirilməsinin 
keyfiyyətinin  və  dinləyicilərin  hazırlıq  səviyyəsinin  yüksəldilməsi  məqsədini  daşıyır. 
Dinləyicilərin  təlimdən  əvvəl  və  sonra  bilikərin  yoxlanılması  başlıca  şərtdir.  Bununla 
yanaşı,  tədrisin  keyfiyyətini  yüksəltmək  və  dinləyicilərə  tədris  materiallarını  çatdırmaq 
üsullarını  təkmilləşdirmək  üçün  dinləyicilərin  müəllimlər  barədə  ayrı-ayrılıqda  fikirlərini 
öyrənmək lazımdır.  
Təlim mərkəzinin SƏP-i üçün bax: Əlavə 17. 
 
 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə