Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə22/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   18   19   20   21   22   23   24   25   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
50 
 
qanunvericilik ilə tənzimlənir. Bununla yanaşı istintaq və məhkəmə tədbirlərinin keçirilməsi 
zamanı  xəstələrlə  müstəntiqlərin,  vəkillərin,  hakimlərin  və  s.  ünsiyyətdə  olmasına  zərurət 
yaranır.  Xəstələrin  ziyarətçilərlə  təhlükəsiz  ünsiyyətini  təmin  etmək  üçün  yuxarıda  qeyd 
edilən müxtəlif infeksiyaya nəzarət tədbirləri tətbiq edilir.  
Ziyarətdən  bilavasitə  əvvəl  xəstənin  son  yaxma  və  əkmə  nəticələrinə  əsasən  yoluxucu 
olub  olmaması  barədə  arayış  və  infeksiyaya  nəzarət  tədbirləri  üzrə  əməli  tövsiyə  verilir. 
Basil  ifraz  edən  xəstələr  çıxarıcı  ventilyasiya  və  bilavasitə  kontakta  yol  verməyən  şüşə 
arakəsmə ilə təchiz olunmuş kabinələrdə ziyarətə buraxılırlar. 
İMM-də xəstələrin infeksiyaya nəzarət tələblərinə görə bölüşdürülməsi 
Infeksiyaya  nəzarət  tələblərinə  müvafiq  olaraq  İMM-nin  şöbələri  orada  saxlanılan 
xəstələrin  bakterioloji  laboratoriya  tərəfindən  təsdiq  edilmiş  statusuna  uyğun  bir  neçə 
infeksion  təhlükəsizlik  səviyyəsinə  bölünür.  Hər  palata/şöbə  xəstələr  üçün  müvafiq 
işarələnir: 
- Bəlğəm yaxması və əkməsi üzrə pozitiv nəticəli;  
- Bəlğəm yaxması üzrə neqativ, lakin əkmə nəticəsi üzrə pozitiv
- Bəlğəm yaxması və əkməsi üzrə neqativ nəticəli.  
Palataların, kameraların və şöbələrin işarələri qapılarında qeyd edilir.   
Öz növbəsində əkmə üzrə pozitiv xəstələr bölünürlər: 
- 1-ci sıra VƏD-lərə tam həssas; 
- 1-ci sıra VƏD-lərin birinə / bir neçəsinə davamlı; 
- ÇDD 
- GDD.  
Binalara texniki tələblər 

 
Xəstələrin saxlanma şəraitinin yaxşılaşdırılmasının vacib amillərindən biri binaların 
günəş  şüaları  ilə  təbii  işıqlanmasıdır.  Keyfiyyətli  işıqlanmaya  jalüzsüz  (örtüksüz) 
standart  pəncərələrinin  istifadəsi  ilə  nail  olunur.  Şöbələrin  saxlanma  rejimi 
şərtlərindən asılı olmayaraq İMM-də binalarda pəncərələrin ölçüsü 210 sm x 150 sm 
təşkil edir (yəni yaşayış otağının standart pəncərələri).  

 
Gəzinti  həyətlərinin  ölçüsü  8  m
2
-dən  az  deyil.  Gəzinti  həyətləri  insan  hüquqlarına 
riayət edilməsində böyük rol oynayır və məhbusların açıq havada olmaları qanunda 
nəzərdə  tutulur.  Azərbaycan  qanunvericiliyinə  əsasən,  yaşayış  otağında  /  kamerada 
hər məhbusa ən azı 4 m

yaşayış sahəsi
 
nəzərdə tutulur. Xəstələr üçün bu sahə daha 
çoxdur və ən azı 5 m

təşkil edir. 
Məhbusların gəzintilərinin sayı və tezliyi  
Bu, saxlanma rejimi ilə tənzimlənir və həbsxana saxlanma rejimli şəxslər üçün gündəlik 
2 saatdan az olmamalıdır.  
Vərəmli xəstə məhbusların qidalanması 
Azərbaycan  qanunvericiliyinə  əsasən,  bütün  formalı  vərəmli  xəstələr  üçün  gündəlik 
qidalanmanın  energetik  dəyəri  3680  kkal-dır.  Tamdəyərli  qidalanma  bədənin  ümumi 
müqavimətinin  möhkəmləndirilməsinin  və  xəstənin  vərəmlə  mübarizə  qabiliyyətinin 
yüksəlməsinin əsasıdır. 
 
 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
51 
 
Fəsil 7: Səhiyyə maarifçiliyi işi və xəstələrin təlimləndirilməsi  
Səhiyyə  maarifçiliyi  (SM)  vərəmlə  mübarizə  proqramının  ayrılmaz  hissəsidir. 
SM  xəstəliyə  yoluxma  riskini  azaltmaq  məqsədilə  PS  əməkdaşları  və  tibb  işçiləri 
arasında  vərəm  sahəsində  bilik  səviyyəsini  artırmağa,  məhbuslar,  onların  ailə  üzvləri 
və  ziyarətçilər  daxil  olmaqla  vərəmə  yoluxma  ehtimalı  olan  şəxslərdə  adekvat 
münasibətin  və  davranışın  formalaşmasına  xidmət  edir.  Xəstələrin  təlimləndirilməsi 
onlarda  öz  xəstəliklərinə  düzgün  yanaşmanın  anlaşılmasına,  müalicə  rejiminə  və 
sxemlərə  intizamlı  riayət  edilməsinə,  başqa  şəxslər  üçün  epidemioloji  cəhətdən 
təhlükəsiz davranışın aşılanmasına yönəlmişdir.   
 SM-in məqsədi: 

 
İnfeksiyanın ötürülməsinin qarşısını almağa yardımçı olmaq; 

 
Xəstəlik hallarının erkən aşkarlanmasına kömək etmək;  

 
Məhbusların müayinələrdən yayınmasının qarşısını almaq; 

 
Bütün xəstələrin sağalmasına nail olmaq. 
Hədəf qrupları: 
PS-də SM məhbuslar və onlarla təmasda olan bütün qruplar üçün zəruridir. Bu qruplara 
daxildir: 

 
PS-in tibbi heyəti

 
PS-nin inzibati heyəti; 

 
Mühafizəçilər;  

 
Qəbul bölməsinə gətirilən vərəm ehtimal edilən məhbuslar

 
Vərəməleyhinə müalicə qəbul edən xəstələr;  

 
Vərəməleyhinə müalicə kursunu bitirmədən azadlığa buraxılan xəstələr; 

 
Vərəməleyhinə  müalicədən  sonra  dispanser  şöbəsində  müşahidədə  saxlanılan 
məhbuslar; 

 
Vərəməleyhinə müalicədən imtina etmiş xəstə-məhbuslar

 
Qrupdaxili maarifləndirici kimi fəaliyyət göstərən məhbuslar; 

 
Məhbus xəstələrlə görüşə gələn ailə üzvləri və ziyarətçilər. 
Maarifləndirici vasitələr: 
Uğurlu maarifləndirmə diqqəti cəlb edən, məlumatlandırıcı, düzgün və dəqiq olmalıdır. 
Bu  səbəbdən,  təsirini  saxlamaq  üçün  ismarıclar  təkrar  olunmalı  və  müxtəlif  yollarla 
möhkəmləndirilməlidir.  
Əldə olan bəzi vasitələr: 

 
Qrup şəklində və fərdi məlumatlandırma; 

 
Posterlər, broşürlər; 

 
Afişalar (bildirişlər); 

 
Hekayələr;  

 
Vərəm haqqında maarifləndirici filmlər; 

 
Video və audio materiallar

 
Reklam vasitələri (vərəmə dair ismarıcların əks olunduğu dəftər, qələm və s.). 
Bütün TSH-lar və müalicə müassisəsi əsas SM materialları ilə təmin edilmişdir.  
İT-lərdə və CM-lərdə SM 
İT-lərdə  və  CM-lərdə  SM  tibbi  heyət  tərəfindən  aparılır  və  vərəmin  əsas  əlamətləri, 
infeksiyaya  nəzarət  tədbirləri  ilə  məhbusların  tanış  edilməsi,  İMM-dən  müalicədən  sonra 
qayıtmış  məhbuslara  qarşı  stiqmanın  azaldılması  və  risk  qrupları  (İİV-ə  yoluxmuş, 
venadaxili narkotiklərin istehlakçıları və s.) ilə daha müfəssəl işdən ibarətdir.  


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə