Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 5,31 Kb.
Pdf görüntüsü
səhifə19/76
tarix20.01.2018
ölçüsü5,31 Kb.
#21712
1   ...   15   16   17   18   19   20   21   22   ...   76

Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
44 
 
cədvəldə  göstərilməyib.  Həmin  preparatların  təchizatı  və  qeydiyyatı  təmin  olunduqda, 
onların vərəmin müalicəsi sxemlərində tətbiq edilməsinə baxılacaqdır. 
 
DHT molekulyar üsullarının (standart müalicə rejimlərinin seçilməsi üçün yardım məqsədi 
ilə) nəticələri əsasında dərmanlara qarşı davamlılığın əsas növləri:  
LPA testləri üzrə DHT-nin 
nəticələri 
İnterpretasiya (dərmanlara davamlılığın növü) 
H(s*), R(s), E(s) 
Qorunmuş həssaslığı olan vərəm 
H(r**), R(s), E(s) 
Mono-davamlılıq  (H)  və  mümkündür  Poli-davamlılıq 
(HS) 
H(s), R(r), E(s) 
Mono- davamlılıq (R) və mümkündür Poli- davamlılıq 
(RS) 
H(s), R(s), E(r) 
Mono- davamlılıq (E) və mümkündür Poli- davamlılıq 
(SE) 
H(r), R(s), E(r) 
Poli- davamlılıq (HE və mümkündür HSE) 
H(s), R(r), E(r) 
Poli-davamlılıq (RE və mümkündür RSE) 
H(r), R(r), Km (s), Ofx (s) 
ÇDD 
vərəm
 
H(r), R(r), Km (r), Ofx (s) 
ÇDD 
vərəm
 (Km qarşı davamlılıq) 
H(r), R(r), Km (s), Ofx (r) 
ÇDD 
vərəm
 (Ofx qarşı davamlılıq) 
H(r), R(r), Km (r), Ofx (r) 
GDD
 vərəm 
* s – həssaslıq qorunmuşdur; ** r – dərman vasitələrinə davamlılıq 
AKV-in müalicəsi barədə bax: Əlavə 9 
Müştərək İİV-infeksiyası və vərəmin müalicəsi barədə bax: Əlavə 10 
Hamiləlik zamanı vərəmin müalicəsi barədə bax: Əlavə 11 
Uşağı əmizdirən analarda vərəmin müalicəsi
 barədə bax: Əlavə 12 
Müalicə nəticələri 
Dərmanlara  qarşı  hər-hansı  davamlılıq  növü  olan  vərəmli  xəstələrin  müalicə 
proqramının  effektivliyini  qiymətləndirmək məqsədilə ÜST və digər beynəlxalq  təşkilatlar 
müalicə nəticələrinin standart təyini təqdim ediblər: 

 
Sağalma  
 
 
 
 
 
 

 
Müalicə başa çatdı    
 
 
 
 

 
Müalicənin izlənilməsi itirilib  
 
 
 

 
Uğursuz müalicə 
 
 
 
 
 

 
Ölüm    
 
 
 
 
 
 

 
Qiymətləndirilməyib   
 
 
 
Qorunmuş həssaslıqlı və rifampisinə hər hansı davamlılıq istisna edilən xəstələrin müalicə 
nəticələrinin təyini* 

 
Sağalma – müalicənin başlanğıcında bakterioloji olaraq pozitiv AV xəstədə müalicənin 
son və ondan əvvəlki ən azı bir müayinəsində bəlğəmin yaxma və ya əkmə üzrə nəticəsi 
neqativ müəyyən olunur. 

 
Müalicə başa çatdı – xəstə, “uğursuz müalicə”yə dair əlamətlər olmadan tam müalicə 
kursunu başa çatdırmışdır, lakin bəlğəmin son və ya ondan əvvəlki ən azı bir müayinəsi 


Penitensiar sistemdə vərəmə nəzarət üzrə Təlimat, 2013
 
45 
 
zamanı yaxma və ya əkmə üzrə nəticəsinin neqativ olduğunu təsdiq edən qeydlər yoxdur 
(müayinələr aparılmayıb və ya nəticələr əldə edilməyib).  

 
Müalicənin  izlənilməsi  itirilib  –  xəstə  müalicəyə  başlamayıb  və  ya  müalicə 
başlandıqdan sonra ən azı 2 ardıcıl aydan çox fasilə vermişdir.  

 
Uğursuz  müalicə  –  xəstədə  müalicənin  5-ci  ayında  və  ya  daha  sonrakı  dövründə 
bəlğəmin yaxma və ya əkmə üzrə nəticəsi pozitivdir. 

 
Ölüm  – müalicədən əvvəl və ya müalicə fonunda vərəmli xəstənin hər hansı səbəbdən 
vəfatı.  

 
Qiymətləndirilməyib  –  müalicə  nəticəsi  müəyyənləşdirilməmiş  vərəmli  xəstə.  Buraya 
başqa tibb müəssisəsinə köçürülmüş xəstələr habelə müalicə nəticələri məlum olmayan 
xəstələr aid edilirlər.  
*Qeyd:  Müalicə  müddətində  xəstədə  rifampisinə  davamlılıq  (RD)  və  ya  ÇDD  müşahidə 
olunduqda,  onlar  2-ci  sıra  VƏD-lə  müalicə  sxeminə  keçirilməlidir.  Belə  xəstələr  1-ci  sıra 
VƏD-lə müalicə alan xəstələrin kohort təhlilindən çıxarılır və onların müalicə nəticəsi 2-ci 
sıra  VƏD-lə  müalicə  alan  xəstələrin  kohortunda  qiymətləndirilir.  Əgər  belə  xəstənin  2-ci 
sıra  VƏD-lə  müalicəsi  mümkün  olmursa,  onun  müalicəsinin  nəticəsi  yuxarıda  göstərilən 
kimi təyin edilir. 
2-ci  sıra  VƏD-lərlə  müalicə  qəbul  etmiş  RD,  ÇDD  və  GDD  vərəmli  xəstələrdə  müalicə 
nəticələrinin təyini 

 
Sağalma – Müalicə yuxarıda qeyd edilən müddətlərə və kateqoriyalara müvafiq olaraq, 
“uğursuz müalicə”yə dair əlamətlər olmadan başa çatmışdır və İntensiv Fazadan sonra 
ən azı 30 gün ara ilə aparılmış üç və daha artıq ardıcıl neqativ əkmə nəticəsi vardır. 

 
Müalicə  başa  çatdı  –  Müalicə  yuxarıda  qeyd  edilən  müddətlərə  və  kateqoriyalara 
müvafiq  olaraq,  “uğursuz  müalicə”yə  dair  əlamətlər  olmadan  başa  çatmışdır,  lakin 
İntensiv Fazadan sonra ən azı 30 gün ara ilə aparılmış üç və daha artıq ardıcıl neqativ 
əkmə nəticəsinin olması barədə məlumat yoxdur. 

 
Müalicənin  izlənilməsi  itirilib  –  xəstə  müalicəyə  başladıqdan  sonra  ən  azı  2  ardıcıl 
aydan çox fasilə vermişdir.  

 
Uğursuz müalicə – Aşağıda qeyd edilən səbəblərdən müalicə dayandırılıb və ya daimi 
müalicə sxemində ən azı 2 VƏD-in dəyişdirilməsi zəruridir: 
- İntensiv Fazanın sonunda konversiya
1
 yoxdur və ya  
- Davamedici Fazada bakterial reversiya
2
 baş verib və ya  
-  Flüorxinolonlara  və  ya  2-ci  sıra  inyeksion  preparatlara  əlavə  qazanılmış  davamlılığın 
olduğunu təsdiq edən məlumat varsa və ya  
- Arzuedilməz dərman reaksiyası. 

 
Ölüm – müalicə kursu zamanı vərəmli xəstənin hər-hansı səbəbdən vəfatı.  

 
Qiymətləndirilməyib  –  müalicə  nəticəsi  müəyyənləşdirilməmiş  vərəmli  xəstə.  Buraya 
başqa tibb müəssisəsinə köçürülmüş xəstələr habelə müalicə nəticələri məlum olmayan 
xəstələr aid edilirlər.  
Müalicə zamanı kliniki, rentgenoloji və laborator nəzarət   
Kimyaterapiya  kursu  zamanı  müalicə  rejimi  dəyişilməz  olduqda  müayinə  növlərinin 
müddətləri bütün xəstələr üçün aşağıda qeyd olunur: 
 
                                                           
1
 Konversiya – ən azı 30 gün ara ilə götürülmüş iki ardıcıl əkmənin nəticəsi neqativdir. Neqativ əkmə 
nəticəsi olan birinci nümunənin toplanması vaxtı konversiyanın baş vermə vaxtı kimi hesab edilir. 
2
Reversiya – konversiya baş vermiş xəstədə sonradan ən azı 30 gün ara ilə götürülmüş iki ardıcıl əkmənin 
pozitiv nəticəsinin alınması. “Uğursuz müalicə” nəticəsini təyin etmək üçün yalnız Davamedici Fazada baş 
vermiş reversiya nəzərə alınır. 


Yüklə 5,31 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə